Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                 

“Xankəndi şəhərində Azərbaycan bayrağı dalğalanacaq” - deputat
Tarix: 2-12-2020, 08:56 | Çap et
“Xankəndi şəhərində Azərbaycan bayrağı dalğalanacaq”
Ermənistan kapitulyasiyaya imza atıb. Azərbaycan ərazilərinin erməni işğalından azad olunması və suverenliyinin bərpası prosesi davam edir. Erməni silahlılarının Xankəndi ərazisindən çıxmaq istəmədiyi, öz havadarlarına yalvar-yaxar edərək, Qarabağ üzərindən bölgəyə hakimlənmək eyforiyası hələ ki qalır.

Xarici güclərin, Fransanın timsalında ölkəmizin suverenliyinə kölgə salma cəhdləri edilsə də, azad Azərbaycanın öz məqsədlərinə doğru uğurla irəliləməsi birmənalıdır. Artıq, Laçın rayonunun azadlığından sonra növbəti mərhələnin “yol xəritəsi” işlənir.

Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən millət vəkili Musa Quliyev ciddi məqamlara diqqət çəkib.

- Musa müəllim, Azərbaycan Ordusu ərazilərimizin bir qismini hərbi yolla işğaldan azad etdi. İşğalda qalan rayonlarımızın bir hissəsi isə danışıqlar yolu ilə geriyə qaytarılır. Laçın azadlığına qovuşur.

- Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə böyük bir tarixi hadisəyə imza atdı. Artıq Laçın da azadlığına qovuşur. Bu, rəşadətli ordumuzun qələbəsidir. Bu ordu quruculuğu, təkcə Azərbaycanın deyil, dünyanın ən yeni tarixinə qızıl hərflərlə yazılacaq. Bu 30 ildə bizi inandırmağa çalışırdılar ki, ərazilərimizin azad olunması ancaq danşıqlar yolu ilə həll oluna bilər, başqa həll variantı yoxdur. Lakin biz bunu etdik. Bu bizim tarixi, siyasi, diplomatik, hərbi, iqtisadi uğurumuz, Azərbaycanın böyük zəfəridir.

Bundan sonra biz uzun illər bu zəfərin bəhrəsini görəcəyik. Azərbaycanın beynəlxalq imicinin yüksəlməsi, bir güc mərkəzi kimi onunla hesablaşmağı tələb edir. Eyni zamanda Azərbaycanın etibarlı, ədalətli tərəfdaş olduğu bir çox ölkələrə bəlli oldu. Cənab Prezident həmin o 44 gün müddətində 30-dan çox müxtəlif ölkələrin tanınmış agentliklərə, televiziya, qəzet və saytlarına geniş müsahbələr verdi. O müsahbələr diplomatiyanın kitablarına düşəcək müsahibələrdir və hər biri ayrılıqda çap olunaraq dərsliklərə salınmalıdır. Cənab Prezident müsahibələrdə Azərbaycanın gücünü, qüdrətini, dəyərini dünyaya bir daha göstərmiş oldu. Hesab edirəm ki, bu da uzun illər bizim xeyrimizə işləyən məsələ olacaqdır.

-Növbəti mərhələnin gedişində nələr olacaq, azad olunmuş rayonlarla bağlı perspektivdə nələr var, bu istiqamətdə nələri söyləyərdiz?

-Təbii ki, torpaqlarımızın işğaldan azad olunması qarşımızda olduqca böyük perspektivlər açır. Bizim ilk qaçqınlarımız hələ 1988-ci ildə Xankəndidən, Kərkicahandan gəlməyə başlamışdılar. İnsanlar 30 ildən çox olar ki, həmişə o yurdlarına qayıtmağı arzulayırdılar. İndi o həsrət aradan götürüldü. Düzdür, o insanların bir hissəsi dünyasını dəyişdi, Allah rəhmət eləsin, amma yerdə qalanlar, onların övladları, nəvələri, nəticələri bu həsrəti yaşamayacaqlar. Mən özüm də Sisian rayonundan olduğum üçün qaçqınlıq, məcburi köçkünlük nə olduğunu bilirəm. Ona görə də tam səmimiyyətimlə o insanların hansı ağır hisslərdən xilas olduğunu bilirəm.

Eyni zamanda işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq, bərpa işləri gedəcək. Olduqca böyük proqramlar qəbul olunacaq, yeni iş yerləri açılacaq və yenidən məskunlaşma başlayacaq. Mən deyərdim ki, bu, illərlə davam edəcək. Bu artq bizim yeni, şanlı bir mərhələsi olacaq.

Digər tərəfdən, Naxçıvanla coğrafi əlaqələrin bərpa olunması , Türkiyə və türk dünyası ilə Azərbaycan üzərindən coğrafi əlaqələrin bərpa olunması özündə tarixi-mənəvi, iqtisadi, siyasi, mədəni əhəmiyyət kəsb edir. Cənubi Qafqazda Qarabağ olduqca böyük potensialı olan bir yerdir və biz orda ən modern, səmərəli turizm xidməti qura bilərik. Və Avropada öz avtomobilinə oturan turist Türkiyədən keçib Naxçıvan üzərindən Qarabağa gələ bilər, istiqahət edə bilər. Azərbaycann mədəniyyəti ilə, təbiəti, mətbəxi ilə tanış ola bilər. Şübhəsiz ki, orada böyük iqtisadi potensialımız var. O yerlərin torpağının altı da, üstü də qızıldır və gələcəkdə iqtisadiyyatımızın gücləndirilməsi üçün geniş imkanlar yaradacaqdır.

Mənəvi-psixoloji baxımdan biz artıq qalib ölkəyik, müzəffər ordumuz var. Dünyada yaşayan hər bir azərbaycanlının başını şax tutub vüqarla gəzməyə haqqı var. Bu haqqı da cənab Prezident, Ordumuz bizə verdi və bunun da çox böyük əhəmiyyəti var.

Eyni zamanda bu qələbənin gənc nəslin tərbiyəsində olduqca böyük əhəmiyyəti var. Biz vətənimizi azad elədik, işğal altında qalmadıq. Ordu müqəddəsdir, hər bir gənc orduda xidmət etməkdən şərəf duymalıdır. Bu baxımdan da gələcək nəsillər üçün şanlı tariximizin yeni səhifələr açıldı.

- Vətəndaşımız xarici təsirlər fonunda yeni zərbələrə məruz qalacağından narahatdır. Sizcə, qorxulu nə baş verə bilər?

-Heç bir narahatçılığa ehtiyac yoxdur. Ağdamın, Kəlbəcərin Azərbaycana təhvil verilməsi ərəfəsində də bu cür narahatlıq, qorxu, şübhələr ortaya çıxmışdı. Heç nə olmayacaq. Cənab Prezident indiyə qədər nə söz deyibsə, hamısını yüzdə-yüz yerinə yetirib. Bunu xalqımız da bilməlidir və heç kəs də narahat olmasın ki, gələcəkdə nəsə olacaq. Olan oldu, artıq Azərbaycanın bayrağı Şuşada dalğalanır, Ağdamda, Kəlbəcərdə dalğalanır, Laçında da dalğalanacaq. Ümumilikdə, bütün Qarabağ torpaqlarında dalğalanacaqdır.

Sülhməramlıların da bura gəlməsi, həm vacibdir, həm də hərbi, siyasi zərurətdən irəli gələn bir məsələdir. Digər tərəfdən, əlbəttə ki, biz bundan öz xeyrimiz üçün istifadə etməyə çalışmalıyıq və real düşünməliyik. Hesab edirəm ki, insanlarımız maksimalist olmamalıdır, hər şeyə real baxmaq lazımdır. 2 ay bundan qabaq, yaxud da 30 il bundan qabaq kimə söyləsəydin ki, biz 44 günə Qarabağı azad edəcəyik, və Şuşada azan səsləndirəcəyik, Ağdamda muğamat oxudacağıq, heç kəs inanmazdı. Ona görə də hər bir məsələni reallığa söykənərək müəyyən etmək və optimist olmaq lazımdır. Ümummilli liderin gözəl bir kəlamı var. O deyirdi ki, tarix hər şeyi öz yerinə qoyur. Tarix ədaləti bərpa etdi və düşən daşı öz yerinə qoydu. Sonrası bizim davranışımızdan, siyasətimizdən, gücümüzdən və tarixi şəraitdən asılı olacaq. Əsas odur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, Laçının işğaldan azad olunması ilə əlaqədar olaraq, artıq Azərbaycan ordusu Ermənistanla sərhəddə dayanacaq, sərhədlər müəyyənləşəcək. Ondan sonrakı dövrdə sülhməramlılarla bağlı nə olacağını indidən söyləməyimiz bir az qeyri-ciddi olar. Bizim istəyimiz nədir: Azərbaycan torpaqları işğaldan azad olunsun, ondan sonra Qarabağdakı ermənilər, hansı ki, qalıb yaşamaq istəyirlər, onlara münasibətlər aydınlaşacaqdır. Cənab Prezident dedi: əgər kim Azərbaycan qanunlarına tabe olub, Azərbaycan bayrağı altında yaşamaq istəyəcəksə, onlara fərq qoyulmayacaq. Bütün dinlərdən, millətlərdən olan vətəndaşların hamısı Azərbaycanda eyni hüquqlara, imkanlara malikdir. Düzdür, bəzi insanlar deyir ki, biz Xankəndiyə girmədik, yaxınlığında dayandıq, gərək girib ermənilərin hamısını ordan çıxardardıq və Xocalının intiqamını alardıq... Bunlar siyasi cəhətdən avantürist fikirlərdir və təhlükəlidir. Elə ermənilərin də istədiyi bu idi ki, biz mülki əhaliyə qarşı qeyri-qanuni addımlar ataq. Ermənilər niyə Gəncəni bombaladılar, niyə Tərtəri, Bərdəni raket atəşinə tutdular. Niyə Ağdamı, Tovuzu atəşə tuturdular? İstəyirdilər ki, biz də bunu onların mülki əhalisinə qarşı edək. Bundan sonra dünyaya hay-küy salacaqdılar ki, ay aman, Azərbaycan mülki əhalini qırır. Amma biz onların əlinə bəhanə vermədik, bu gün də səslərini çıxara bilmirlər. Hələ Kəlbəcərdən çıxıb getməmişdilər, orda Xudavəng monastırı ilə bağlı hay-küy salmışdılar. Biz də deyirik ki, Azərbaycan əraziləri daxilindəki bütün tarixi abidələr bizə məxsusdur. Onların hamısını, hansı dinə məxsus olmasından asılı olmayaraq qoruyacağıq. Yəni maksimalist mövqedə dayanıb desək ki, Azərbaycanda bir dənə də erməni qalmasın, bu, ermənilərin çoxdan istədiyi bir məsələ olar. Hələ Serj Sarkisyan deyirdi ki, erməni- Azərbaycan xalqı dini-etnik baxımdan və milli-ideoloji baxımdan heç vaxt bir yerdə yaşaya bilməz,ona görə də Qarabağ Azərbaycanın tərkibindən çıxmalıdır. Biz onun əksini sübut etməliyik: necə ola bilir ki, Moskvada, Gürcüstanda, Amerikada, Fransada, hətta Bakının özündə bizimlə bir yerdə yaşayıb işləyə bilirlər, amma Qarabağda yox. Bu məsələdə bir qədər diplomatik və bir qədər də təmkinli olmalıyıq.

-Musa müəllim, bu gün Xankəndi Azərbaycanın nəzarətindən kənardır. Ermənilər bizim şəhərə köçürülür, məktəblərə gedir, öz istədiyi işləri görürlər. Bunlar, düz Azərbaycanın ortasında, Qarabağda baş verir.

-Hələ 20 gündür proseslər gedir. Baxaq görək 1, 2 ildən sonra necə olacaq. 30 ildir ermənilər onsuz da Xankəndidə hər işi görürdülər. Amma indi Şuşada, Kəlbəcərdə məktəblərə gedə bilmirlər ki. Onun da zamanı var. Bu məsələlər yavaş-yavaş həll olunmalıdır. Əsas məsələ odur ki, üçtərəfli bəyanatda “status” söhbəti yoxdur. Fransa niyə özünü öldürüb Qarabağı ayrıca bir dövlət kimi tanımaq istəyir. Ona görə ki, heç olmasa status məsələsini gündəmə gətirsinlər. Lakin mümkün deyil. Cənab Prezident də dedi ki, status cəhənnəmə- gora getdi. Xankəndi şəhərində Azərbaycanın yerli idarəedici orqanlarının yaradılması gələcəyin işidir. Mən tam əminəm ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan qanunları, idarəçilik orqanları işləyəcək. Başqa cür mümkün deyil. Amma bir az zamanı var.

İndi Türkiyədən regiona sülhməramlılara nəzarət qrupu gəlməlidir, yerləşməlidir. Ondan sonra nizamlanma yavaş-yavaş aparılacaq. Laçın da azad olunsun. Hələ o yerlərin minalardan təmizlənməsinə illər lazım olacaq. Əsas odur ki, Azərbaycan əraziləri azad edilir.

Bu gün Azərbaycanın Türkiyə ilə əməkdaşlıq etməkdən başqa yolu yoxdur, regiona daimi sülhün gəlməsi üçün biz də bunu istəyirik. Belə olan halda illər keçdikcə düşmənçilik də aradan qalxacaq. Dost ola bilməyəcəyik, amma hər halda bir regionda düşmənçiliyin olması heç kəsə xeyir gətirməz. Dünya standartları və beynəlxalq tələblər var. Ermənilər başqa dövlətlərin əlində bir maşadır. Onlar erməni vasitəsi ilə Azərbaycanın “közünü özünə tərəf çəkmək” istəyirlər. Ona görə də buna diqqət edərək, reallığa söykənərək hərəkət etməliyik.

-Sosial şəbəkələrdə gərginlik yaradan fikirlər dolaşır: “rus sülhməramlıları Azərbaycana gəlib, burdan çıxmaq fikiri yoxdu; Xankəndini erməniyə verəcəklər, erməni silahlıları çıxmayacaq...”

-Bunların heç biri ola biləcək məsələlər deyil. Üçtərəfli bəyanatda da göstərilir ki, sülhməramnlılar Qarabağa 5 il müddətinə gəliblər. Bu 5 ilin tamamına 6 ay qalmış hansısa tərəf etirazını bildirsə, o sülhməramlı bəndi qüvvədən düşmüş olur. Digər tərəfdən Rusiya ilə Azərbaycan artıq öz xəttlərini müəyyənlşdiriblər. Azərbaycan zəif bir dövlət deyil ki, kimsə gəlsin təzdən onu işğal eləsin. Yaxud da orda öz qanunlarını yaratsın, bizi müstəmləkəsinə çevirsin. Bu ola bilməz.

Dekabrın 3-4-də Azərbaycanın təşəbbüsü ilə Covid-19-la bağlı BMT-nin xüsusi sessiyası çağrılır. BMT-nin tarixində 3, ya 4-cü hadisədir ki, hansısa dövlət başçısının təşəbbüsü ilə belə sessiya çağrılır. Yəni bizim dünyada kifayət qədər gücümüz var. Azərbaycan bütün dünyanın gücləri ilə balanslı siyasət aparan dövlətdir. Və Rusiyanı da bu qədər şişirtməyə ehtiyac yoxdur. Düzdür, Rusiya böyük dövlətdir, amma onun da problemləri çoxdur. Düşünmürəm ki, Rusiya özünə əlavə bir problem yaratsın. Digər tərəfdən, bu gün bizim Türkiyə kimi sınanmış qardaş, dost dövlətimiz var. Bunun qarşısında heç nə olan deyil.

Əslində sülhməramlıların orda olması bizi beynəlxalq erməni şantajından qoruyacaq. Əgər rus sülhməramlıları yox, orda bizimkilər, ya türklər olsaydılar, ermənilər aramsız təxribatlar törədəcəkdilər. 1988–ci ildə Sumqayıtda necə təxribat törədib bizim üstümüzə atmışdılarsa, indi də edə bilərdilər.

O ki qaldı sosial şəbəkələrdə bunu yazanlara, onların kim olması bəlli deyil. Bunu ermənilər, Rusiyada Azərbaycanı istəməyən qüvvələr də edə bilər. Biz Rusiyanın kanallarını görürük. Bu cür yazılar bizi narahat eləmək, gərginləşdirmək, əsəbiləşdirmək, Prezidentin, dövlətin gördüyü işləri şübhə altına salmaq üçün edilir. Realığa baxmaq lazımdır. Bu gün torpaqlarımız azad edilir, bayrağımız ərazilərimizdə dalğalanır və Xankəndi şəhərində də dalğalanacaqdır!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Bu gün, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Bu gün, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Bu gün, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Bu gün, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Bu gün, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Bu gün, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Bu gün, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Bu gün, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Bu gün, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Bu gün, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Bu gün, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Bu gün, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru