“Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                 

"Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?" - deputat
Tarix: 13-02-2021, 09:13 | Çap et
"Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?"
Ermənistan cəmiyyəti və xüsusilə də müxalifətdə cəmlənən siyasi dairələr panik əhval-ruhiyyə içərisindədir. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın həyəcanlı şəkildə erməni xalqına müraciətlə “oyanın, yoxsa bir gün oyanacaqsınız ki, Zəngəzur bizim deyil” deməsi bir tərəfdən Nikol Paşinyan hakimiyyətinə qarşı şantaj məqsədi daşıyırsa, digər tərəfdən, məğlub erməni cəmiyyətində hökm sürən atmosferi nümayiş etdirir.

Politoloq Qrant Mikaelyan da Ermənistan hakimiyyətinin mövcud fəaliyyətini şərh edərkən Azərbaycanla sərhəddə baş verənlərə diqqət çəkməyə çalışır. O da Minasyan kimi iddia edib ki, hakimiyyət real vəziyyəti xalqdan gizlədir. Xüsusilə də Gorus-Qafan yolunun bir hissəsinin demarkasiya prosesi nəticəsində Azərbaycanın tərəfinə düşməsinə diqqət çəkən erməni ekspert şübhələrini bölüşüb. Baş nazirin müavini Tiqran Avinyanın parlament dinləmələrindəki çıxışı zamanı Ermənistanın Azərbaycanla heç bir əlavə sənəd imzalamadığı haqda dediklərini xatırladan politoloq iddia edib ki, Gorus-David-Bek yolunda baş verənlər bu məsələlərlə bağlı müzakirə və sənədin olduğunu iddia edib. O, sosial şəbəkələrdə və mediada bu yolla bağlı anlaşmanın olduğunu iddia edənlərin yaydığı “sənəd”ə istinad edib. Mikaelyan bir daha iddia edib ki, bununla bağlı həqiqətlər erməni xalqından gizlədilir. “Bütün razılaşmalar Azərbaycan və Türkiyənin hərbi təzyiqləri altında imzalanıb. Erməni tərəf hətta öz müttəfiqləri ilə təhdidləri neytrallaşdırmaq üçün normal işləməyə cəhd göstərməyib”, - erməni ekspert əlavə edib.

Daha sonra iddialarını davam etdirərək bildirib ki, müzakirələri və razılaşmaları məxfi saxlamaqla erməni xalqının, vətəndaş cəmiyyətinin və siyasi qüvvələrin bu sənədlərə qarşı çıxmasını əngəlləmək istəyiblər. Azərbaycanın təzyiqləri nəticəsində Ermənistanın ərazi bütövlüyünün pozulduğunu iddia edən Mikaelyan istisna etməyib ki, Ermənistan Qarabağ məsələsini qapamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın parlamentdə gözlənilməz bəyanatla çıxış etməsi də geniş müzakirələrə səbəb olub. Diplomat deyib ki, rəsmi İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Nazirin iddiasına görə, Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı, indi status-kvo zorla dəyişdirilib. Yəni Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın bu cür çağırışlar etməyə haqqı yoxdur: “Tamamilə əsassız çağırışdır. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına çağırış etməzdən öncə Türkiyəyə qarşı əsassız iddialara son qoymalıdır. Məlum olduğu kimi, Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı iddialar var. Üstəlik, qondarma ”soyqırım" iddiaları zaman-zaman Ermənistan tərəfindən qaldırılır. Ermənistan bu iddialara son qoymadan Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?"

C.Məmmədov əlavə etdi ki, həmçinin, bu gün də Ermənistanda Qarabağla bağlı zaman-zaman revanşist bəyanatlar verilir, üçtərəfli razılaşmanın bəndlərinin pozulmasına yönəlmiş çağırışlar edilir: “Ermənistan öncə razılaşmanın bəndlərinə tam əməl etməli, əsassız iddialara və çağırışlara son qoymalıdır. İrəvan bu, əsassız iddialara son qoyduqdan sonra münaqişənin tənzimlənmə planına uyğun olaraq növbəti mərhələdə sərəhədlərin açılması məsələsi nəzərdən keçirilə bilər. Ermənistanda hələ ki, istiqrar və sabitlik yoxdur, bu ölkədə xaos hökm sürür, eyni iddialar səsləndirilir. Ermənistan hələ də baş verən acı məğlubiyyətdən nəticə çıxarmayıb, bu gün də zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindədir. Öncə Ermənistan xalqı son baş verənlərdən nəticə çıxarmalı, zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindən xilas olmalıdır. Ermənistan bu iddialara və revanşist bəyanatlara son qoymadan sərhədlərin açılmasından söhbət gedə bilməz”.

QAT sədri Akif Nağı da erməni nazirin sərsəm bəyanatını yersiz sayır: “Ermənilər növbəti dəfə özlərini ”ağıllı" hesab edib, hiyləgər gediş edirlər. Türkiyə sərhədləri Kəlbəcərin işğalından sonra bağlamışdı, bunlar da indi ona işarə edirlər ki, şərait dəyişdiyinə görə Ankara uyğun addım atmalıdır. Türkiyə bu məsələdə prinsipial olmalıdır, həm Ağrı dağı ilə bağlı onların sərsəm iddialarını önə çəkməlidir, həm də 10 noyabr razılaşmasının tam yerinə yetirilməsini, Xankəndi, Xocalı və digər ərazilərin Azərbaycana qaytarılması şərtini gündəmdə saxlamalıdır".

QAT rəhbəri hesab edir ki, Qars müqaviləsinin 100 illiyində oxşar sənədin imzalanması da uyğun olardı: “Üstəlik, Qars müqaviləsini imzalayan tərəflər də yenidən meydandadır, situasiya da oxşardır. Azərbaycan və Türkiyə yeni imzalanacaq sənəddə Qars müqaviləsinin Rusiya və Ermənistan tərəfindən pozulmuş bəndlərinin, məsələn, Mehri-Nüvədi ərazisi ilə bağlı bəndin bərpa olunması, həmin ərazilərin Azərbaycana qaytarılması tələbini irəli sürə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə feysbukdakı şəxsi səhifəsində yazıb ki, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb: “Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl, İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb”. Ekspertə görə, İrəvan ikinci reallığı da sakitcə qəbul edib: “Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa ”hərbi xidmətə" heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır. Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıları tərksilahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq".

Beləcə, 44 günlük savaşdakı ağır və fəlakətli məğlubiyyətdən sonra ermənilər heç zaman olmadığı kimi, bir-birini didməyə başlayıblar. Düşmənin hər gün Türkiyə və Azərbaycanı qalib, özünü isə məğlub olaraq təqdim etməsini izləmək çox xoşdur. Bu, onların halal haqqı olan taledir, özləri istədilər...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru