"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR .....                     Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? .....                     Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ .....                     Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil .....                     İşçiləri işlədib, əməkhaqqı vermədilər .....                     AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir .....                     Ermənistanın naziri ABŞ-yə səfir göndərilir .....                     "Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" .....                     AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır .....                     "Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" .....                     Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir .....                     Peterburqda miqrantlara daha bir qadağa qoyuldu .....                     Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb .....                     Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi .....                     İslamda kredit və faiz QADAĞASI .....                     Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib .....                     “Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” .....                     Bakıda məşhur futbolçunun evindən oğurluq .....                     Sevda Əliqızı şirniyyat bişirib satırmış: .....                     Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? .....                     İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? .....                     Hacıyev “gözləyirik” dedi, Moskva susdu .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi .....                     Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb .....                     Məşhur tikinti şirkətində qanunsuzluqlar .....                     "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb .....                     Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi .....                     "Müəlliflik hüququna təcavüz edilir..." .....                     Bakıda bacısını boğaraq öldürən oğlana .....                     Özbaşına qalmış MASAZIR... .....                     Nura Suri restoran fırıldağını ifşa etdi! .....                     201 saylı məktəbin direktoru CANINI QURTARDI .....                     İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır .....                     Dövlət Agentliyi 170 min manatlıq geyim alır .....                     ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır .....                     Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı .....                     "Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib" .....                     Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi .....                     Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi .....                     Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan .....                 

"Bu insanların “KQB” ilə heç bir əlaqəsi yoxdur" - Nə KQB, nə dövlət?!
Tarix: 29-01-2021, 08:55 | Çap et
"Bu insanların “KQB” ilə heç bir əlaqəsi yoxdur"
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər milli-vətənpərvərlik ruhuna, qələbə əzmi ilə yazılan şeirlərə, musiqilərə də can verdi. İsbat olundu ki, millətin sənəti, mədəniyyətinin ahəngliyi, siyasəti, birliyi mübarizliyindən ruh alaraq daha çox sevilir.

Tarixin müəyyən dönəmlərində bu millətə qarşı qurulan xarici pusqular, rus hərbinin, zindan maşınlarının törətdiyi qırğınlar, repressiyalar onun azadlıq səsini boğa bilmədi. Fiziki olaraq qolları zəncirlənsə də, millətin illərlə nüvələşən, bərkiyən mənəvi gücünü sarsıda bilmədilər. Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Düşmən üzərində qələbənin bu sirrini də öyrəndik...

Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bəzi məqanlara diqqət çəkib.

- Sabir müəllim, Ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbənin fəlsəfəsində və bu zəfərin ədəbiyyatının rüşeyimində dayanan nədir?

- Millətin qələbə zəfəri, ilk növbədə, sözdən, ədəbiyyatdan başlayır. O, bütövlükdə mədəniyyətin bütün sahələrini əhatə edir. Burada musiqi də var, rəssamlıq da... Azərbaycanın 1988-1990-cı illərdə ermənilərin torpaq iddiasına cavab olaraq ayağa qalxması, həmin milli azadlıq, müstəqillik hərəkatı 60-70-80-ci illərin ədəbiyyatından can alaraq başlamışdı. Xalqın taleyində ciddi rol oynayan hadisələr həmişə ədəbiyyatdan, müəyyən sənət adamlarının yaradıcılığı ilə kütlənin içərisinə daxil olur, yayılır. Bu, birmənalı olaraq bütün dünyada qəbul olunmuş bir teoremdir. İndiki qələbəyə gələn yolun başlanğıcında da, təbii ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət, diplomatiya ilə yanaşı, böyük mənəvi baza dayanır. Hansı ki, o mənəvi ruh xalqın qələbəyə olan ümidini qırılmaqdan qorudu, Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı. Beləcə, öz varlığını, fəaliyyətini yalan üzərində quran erməni vandallarının iç üzü açıldı. Bütün erməni eybəcərliyi, cinayətləri, eməni yalanları kitabların, yazıların, jurnalistikanın, ədəbiyyatın xətti ilə dünyaya təqdim olundu. Bu mənada, Qarabağ zəfərində ordu ilə yanaşı, həm də orduya mənəvi güc verən, xalqın ruhunu yüksəklərdə tutan sənət və ədəbiyyatın rolu böyükdür...

- Erməni vandallığını ifşa edən böyük tarixi, bədii, ədəbi əsərlərin yaradılması üçün nə edilməlidir?

- Bu işin uğurla aparılması dövlətdən asılıdır. Kino əsərlərinin yaranması, ermənilərin bu 30 il ərzində Azərbaycan ərazilərində törətdikləri işğal faktları, bütün vəhşilikləri, terror və cinayətləri, insanlığa yaraşmayan o dağıdıcılıq əməllərinin qeydə alınıb dünyaya çatdırılması, beynəlxal məhkəmələrə verilməsi, təzminatın tələb olunması kimi məsələlər ciddi və ardıcıl yanaşma tələb edir. Eləcə də dağıdılmış mədəniyyət və tarixi abidələrimizin qeydə alınması, əvvəlki görüntüsü ilə indiki vəziyyətinin müqayisəli şəkildə araşdırılması dövlətin öhdəsinə düşən mühüm işlərdəndir və düşünürəm ki, dövlət bu işləri görür. Təbii ki, bu prosesdə həm də mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin, kino xadimlərinin əməyindən də istifadə edilməlidir. Bu işin sırf ədəbi tərəfidir... Hər yazıçı buna öz təxəyyülü, xatirəsi, 30 ildə içində yaşadığı hadisələr fonunda yanaşacaq. Bu onun öz ruhi durumuna bağlıdır. O, öz düşüncələrində hadisələrə yenidən nəzər salıb baxır, qiymət verir və onu ədəbi əsərə çevirir. Məsələn, müğənni Elçin Cəfərov Vətən Müharibəsi ərəfəsində hələ mənim müharibə başlayan vaxt -1992-1993-cü illərdə yazdığım bir şeirə mahnı bəstələdi. Bu mahnı cəbhədə əsgərlər arasında ən məhşur mahnılardan biri idi. Mən o vaxt o şeiri yazanda təsəvvür eləmirdim ki, bu, mahnıya çevriləcək və əsgərlərimizə mənəvi dayaq olacaq. Yaxud, müharibə qurtardı və “Qarabağa dönüş” haqqında bir poema yazdım. O da geniş yayıldı. Zəfərdən sonra ilk yazılan əsər oldu və tənqidçilər ona “Zəfər dastanı” dedilər. Bir il əvvəl hələ savaş bitməmişdi, yazmışdım ki, ümidimiz üzülməyib, hələ savaş davam edir. Şükür ki, o savaşın qələbə ilə bitdiyini də gördüm.

İnanıram ki, bu gün, xüsusən uşaqlığı Qarabağda keçmiş, qaçqın həyatı görmüş bir ədəbi nəsl, şairlər, yazıçılar nəsli var. Onlar mütləq azadlıq ruhu ilə yeni əsərlər yazacaqlar. Bizim millət məğlubiyyət duğusuna çətin alışır, onu qəbul etmək istəmir.

Zəfər duyğusu həmişə ədəbiyyatımızı qanadlandırır.

- Sabir müəllim, tariximizin Milli Azadlıq Hərəkatı səhifəsində ön sırada dayanan şair, siyasətçi, turançı ideyası ilə formalaşan bir ziyalı olaraq, bugünün geosiyasi, ictimai gərginliyi fonunda ortaq nöqtəni necə tapa bilirsiniz? Necə hesab edirsiniz, milli kimliyimizi tam olaraq bərpa etmək üçün hansı kəsrlərimiz aradan qaldırılmalıdır?

- Sovet dövrü və ondan sonrakı dönəmlərdə xalqın arasında ziyalıya olan inamı həmişə sarsıtmağa çalışıblar. O gün televiziya verilişlərinin birinə baxıram, deyirlər ki, filankəslər, adlarını da çəkirlər, “KQB”nin sifarişi ilə meydana gəliblər. Halbuki bu insanların “KQB” ilə heç bir əlaqəsi yoxdur. Birinci gündən demişdim ki, kəfənimi boğazıma doladım, gedirəm meydana... Yəni bu ideya ilə, bu inamla gedirsən. Nə “KQB”, nə dövlət?! O vaxt dövlət var idi ki?.. Dövlət meydandan asılı idi. Meydanın hakimi biz idik, ölkənin də hakimi meydan idi. Ona görə də ziyalının rolunu kiçiltmək, xalqın rolunu kiçiltmək olmaz. Xalqa hörmət və inam bəsləmək lazımdır.

Biz o meydan hərəkatına ədəbiyyatdan, sözdən gəlmişdik. Dərnəklərdən, keçdiyimiz yollardan, Bakının zavod və fabriklərdə apardığımız görüşlərdən gəlmişdik. Bu 30 ildə millətə bir inamsızlıq toxumu səpməyə çalışdılar. Bu millətə “Unudun, Qarabağı yaddan çıxarın, Qarabağı dilə gətirmək lazım deyil” fikrini təlqin elədilər. Xalq göstərdi ki, heç nəyi unutmayıb, onun mənəvi gücü yerindədir. Stalin və ondansonrakılar milli kimliyimizi dəyişdirmək üçün çox adlar fikirləşdilər. Həyat göstərdi ki, Azərbaycanda türk kimliyi həlledicidir. O, bir türkdür və onun yanında dayanan qardaş Türkiyə var. Türk kimliyinin, Türk-İslam Birliyinin bir qanadı da Pakistandır. O da türk sevgisi ilə bu proseslərə qatılmışdı. Bunu heç nə ilə millətə unutdurmaq olmaz. Eyni zamanda, bunu sandığa qoyub saxlamaq da mümkün deyil. Türk kimliyi daim bizim həyatımızda zənginləşməlidir. Onun tarixi, qol-qanadı öyrədilməlidir, təbliğ olunmaldır. Cavan nəsil öz tarixini, keçmişini bilməlidir. Erməni özünün uydurma tarixi ilə yeni nəsil böyüdür. Biz isə heç nə uydurmadan bizim olanı övladlarımıza öyrətsək, bu, uşaqlarımızın qəhrəmanlıq ruhu ilə böyüməsinə bəs edər.

- Bizim zəngin tariximiz var. Zaman-zaman işğala məruz qalmışıq və bu gün 4 tərəfdən öz torpaqlarımızla sərhəddəyik, bunun özü çox şeyi deyir. Görünur, şairlərimiz, ziyalılarımız, ədəbiyyatımız siyasətin o çirkin gərdişinə təsir etmək gücünü əldə edə bilməyib...

- Mən şəxsən elə düşünmürəm. Məsələn, neçə ildir partiya sədriyəm. Bizim nəsil, hətta sovet dövründə yaranmış o ədəbiyyatın özünün alt qatındakı milli ruhu duyurduq, hiss edirdik. Ondan əvvəl məsələn, Mirzə Fətəli Axundzadədən başlanan yeni Azərbaycan ədəbiyyatı var idi. Mirzə Cəlil, Sabir, sonra sovet dövrü ədəbiyyatında yer alan Ordubadinin romanları, Cənubi Azərbaycanla bağlı Mirzə İbrahimovun “Gələcək gün” romanı var idi. Nədənsə, “Gələcək gün”ü dərsliklərdən çıxartdılar, halbuki o, Azərbaycanın bütövlük duyğusunu korşalmağa qoymayan bir əsər idi. O dövrlərdə Səməd Vurğunun, baxmayaraq ki, Stalinlə, Moskva ilə bağlı çox yazıları olub, onun həm də “Yandırılan kitablar” şeiri, “Aslan Qayası” poeması var idi. Eləcə də Süleyman Rüstəmin “Cənub həsrəti” şeirlər kitabı, Balaş Azəroğlunun, Zöhrab Tahirin, Bəxtiyar Vahabzadənin və başqa ədiblərin şeirləri var idi ki, Azərbaycanın milli siyasəti bunların içindən keçib. Bu milli siyasət Moskvadan, Avropadan gələn kommunist ideologiyasını üstələdi. Onu Azərbaycan zehnindən silib atdı. Ədəbiyyatçılar bundan artıq neyləməlidirlər?..

- Mübarizlik ruhlu, milli yaddaşımızı oyadan əsərlər nə zaman yaranır? Qələbədə, yoxsa ondan əvvəl?

- Qeyd etdiyim kimi, bizim millətə məğlubiyyət duyğusundan yazmaq çətindir. Bütün bu məsələlər istedada bağldır, burada nə məğlubiyyət, nə də zəfər əsas deyil. Yazı –pozu işində əsas, onu yazanın istedadı milli ruhudur.

Məsələn,1905-1907-ci illər erməni-müsəlman qırğınına dair Ordubadinin 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” kitabı o dövrün müxbirlərinin toplayaraq ona göndərdikləri 254 məktub əsasında yazılıb. Mir Möhsün Nəvvabın “1905-1906- cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsəri həm XX əsrin birinci onilliyində xalqımızın başına gətirilən faciələrin miqyasını açıb göstərmək, həm də Dağlıq Qarabağ probleminin tarixi köklərinin mahiyyətini öyrənmək baxımından qiymətli mənbə hesab olunur. Qılman İlkinin, Manaf Cüleymanovun o dövrlə bağlı kitablarında müəyyən faktlar göstərilib. Həmin faciələri göstərən böyük əsərlər yazılmayıb. İndi hesab edirəm ki, bütün bu məsələlər yazılmalıdır.

- Sabir müəllim, təbii ki, ədiblərimiz, şairlərimiz öz sözlərini kifayət qədər deyiblər. Torpaqlarımızı əsarətə alan, repressiyaya məruz qoyulan millətin güclü diplomatiyasının yaranmasına təsir edə bilməyib. Əvvəlki sualımda ədəbiyyatımızın düşmən siyasətinin qarşısında hansı səbəbdən sədd yarada bilməməsi səbəblərinə toxunmaq istəmişdim.

- Təəssüf ki, indi də diplomatiyada, idarəçilik sistemində Azərbaycan milli ideologiyasının şinelindən çıxmayan və yaxud Azərbaycan məktəbini qurtarmayan, kənar təsirlərlə yetişən müəyyən təbəqə var. O təbəqə heç vaxt bizim dediyimiz, o əsl milli ruhu hiss eləmir. Əslində o adamların diplomatiyada, siyasətdə olmaları ziyan vurur. Bunlar daim xarici ölkələrlə təmasdadırlar, onlara anlatmalıdırlar, deməlidirlər. Bu mənada gələcək nəsil bu iki mədəniyyətin ikisinə də vaqif olsun, ikisinə də yiyələsin. Bir yandan Azərbayacan mədəniyyəti, bir yandan dünya mədəniyyətini bilsin. Eyni zamanda öz kökümüzdən heç vaxt qopmasın.

- Rusiya sülhməramlılarının Qarabağa gəlişini və regionda separatizmin tam təmizlənmədiyini nəzərə alsaq, hələ ki, suverenliyimiz tam bərpa olunmayıb. Bu fonda Milli Məclis əsas milli məqsəd və ideyalarımızla bağlı nə dərəcədə cəsarətli, cərəyan edən proseslərə adekvat çıxış edə bilir?

- Milli Məclis ölçü-biçi daxilində həmişə öz sözünü deyib. Şəxsən Rusiya sülhməramlılarının əraziyə gəlməsinə böyük faciə kimi yanaşmıram. Əlbəttə, arzulamazdım gəlsinlər, amma bu proses baş verib. Şübhəsiz ki, ordumuza imkan verilsəydi, gedib Yerevana da çıxardı, amma sonrası necə olacaqdı? Hər halda dünya, ermənipərəst qüvvələr bu məsələni sakit buraxmayacaqdılar. Azərbaycanın hansı təzyiqlə üzləşəcəyi, Dağlıq Qarabağla bağlı yaranan Minsk Qrupu dövlətlərinin hansı addımları atacağını hesablamaq lazım idi. Ona görə də regionda uğurlu gediş etmək üçün təkcə Rusiyanı, onun sülhməramlılarını söymək yetərli deyildir.

Biz Azərbaycanın bu haqlı müharibəsində Avropa ölkələrindən və Rusiyadan fərqli münasibət gördük. Bunu dəyərləndirib, götür-qoy eləmədən, elə “Niyə rus gəldi?” demək də düzgün deyildir. Otuz ildir ermənilər Azərbaycanda özlərindən min cür yalan uydurublar. İndi bunların yalan olduğunu dünyaya göstərə bilirik. İndiki mərhələdə bir barış olmalıdır. Bu prosesdə də Rusiya ortaya girib və İnşallah, məsələnin həllinə nail olacağıq. Ona görə də Rusiya sühməramlılarına da təmkinlə, sakit yanaşmaq lazımdır. Bütün sərhəd Azərbaycanın nəzarətinə keçəcək və hər şey yaxşı olacaq.

- Sabir müəllim, sizin “Millətim” şeiriniz var, hansı ki, Vətən Müharibəsi ərəfəsində dəfələrlə dinlədik. Millətimiz düşmənlə hesabını tam kəsə bildimi? Bütövlükdə qarşımızda hansı vəzifələr durur?

- Biz düşmənlə hesabı kəsdik, sərhəd, torpaq bütövlüyümüzü də bərpa etdik. Dağlıq Qarabağda qalan ermənilər, əslində, bizim vətəndaşlardır. Bu bizə imkan verir sabah deyək ki, bizim də Ermənistandan çıxarılan əhalimiz öz yerlərinə qaytarılsın.

Monorespublika yaratmaq niyyətində də deyilik. Ermənilərin orada qalmasından istifadə edərək, dünyaya milli xarakterimizi daha yaxşı göstərmək istəyirik. Bəlkə də bu, bir qədər təskinlikdir, bəlkə də ərazilərimiz tam təmizlənsəydi, daha başqa cür danışa bilərdim. Hər halda bu da bir faciə deyildir. Hesab edirəm, tam maksimalist olub deyə bilərik ki, Ermənistan da bizimdir, İrəvan da bizimdir. Dünyadakı reallıqları isə nəzərə almaq lazımdır. Əlimizdə olan və mövcud dünya şərtlərini nəzərə alsaq, öz məqsədlərimizi yerinə yetirmişik. Müəyyən işlər qalır, onlar da görüləcək. Boşalan torpaqlarımızı bərpa edənə qədər, Qarabağda qalan o müəyyən tör-töküntülər də oradan təmizlənəcək.

Onu da deyim ki, qələbədən sonra “Millətəm” mahnısından heç də geri qalmayan ikinci bir mahnını yazmışıq, İnşallah, bu günlərdə ortaya çıxacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:52
Rusiya Cənubi Qafqaza silah yığmaqla kimi təhdid edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
Göyçayda məmur özbaşınalığı PİK HƏDDƏ - GİLEY
Bu gün, 06:44
Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil - Görünəni odur ki...
Bu gün, 06:37
İşçiləri işlədib, əməkhaqqı vermədilər - Prezidentə MÜRACİƏT
Bu gün, 06:35
AZAL təyyarəsinin vurulması: Bakı ədalət və cavab gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 06:27
Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41
"Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39
AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır - Kapitanın etirafı
Bu gün, 00:37
"Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" - QALMAQAL
Bu gün, 00:35
Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir - AÇIQLAMA
Bu gün, 00:30
Peterburqda miqrantlara daha bir qadağa qoyuldu
Bu gün, 00:28
Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb - Ermənistan KİV
Bu gün, 00:26
Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi - TƏFƏRRÜAT
Dünən, 18:03
İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?
Dünən, 18:01
Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Dünən, 17:59
“Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” - AKTUAL
Dünən, 17:57
Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı
Dünən, 17:54
Sevda Əliqızı şirniyyat bişirib satırmış: - “Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur”
Dünən, 17:53
Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? - İLGİNC
Dünən, 17:49
İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? - Ermənistan üçün NÜMUNƏ
Dünən, 17:45
Hacıyev “gözləyirik” dedi, Moskva susdu – Nə baş verir?
Dünən, 17:38
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 17:30
Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb
Dünən, 17:26
Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?
Dünən, 17:20
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
Dünən, 17:16
Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi - ARAŞDIRMA BAŞLANILIB
Dünən, 17:11
"Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Dünən, 17:01
Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Dünən, 16:54
Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Dünən, 16:49
Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Dünən, 16:46
201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Dünən, 16:45
İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Dünən, 16:09
Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Dünən, 16:06
ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Dünən, 16:02
Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Dünən, 16:01
"Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib"
Dünən, 16:00
Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTO
Dünən, 15:57
Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi - Kreml nə planlaşdırır?
Dünən, 15:50
Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA
Dünən, 15:48
Naxçıvanda polis nəfəri vəfat edib
Dünən, 15:31
Region yenidən çalxalanır – İranın gizlətdiyi “xəzinə” vurula bilər
Dünən, 15:28
Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub
Dünən, 15:12
“ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı - DETALLAR
Dünən, 14:58
Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi – “Yerli xalq niyə köçməlidir?”
Dünən, 14:50
Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı - AXI NİYƏ?
Dünən, 14:40
Aleyna Tilkidən təəccübləndirən ETİRAF: - "Bir anda evlənib uşaq doğa bilərəm"
Dünən, 14:38
“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” - TƏFƏRRÜAT
Dünən, 14:26
18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... - ŞOK TƏFƏRRÜAT
Dünən, 14:23
Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” - Peskovdan SENSASİON AÇIQLAMALAR
Dünən, 14:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru