Adil Kərimlidən yeni təyinat .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                 

"İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır" - Partiya sədri
Tarix: 26-12-2020, 09:38 | Çap et
"İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır"
Azərbaycan müxalifətinin aparıcı ideologiyası 32 ildir dəyişməyən ''Ya Qarabağ, ya ölüm'' şüarına söykənirdi. Vətənpərvərlik, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Azərbaycan müxalifətinin öz opponentinə qarşı əsas “silahı” sayılırdı. Lakin 2020-ci ilin payızında iqtidar Qarabağ problemini həll etdi, müxalif liderlərdən heç biri əsas ideologiyası istiqamətində yaddaqalan fəaliyyət göstərmədi. Könüllü yazılan, öz tərəfdarlarına ön və arxa cəbhədə fəaliyyət istiqamətləri, direktivlər göstərən müxalif partiya sədrləri bəlkə də oldu; lakin ictimaiyyət belə bir çağırışları və fəaliyyətləri duymadı. İndi hər hansı səbəbdən müxalif düşərgə özünün ideoloji arsenalında, şüar və çağırışlarında yenilik etməlidir. Əks halda, yalnız virtual təftişçiliklə kifayətlənməli olacaqlar. Ortaya ciddi fəaliyyət proqramı və tərəfdarlara perspektivlər vəd ertmək üçün Azərbaycan müxalifəti nələrsə düşünür, öz aralarında müzakirə edirmi və ya etməlidirmi?

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Qarabağ məsələsi müxalifəti və xalqı birləşdirən ideoloji xətt olub və bu, belə olaraq qalır: “Əslində zaman göstərdi ki, müxalifət Qarabağ məsələsindən həlledici anda heç də hakimiyyətə qarşı silah kimi istifadə etmədi. Əksinə, Qarabağın azadlığı uğrunda başlanan vətən müharibəsində imzası, açıq mövqeyi ilə dövlətə, hakimiyyətə tam dəstək verdi. Biz sadəcə illər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır, hakimiyyətdən bunu həmişə istəyirdik. Yəni bu heç də müxalifətin Qarabağ məsələsindən hakimiyyətə qarşı kart kimi istifadə etməsi kimi başa düşülməməlidir.

Qarabağ məsələsini bu gün bir nömrəli milli məsələsi sayırıq və bunun ətrafında birliyimiz davam edir, edəcək. Müxalifət təşkilatları arasında müzakirələr də gedir. Bizim tərəfdarlarımıza deməyə kifayət qədər sözümüz və ideoloji əsaslarımız var. Bundan narahat olmayın”.

AMİP katibi Əli Orucov bildirdi ki, Dağlıq Qarabağ problemi və torpaqlarımızın erməni işğalından azad edilməsi təkcə müxalifətin istək və tələbi deyildi. Bütün Azərbaycan xalqı, beynəlxalq hüquq və ədalət də bunu tələb edirdi: “Təəssüflər olsun ki, dünya siyasətindəki mövcud ikili standartlar və qeyri-obyektivlik Azərbaycanın haqq işinin bunca uzanmasına gətirib çıxardı. Heç kəsə sirr deyil ki, uzun sürən Ermənistan-Azərbaycan münaqişəsi həm regiondakı, həm də münaqişədə olan dövlətlərin bütün həyatına ciddi təsir göstərirdi. Xüsusi ilə Bakı və İrəvanda siyasi hakimiyyətlərin mövcudluğunu da məhz bu münaqişə şərtləndirirdi. 44 günlük müharibə nəticəsində işğal faktoruna son qoyulması tarixi hadisədir və buna hamı ürəkdən sevindi. Lakin hesab etmirəm ki, problem tam öz həllini tapıb. Qarşıda Azərbaycanı çox ciddi diplomatik fəaliyyət və hərbi sayıqlıq gözləyir. Göründüyü kimi, ermənilərin bəzi avropalı dəstəkçiləri qərəzli mövqelərindən əl çəkməyiblər. Eləcə də Rusiya sülhməramlılarının fəaliyyəti narahatlıq üçün əsaslar verir. Bir müddət əvvəl baş verən hadisələrin müşahidə xəritəsində özbaşına düzəliş, yaxud erməni silahlılarının bölgədə mövcudluğu, həmçinin Laçın dəhlizinə nəzarət edə bilməməyimiz, Xankəndində hələ də separatçı yuvanın qalması kimi hallar narahatçılıq doğurmaya bilməz. Azərbaycan müxalifəti bütün bu baş verənləri izləyir və dediyim bir sıra məsələlərdən narahatdır, narahatlığını da ictimaiyyətə, hakimiyyətə çatdırır.

Müharibə dönəmində müxalifət dövlətin və hakimiyyətin yanında oldu. Lakin narahatedici məqamlarla bağlı mövqeyini bu gün də dilə gətirir. Müxalifət partiyaları arasında hazırda sıx əməkdaşlıq olmasa da, milli məsələlərlə bağlı istənilən an bir araya gəlməkdə, ortaya konkret proqram və təkliflər qoymaqda problem yoxdur. Qarabağ indi də müxalifəti, xalqı birləşdirən məsələdir, ideoloji xətlərdən biridir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Kərimlidən yeni təyinat - ƏMR
Dünən, 18:03
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Dünən, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Dünən, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Dünən, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Dünən, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Dünən, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Dünən, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Dünən, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Dünən, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Dünən, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Dünən, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Dünən, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Dünən, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Dünən, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Dünən, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru