Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                 

“Sülhməramlı qüvvələr Laçının sahibi deyillər” - deputat
Tarix: 4-12-2020, 09:03 | Çap et
“Sülhməramlı qüvvələr Laçının sahibi deyillər”
Azərbaycan dövləti və vətəndaşlarımız 44 günlük Vətən müharibəsində əldə olunan zəfərimizin qürurunu yaşamaqda ikən düşmən ölkə matəm içərisindədir. Bugünlərdə işğalçı ölkədə gərginliklər, qarşılıqlı ittihamlar gündən-günə artır. Amma diqqəti cəlb edən budur ki, Nikol Paşinyanı hədəfə alan siyasi qüvvələr Azərbaycana qarşı işğalçı siyasəti lənətləməkdənsə, məğlubiyyətin səbəblərini müzakirə edir, baş nazirdən hesab istəyirlər. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə söhbətimizdə əvvəlcə düşmən ölkədəki ab-havadan bəhs etdik.

- Fəzail bəy, Vətən müharibəsinin nəticələri barədə nə deyə bilərsiniz? Necə bilirsiniz, erməni faşizminin birdəfəlik məhv edildiyini söyləmək hələ tez deyil ki?

- Biz 44 gün ərzində istədiyimizə nail olduq. 7 rayon azad olundu. Onun 4-ü Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində işğalçılardan azad edildi. Həm də Ermənistana, faşist dövlətinə ağır, sarsıdıcı və ölümcül zərbələr vuruldu, onun hərb maşını darmadağın edildi. Ermənistan bir dövlət kimi son dərəcədə ciddi xarakter daşıyan böhranın içərisinə salındı və böhranın bütün əlamətləri Ermənistanda özünü ifadə etməkdədir. Onsuz da kasıb, rəzil və başqalarından asılı olan ölkə aparmış olduğumuz Vətən müharibəsi nəticəsində daha rəzil bir günə, daha ağır duruma düşdü. Beləliklə, Ermənistanda yaranmış olan bu situasiya, ruhi və psixoloji gərginlik illər uzunu davam edəcək. Mənim gümanıma görə, Ermənistan cəmiyyəti yaşamış olduğu bu ağır-psixoloji stresdən, illərdən bəri onların baş əydikləri ideologiya yerlə yeksan olduğuna görə çökəcək. Ermənistan cəmiyyətinin çökməsi ilə miqrasiyalar geniş miqyas alacaq, ölkədən kütləvi şəkildə axın başlayacaq. Beləliklə, artıq Ermənistan bir dövlət kimi tamamilə məhv olub gedəcək. İndi onun bütün elementləri, görüntüləri artıq ortadadır. Bu gün faktiki olaraq Ermənistanı bu vəziyyətdən çıxara biləcək lider görünmür, yoxdur. “Ən parlaq lider”, küçə dəstəyi ilə hakimiyyətə gələn Paşinyan ölkəni olduqca acınacaqlı vəziyyətə saldı və ona qarşı bu gün cəmiyyətin ən müxtəlif təbəqələrində böyük antipatiya var. Digər tərəfdən, klanlararası döyüş özünün kəskin fazasına daxil olub. Yəni yerli ermənilərlə Qarabağ erməniləri arasında hazırda ölüm-dirim mübarizəsi gedir. Hakimiyyətə hansı klan gəlsə, digər klanın onu qəbul etməsi mümkün deyil. Ortaq nöqtəni tapa biləcək şəxsin bu gün Ermənistanda hakimiyyətə gəlməsi gözlənilmir. Beləliklə, Ermənistanda dərin böhran hökm sürür. Çünki bu böhranı yaradan Azərbaycan oldu. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi altında şanlı ordumuz ermənilərin belini qırdı, onun hərb sistemini dağıtdı, cəmiyyətini məhv etdi, Azərbaycanın hesabına özünün bu və ya digər ehtiyaclarını ödəyə biləcək imkanlardan məhrum etdi.

- Amma bu gün Ermənistan cəmiyyətinə yenə də revanşist fikir hakimdir. Azsaylı realist düşüncəli şəxsləri çıxmaq şərtilə, mütləq əksəriyyətin yenə də toparlanıb Azərbaycana qarşı təcavüzə başlamaq niyyəti müşahidə olunmaqdadır. Belə qənaətə gəlmək olarmı ki, növbəti savaş qaçılmaz olacaq?

- Bu revanşist qüvvələr uzun illərdən bəri onlarda formalaşan ideoloji-psixoloji xəstəlikdən xilas ola bilmirlər. Bu, nəticə etibarilə onların ruhi vəziyyətinə də ciddi şəkildə təsir göstərir. Mən düşünmürəm ki, illər uzunu, yüz illərdir erməniləri faşist düşüncələri ilə, “Böyük Ermənistan” ideyaları ilə formalaşdıran, “Türk sənin düşmənindir”, məzmunlu ana laylası eşidən ermənilər hələ uzun müddət bu düşüncələrdən xilas ola bilməyəcəklər. Çünki onların genetikasından irəli gələn bir yanaşmadır. Türkü özünə genetik düşmən hesab edən ermənilər bu xəstəlikdən azad ola bilməyəcəklər. Ona görə də ermənilərin içərisindən çıxan ayrı-ayrı şəxslər, politoloqlar, özünü ziyalı hesab edən, lakin həmin ideologiyanın ötürücüləri olan insanlar revanş əldə etmək üçün müxtəlif cəhdlərdə bulunacaqlar. Lakin Ermənistanın bunu etmək şansı və imkanı yoxdur. Çünki hərb maşını sınıb, ordu darmadağın edilib. 44 gün ərzində Azərbaycanın Silahlı Qüvvələri dünya hərb tarixinə çox böyük yeniliklər gətirdi. Cənab Prezidentin Laçının azad edilməsilə bağlı Azərbaycan xalqına ünvanladığı müraciətində Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikasının statistikası diqqətə çatdırıldı. Faktiki olaraq Ermənistanın hərb maşını yoxdur, bitib, sınıb, canlı qüvvəsi tamamilə ruh düşkünlüyü içərisindədir. Çünki müzəffər Ordumuz onlara qan uddurub. Hətta başqa ölkədən gələn muzdlunun dediklərini oxudum, deyir onlar ölüm mələyi idilər, gəlirdilər səngərdə olanlarımızı qırırdılar və yoxa çıxırdılar. Baxın, görün, Azərbaycan ordusu, düşməni nələr etiraf etməyə vadar eləyib. Ondan başqa, müharibənin gedişində qondarma rejimin yaramaz, şərəfsiz başçısının açıqlamaları var idi ki, oktyabrın əvvəllərində müharibəni dayandırmaq lazım idi. O, Köçəryan, Ter-Petrosyanın, Sərkisyanın, digər hərbi mütəxəssislərin adından çıxış edirdi. Görün Azərbaycan oktyabrın ortalarınadək Ermənistana necə divan tutmuşdu. Lakin Paşinyan bizə sərf edən taktikanı götürdü və Ermənistanı çökdürdü. Ona görə də revanşist qüvvələrin hər hansı şəkildə Azərbaycan üçün problem yaradacağına mən qətiyyən inanmıram.

- Laçın şəhər mərkəzinin və dəhlizin müəyyən hissəsinin yeni dəhliz açılanadək Rusiya sülhməramlılarının nəzarətində qalması ermənilərdə ümid yaradır ki, yenidən xam xəyallarını reallaşdırmaq üçün hərəkətə keçə bilərlər. Siz bu vəziyyətlə bağlı narahat deyilsiniz ki?

- Mən qətiyyən narahat deyiləm. Birincisi, həmin nəzarət postunda eyni zamanda Azərbaycanın Silahlı Qüvvələri olacaqlar, bu, bəyanatda öz əksini tapıb. Ümumi razılaşmaya görə, gələnləri və gedənləri Azərbaycan hərbçiləri yoxlayacaq ki, görək bu yolla kimlər gəlir, nələr gətirilir.

- Sosial şəbəkədə bəzi azərbaycanlı ekspertlər də bu duruma görə narahatlığını ifadə edirlər...

- Mən bu narahatlığı başa düşürəm. Onların vətənpərvərliyini də yüksək qiymətləndirirəm. Ancaq onlara müraciət edib demək istəyirəm ki, əgər bizi bu qələbəyə gətirib çıxaran möhtərəm cənab Prezidentimiz, xilaskarımız, Ali Baş Komandanımız varsa, deməli, arxayın ola bilərlər! Ona görə də hər hansı subyektiv amillərdən doğan və cəmiyyətdə narahatlıq yaradan fikirləri gündəlikdə çox tirajlamasınlar. İlk növbədə demək istəyirəm ki, faktiki olaraq Laçından bütün ermənilər çıxarılıb, orada erməni yoxdur. Digər tərəfdən, Laçın dəhlizinə sülhməramlılarla bərabər, Azərbaycanın Silahlı Qüvvələri də nəzarət edəcək. Ermənistandan Azərbaycana, Azərbaycandan Ermənistana gedən bütün avtomobillər, yük maşınları Azərbaycan hərbçiləri tərəfindən yoxlanılacaq. Sülhməramlı qüvvələr ancaq iki xalq arasında qarşıdurmaya imkan verməmək, əgər belə hal olarsa, onun qarşısını almaq üçün oradadır. Sülhməramlı qüvvələr Laçının sahibi deyillər! Bu gün Laçının sahibi Azərbaycandır! Həmin dəyərli soydaşlarımıza da xatırlatmaq istərdim ki, artıq Laçında Azərbaycanın bayrağı sancılıb. 30 noyabrdan 1 dekabra keçən gecə hər birimiz gördük, Azərbaycanın Silahlı Qüvvələri Laçının lazım olan yerlərində yerləşiblər və möhkəmləniblər. Laçın bizdədir, buna qətiyyən şübhə ola bilməz! Bu gün bəzi siyasət dəllallarının, vaxtilə “Azərbaycan niyə müharibə etmir”, deyərək bağıran və bağıra-bağıra səsi tutulanlar indi ayrı formada “val”ı çevirərək həmin bağırtıları səsləndirirlər. Yenə də çalışırlar ki, Azərbaycan dövlətinə etimadsızlıq yaratsınlar. Yenə onlar ermənilərin, fransızların yanındadırlar. Zəfər döyüşünü uğurla baş çatdıran, bir şəhid vermədən 3 rayonumuzu Azərbaycanın ərazisinə qaytaran möhtəşəm, müdrik, uzaqgörən Prezidentimizə inanmalıyıq. Ondan sonra bu inamı davam etdirməliyik, onun ətrafında 44 gün olduğu kimi, yenə də sıx birləşməliyik və Azərbaycanın əleyhinə orada-burada şər-böhtan atan insanlara qarşı özümüzün iradəmizi yenə ortalığa qoymalıyıq. Bu gün şarlatanlar, hər zaman Azərbaycanın zəifləməsinə xidmət edən ermənilərin, erməni lobbisinin yanındadır. Ona görə də mən bir daha tam məsuliyyətlə deyirəm ki, Laçın artıq Azərbaycanın tərkibindədir, Laçın üzərində tam nəzarəti həyata keçiririk. Artıq 7 rayon, həmçinin Şuşa bizimkidir.

- Bəs növbəti mərhələdən nə gözləyirsiniz? Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə ilə bağlı suallara cavabınızı eşitmək istərdik. Varmı cavablar?

- Növbəti mərhələdə biz artıq siyasi-diplomatik yolla möhtərəm Prezidentimizin aparmış olduğu ardıcıl siyasətin konkret nəticələrini görəcəyik. Azərbaycan bayrağı tədricən Xankəndində, Əsgəranda, Xocalıda, Ağdərənin, Xocavəndin hər yerində, yaxın zaman kəsiyində dağalanacaq. Ola bilsin ki, bu, müəyyən zaman çəkəcək. Bu zaman bizi darıxdırmalı deyil. Biz ərazi bütövlüyümüzü təmin etmişik, bu yolda olduqca əhəmiyyətli və ciddi addımlar atılıb.

- Fəzail bəy, yəqin siz də təsdiqləyirsiniz ki, Vətən müharibəsinin yekunu olaraq Naxçıvana və həmçinin Türkiyəyə birbaşa quru dəhliz-yolun açılması da çox ciddi, tarixi hadisə oldu, elə deyilmi?

- Bəli, bu bəyanatın ən mühüm, üstün cəhətlərindən biri ondan ibarətdir ki, Mehri istiqamətindən Naxçıvanla Azərbaycanın digər əraziləri birləşdirilir, onlar arasında quru əlaqə yaradılır. Yəni həm dəmir yolu, həm avtomobil yolu əlaqəsi qurulur. Ən əhəmiyyətlisi budur ki, yola Rusiyanın sərhəd qoşunları nəzarət edir. Eyni zamanda bu, qardaş Türkiyənin də Azərbaycanla birbaşa quru əlaqələrini daha qısa şəkildə təmin edir. Bütövlükdə çox strateji mahiyyət daşıyan bir açılışdır.

- Bakı-Naxçıvan qatarının ilk sərnişini olmaq istərdinizmi?

- Çox böyük məmnuniyyətlə ilk qatarın ilk sərnişinlərindən biri olmağı arzulayardım. Çünki həm də uzun illər boyu mən yaşadığım Zəngəzurun Qarakilsə rayonunun Şıxlar kəndinə məhz həmin dəmir yolundan istifadə edərək, Naxçıvanda düşərək, avtomobillə rayonumuza getmişəm. Bu, mənim üçün nostalji və həm də çox rahat bir yoldur. Nəzərə alsaq ki, o yol eyni zamanda Arazboyu gedir və Arazboyu getdikcə cənublu soydaşlarımızın ruhunu orada duyuruq, mənəvi bağlılıq əmələ gəlir. Bu baxımdan da mənim üçün xüsusi önəm kəsb edir. Məmnuniyyətlə düşünürəm ki, o yol açılanda ilk sərnişinlərdən biri olacağam. İnşallah, uca Yaradanımız o günü mənə qismət edər.

- Yəqin ki, Türkiyə əsgərinin tezliklə Qarabağda olmasını siz də gözləyirsiniz, eləmi?

- Artıq Türkiyə əsgəri Azərbaycandadır. Vaxtilə keçirilən təlimlərdən sonra yaranmış situasiyaya görə Azərbaycanda qaldılar, lakin müharibə prosesinə qoşulmadılar. Çünki bu, Azərbaycanın özünün milli savaşı idi, dövlət özünün iradəsini ortaya qoyaraq, öz gücünü nümayiş etdirdi. Odur ki, bizim Türkiyənin Silahlı Qüvvələrinə ehtiyacımız yox idi. Əgər başqa bir dövlət Ermənistanın yanında olsaydı, təbii ki, qardaş Türkiyə və Azərbaycanda olan əsgər və zabitlər, hərbi kontingent də bizimlə bərabər olacaqdılar. Onlar hər zaman bizimlə bərabərdirlər, təlimlərdə bərabərdirlər. Bir ildə on dəfədən artıq birgə təlimlərin keçirilməsi Türkiyə əsgərinin burada olması deməkdir. Yəni bu, yox deyil, var mahiyyəti daşıyır. Tezliklə ortaq Monitorinq Mərkəzinin yaradılması ilə bağlı texniki məsələlər də başa çatdırıldıqdan sonra türk qardaşlarımızı burada görəcəyik. Ehtiyac olarsa, mehmetciklərimiz Azərbaycan əsgərləri ilə birgə digər yerlərdə də olacaq, çünki bu, Azərbaycanın suveren hüququdur. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanın istənilən bölgəsində yerləşməsi və Azərbaycan əsgərləri ilə bərabər olması Azərbaycanın seçimidir, buna hər hansı bir dövlətin qarışmaq hüququ, həm də imkanı yoxdur. Mən istərdim ki, Türkiyə ordusu hər zaman Azərbaycanla və bizlərlə birgə olsun, həm göydə, həm yerdə, həm ürəkdə!
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Bu gün, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Bu gün, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Bu gün, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Bu gün, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Bu gün, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Bu gün, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Bu gün, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Bu gün, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Bu gün, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Bu gün, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Bu gün, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Bu gün, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru