"Varlığı ilə yoxluğu bilinməyən partiyaların qeydiyyatı ləğv olunmalıdır" - Partiya sədri
Tarix: 26-01-2021, 10:13 | Çap et
 “Siyasi plüralizm güclü ölkənin və demokratiyanın əsas göstəricisindən biridir. Bu sahədə mühitin formalaşdırılmasında siyasi partiyaların xüsusi rolu var”.
Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb: “Son bir il ərzində 7 partiya dövlət qeydiyyatından keçib. Siyasi partiyaların əksəriyyəti aktiv fəaliyyət göstərir. Partiyalar ölkə başçısının bəyan etdiyi və yürütdüyü siyasətin nəticəsində siyasi dialoqun tərəfdaşına çevrilib. Azərbaycanda çoxpartiyalı parlament formalaşıb və bu da demokratiyanın inkişafında önəmli addımdır. Biz əksər partiyaların Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında birləşdiyinin şahidi olduq. Siyasi partiyaların birgə bəyanatı da Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Lakin təəssüflər olsun ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə yoxdur. Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil. Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Ədliyyə Nazirliyi rəsmisinin bir çox partiyaların heç bir fəaliyyətinin olmadığını bildirməsi real vəziyyətin dilə gətirilməsidir. Heç bir fəaliyyəti olmayan partiyaların hesabına ölkədə siyasi partiyaların sayı gəlib 62-yə çatıb. Lakin saya yox, sanbala üstünlük verilməlidir. Heç bir fəaliyyəti illərlə müşahidə olmayan, varlığı ilə yoxluğu bilinməyən partiyaların qeydiyyatı ləğv olunmalıdır: “İllərlə heç bir fəaliyyəti olmayan, adı olub özü əslində olmayan partiyaların qeydiyyatının ləğvi ”Siyasi partiyalar haqqında" Qanunda əksini tapmalıdır. Azərbaycanda 62 partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydə alındığını Ədliyyə Nazirliyi rəsmisi açıqlayıb. Uzun illərdir qeydiyyatda olan partiyaların yarıdan çoxu adı olub, fəaliyyəti olmayan siyasi təşkilatlardır. Onlar heç bir işlə məşğul deyillər. Bu baxımdan, dünyanın çox ölkələrində iki il belə “fəaliyyət” göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Partiyalar haqqında qanunda məhz bu məqamlar konkret şəkildə əksini tapmalıdır. Konkret müddət ərzində heç bir fəaliyyəti olmayan, heç bir seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı avtomatik olaraq qüvvədən düşmüş sayılmalıdır. Dövlət qeydiyyatından keçmiş 62 partiyanın yarıdan çoxunun adları belə cəmiyyətə bəlli deyil, elələri var ki, heç vaxt qurultay keçirməyiblər. Bu gün cəmi 10-12 partiya az-çox fəaliyyət göstərir, Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı mövqeyini ortaya qoyur. Əgər biz bu gün dövlət qeydiyyatında olan partiyalardan cəmi onunun adını real fəaliyyət göstərən partiya kimi saya bilmiriksə, deməli, doğrudan da həmin partiyaların təxminən 40-ının sadəcə adı Ədliyyə Nazirliyində qeydiyyatda var. Əgər bir partiyanın ki, sədri hələ bu günə qədər ağzını açıb bir hadisə ilə bağlı heç bir fikir bildirməyib, deməli, yox kimidir. Ona görə də belə partiyaların hamısının dövlət qeydiyyatı ləğv olunmalıdır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Adil Kərimlidən yeni təyinat - ƏMR
Bu gün, 18:03 |
|
|
|
| • “Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Bu gün, 17:58 |
|
|
|
| • “Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Bu gün, 17:56 |
|
|
|
| • YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Bu gün, 17:49 |
|
|
|
| • “Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Bu gün, 17:42 |
|
|
|
| • Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Bu gün, 17:40 |
|
|
|
| • Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Bu gün, 17:38 |
|
|
|
| • Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Bu gün, 17:32 |
|
|
|
| • Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 17:29 |
|
|
|
| • Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Bu gün, 17:26 |
|
|
|
| • Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Bu gün, 17:16 |
|
|
|
| • Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Bu gün, 17:12 |
|
|
|
| • Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Bu gün, 17:10 |
|
|
|
| • Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21 |
|
|
|
| • 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18 |
|
|
|
| • Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45 |
|
|
|
| • Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32 |
|
|
|
| • Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30 |
|
|
|
| • Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19 |
|
|
|
| • Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16 |
|
|
|
| • Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05 |
|
|
|
| • Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10 |
|
|
|
| • XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05 |
|
|
|
| • Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03 |
|
|
|
| • Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00 |
|
|
|
| • Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49 |
|
|
|
| • Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44 |
|
|
|
| • Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40 |
|
|
|
| • Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34 |
|
|
|
| • Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31 |
|
|
|
| • Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
| • Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12 |
|
|
|
| • "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02 |
|
|
|
| • CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00 |
|
|
|
| • "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59 |
|
|
|
| • “Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54 |
|
|
|
| • ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18 |
|
|
|
| • Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10 |
|
|
|
| • “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59 |
|
|
|
| • Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
| • Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28 |
|
|
|
| • 400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10 |
|
|
|
| • ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05 |
|
|
|
| • Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03 |
|
|
|
|