"Azərbaycanda dövlət çevrilişi etmək qeyri-mümkündür" - deputat
Tarix: 9-02-2021, 08:58 | Çap et
 Milli Məclisin deputatı Vahid Əhmədov müsahibəsində bir sıra məmurların və sabiq məmurların korrupsiya ilə məşğul olduqları, milyardlarla sərvət toplayıb harınlamalarından danışıb. Bu zaman deputat bildirib ki, hətta həmin şəxslər o qədər harınlayıblar ki, ölkədə dövlət çevrilişi etmək sevdasına da düşüblər.
Vahid Əhmədovun bu barədə fikirləri böyük ictimai rezonans doğurub. Hakim Yeni Azərbaycan Partiyasından da məsələyə reaksiya verilib. YAP-ın komissiya sədri, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, əgər Azərbaycanda dövlət çevrilişi etmək niyyətinə düşən sabiq məmurlar və ya hazırda vəzifədə olanlar varsa, deməli, həmin insan və ya insanlar tamamilə ağlını itirib: “Allah insana cəza verəndə əvvəlcə ağlını əlindən alır. Ancaq ağlını itirmiş məmur çevriliş iddiasına düşə bilər. Kimlərsə bu fikrə düşüblərsə, məgər bilmirlər, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında elə bir Azərbaycan dövləti formalaşıb ki, o, heç bir zaman indiki qədər güclü olmayıb? Bunun arxasında böyük mətləblər dayanır, çox ciddi əməli addımlar, nəticələr dayanır. Bu gün Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir, ona inanır, ona etimad göstərir. Bir dövlət ki, 44 gün ərzində düşmənin 30 ildə yaratdığı istehkamları darmadağın edib işğalçını çökdürdü, Qarabağı işğaldan azad etdi, deməli, bu dövlət çox güclü dövlətdir. Bu dövlətin güclənməsində, qələbənin əldə edilməsində həlledici faktor Ali Baş Komandan və Azərbaycan Ordusudur.
Eyni zamanda burada heç kimin unutmayacağı olduqca vacib bir faktor da var ki, o, xalq-hakimiyyət birliyidir. Xalq öz Ali Baş Komandanının arxasında dayanır, onun istənilən təşəbbüsünü, addımlarını birmənalı şəkildə dəstəklədi və dəstəkləyir. Arxasında xalqın gücü olan liderə qarşı hansı məmur dövlət çevrilişi etmək istəyinə düşə bilər? Ancaq və ancaq ağlını itirmiş adam bu fikrə düşər. Yaxud da hansısa xarici qüvvələrin təsiri altına düşən bu istəyə düşə bilər. Bu cür fikrə düşən inanmıram ki, olsun, əgər varsa belə, görünür, o, reallıq hissini tamamilə itirib. Azərbaycanda dövlət çevrilişi etmək qeyri-mümkündür. Həm yuxarıda dediyim faktlara, həm də Azərbaycanın müvafiq xüsusi xidmət orqanlarının ayıq-sayıqlığına görə qeyri-mümkündür. Müvafiq dövlət orqanları hər zaman fəaliyyətdədir”.
Deputat bununla belə, vurğuladı ki, şübhəsiz heç bir dövlət arxayın yaşamamalıdır, o cümlədən də Azərbaycan: “Təbii ki, biz gücləndikcə, buna sevinənlər də çoxdur. Amma eyni zamanda güclənməyimiz, torpaqlarımızı azad etməyimiz, Ermənistanı diz çökdürməyimiz bizi sevməyənlərin yuxusuna haram qatır. Revanşist qüvvələr təbii ki, Azərbaycan dövlətini zəiflətmək istəyərlər. Eyni zamanda ermənipərəst beynəlxalq siyasi dairələr ölkəni zəiflətmək üçün adətən başlayırlar müxtəlif təzyiq və təhididlərə. Azərbaycanı istəməyən həmin qüvvələr çox maraqlıdır ki, Azərbaycanda bir güclü ”beşinci kolon" formalaşsın və Azərbaycanı qarışdırmaq üçün ondan istifadə etsinlər. Amma Cənab Prezidentin bir ifadəsi var, deyir ki, Azərbaycan o qədər güclüdür daxildən bizə heç bir təhdid, təhlükə ola bilməz. Bizə təhdid və təhlükələr xaricdən ola bilir. Ermənipərəst beynəlxalq siyasi dairələr çalışırlar Azərbaycanda qarışıqlıq yaratsınlar. Bu da nəticə verməyəcək. Kimlər ki, həmin xarici dairələrin toruna düşüb Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərəcək, o adamların sonu yaxşı olmayacaq. Xaricdən daxildə kimlərə qarmaq atıldığı ya atılması istisna deyil. Ona görə də hesab edirəm ki, Azərbaycanda həmin xarici dairələrin əlində alət olan və dövlət çevrilişi etmək istəyinə düşən məmur, qruplaşma, siyasi qüvvə tapılsa, deməli, onlar tamamilə ağıllarını itiriblər və öz sonlarını gətirərlər. Kimlər ermənipərəst siyasi dairələrin toruna düşsə, Azərbaycanda çaxnaşma, qarışıqlıq salmaq niyyətinə düşsə, vay onların halına. Belələri dövlətinə, xalqına qarşı satqındır, xəyanətkardır. Satqına, xəyanətkara qarşı isə ən sərt cavab verilir. Xalqımız ayıq-sayıqdır, öz dövlətinin, öz Prezidentinin yanındadır. Bu cür monolit birliyin olduğu dövlətə heç kim güc gələ bilməz". “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Adil Kərimlidən yeni təyinat - ƏMR
Bu gün, 18:03 |
|
|
|
| • “Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Bu gün, 17:58 |
|
|
|
| • “Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Bu gün, 17:56 |
|
|
|
| • YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Bu gün, 17:49 |
|
|
|
| • “Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Bu gün, 17:42 |
|
|
|
| • Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Bu gün, 17:40 |
|
|
|
| • Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Bu gün, 17:38 |
|
|
|
| • Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Bu gün, 17:32 |
|
|
|
| • Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 17:29 |
|
|
|
| • Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Bu gün, 17:26 |
|
|
|
| • Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Bu gün, 17:16 |
|
|
|
| • Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Bu gün, 17:12 |
|
|
|
| • Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Bu gün, 17:10 |
|
|
|
| • Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21 |
|
|
|
| • 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18 |
|
|
|
| • Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45 |
|
|
|
| • Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32 |
|
|
|
| • Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30 |
|
|
|
| • Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19 |
|
|
|
| • Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16 |
|
|
|
| • Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05 |
|
|
|
| • Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10 |
|
|
|
| • XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05 |
|
|
|
| • Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03 |
|
|
|
| • Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00 |
|
|
|
| • Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49 |
|
|
|
| • Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44 |
|
|
|
| • Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40 |
|
|
|
| • Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34 |
|
|
|
| • Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31 |
|
|
|
| • Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
| • Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12 |
|
|
|
| • "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02 |
|
|
|
| • CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00 |
|
|
|
| • "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59 |
|
|
|
| • “Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54 |
|
|
|
| • ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18 |
|
|
|
| • Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10 |
|
|
|
| • “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59 |
|
|
|
| • Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
| • Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28 |
|
|
|
| • 400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10 |
|
|
|
| • ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05 |
|
|
|
| • Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03 |
|
|
|
|