KAPİTAL BANK-ın BİRMARKET tələsi... .....                     "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" .....                     TENDER ÜÇÜN ƏLYERİ... .....                     "Əhali onsuz da çətinlik çəkir..." .....                     Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? .....                     Əmrullayevin əmrindəki QORXU REJİMİ .....                     İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                     Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu .....                     Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib .....                     Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi .....                     Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib .....                     Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                     Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: .....                     "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" .....                     Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub .....                     Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” .....                     “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” .....                     Ukraynadan Rusiyaya irimiqyaslı hücum: .....                     Sənəd təsdiqlənsə də... .....                     Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi .....                     Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                 

“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Tarix: 23-09-2017, 08:31 | Çap et
“ÜAK Rusiyada bir növ “ikinci səfirlik” kimi fəaliyyət göstərirdi”
Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlaması ortaya bir sıra suallar çıxarıb. ÜAK məsələsi Azərbaycanla Rusiya arasında ciddi soyuqluğa gətirib çıxara bilərmi? Azərbaycan etirazını məsələn, Rusiyadan silah alışını azaldacağını bəyan etməklə ortaya qoya bilər, yoxsa bu vəziyyəti daha da gərginləşdirər? ÜAK-ı başqa ad altında qurum təsis etməklə brəp eləmək olmazı?

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı məsələdə aydın olmayan bəzi məqamlar var. Ola bilsin bu, əlimizdə kifayət qədər informasiya olmamasından qaynaqlanır: “Məsələn, rəsmi Bakının bu quruma niyə bu dərəcədə həyati önəm verdiyini anlamaq çətindir. Əlbəttə, ÜAK Azərbaycan dövlətinə və hakimiyyətinə yaxın bir qurum idi, Rusiyada bir növ ”ikinci səfirlik" kimi fəaliyyət göstərirdi. Lakin ÜAK-ın ləğvini sakit qarşılayıb, diqqəti onun yerində yeni bir təşkilat qurmağa yönəltmək olmazdımı? Bunun əvəzində biz onu müşahidə etdik ki, Azərbaycan hökuməti bütün diqqətini ÜAK-ın ləğvi prosesini dayandırmağa yönəltdi, bu məqsədlə prezident Putin də daxil olmaqla, Rusiya siyasi rəhbərliyinə ardıcıl müraciətlər, çağırışlar ünvanladı. Mən düşünürəm ki, Azərbaycanın bu reaksiyası və problemi açıq müstəviyə çıxararaq siyasiləşdirməsi heç də Moskvanın xoşuna gəlmədi. Onlar bunu Rusiyanın hüquq sisteminə, Rusiyadakı hüquqi prosedurlara müdaxilə cəhdi kimi qiymətləndirdilər. Məncə, ÜAK məsələsində Rusiya tərəfinin geri addım atmamasının səbəblərindən biri bu ola bilər. Yəni Kreml nümayiş etdirmək istədi ki, Rusiya məhkəmə-hüquq sistemi müstəqildir və istər ölkənin siyasi rəhbərliyi, istərsə də başqa dövlətlər onun işinə təsir göstərə bilməz. Lakin aydındır ki, Kreml istəsə, məhkəmə qərarına müdaxilə edə və təşkilatın ləğvini əngəlləyə bilərdi. Rusiya kimi dövlətlərdə bu mümkündür. Elə Azərbaycan tərəfi də bunu gözləyirdi. Rusiya hakimiyyəti bu addıma getmədi. Bunun səbəblərindən biri, qeyd etdiyim kimi, Rusiyada məhkəmə hakimiyyətinin müstəqilliyini və siyasi iqtidardan asılı olmadığını nümayiş etdirmək ola bilər. Digər səbəb isə, düşünürəm ki, siyasi xarakterlidir və ÜAK-ın Azərbaycan dövlətinə yaxınlığı ilə bağlıdır. Moskva Rusiya azərbaycanlılarının əksəriyyətini öz ətrafında birləşdirən güclü bir təşkilatın Azərbaycan dövləti ilə yaxınlığını axıra qədər qəbul edə bilmədi. Dövlətlərarası münasibətlər nə qədər yaxşı olursa olsun, prezident Putin belə məsələlərə, yəni digər dövlətlərin rusiyadaxili məsələlərdə hər hansı rol oynamasına və təsir gücü əldə etməsinə yaxşı baxmır. Ona görə də, istisna deyil ki, ÜAK-ın Azərbaycan dövlətinə və hakimiyyətinə yaxınlığı onun ləğvində xüsusi rol oynayıb".

Ekspertin sözlərinə görə, Rusiya uzun müddətdir Azərbaycanın onun inteqrasiya layihələrinə - Avrasiya İqtisadi İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını istəyir. Azərbaycanın bu yöndə qərarı hazırda böhran dövrünü yaşayan bu qurumların canlanmasına səbəb ola və onlara yeni nəfəs verə bilər: “Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının tutduğu mövqe də Moskvanı narazı salır. Hazırda həll prosesi Rusiyanın liderliyi altında aparılır və Kreml maraqlıdır ki, münaqişə məhz bu dövrdə, onun maraqları maksimum təmin olunmaqla həllini tapsın. Çünki proses uzandıqca məsələyə Qərbi təmsil edən vasitəçi ölkələrin-ABŞ və Fransanın müdaxiləsi ehtimalı artır, bu isə Rusiya üçün arzuolunmaz perspektivdir. Yəni Azərbaycanın ondan tələb olunan güzəştlərə getməməsi və bunun nəticəsində prosesin uzanması Moskvanı qıcıqlandırır. Son aylarda istər Lavrovun, istərsə də onun sözçüsü Zaxarovanın bəyanatlarında biz bu qıcığı hiss edirik. Ona görə də, istisna etmirəm ki, ÜAK-ın ləğvi Azərbaycan hakimiyyətinə ilk xəbərdarlıq ola bilər. Hadisənin dövlətlərarası münasibətlərə təsirinə gəldiksə isə, şübhəsiz ki, belə bir təsir var. Ən azı, ÜAK-ın ləğvi münasibətlərdə indiyədək müşahidə olunan pozitiv atmosferə uyğun gəlmir. Eyni zamanda, hər kəs gördü ki, Rusiya tərəfi Azərbaycanın təşkilatın ləğvinə yol verilməməsi barədə çoxsaylı müraciətlərini və çağırışlarını qulaqardına vurdu. Bu da neqativ məqamlardan biridir. Digər tərəfdən, ÜAK kimi güclü diaspora qurumunun ləğvi Azərbaycanın Rusiya ilə bağlı siyasətinin zərbə alması deməkdir və rəsmi Bakının reaksiyası da bunu göstərir. Lakin bütün bunlara baxmayaraq, mən münasibətlərdə ciddi böhranın yaranacağına inanmıram. Çünki Azərbaycan tərəfi bunda maraqlı deyil”.

Ş.Cəfərli qeyd etdi ki, ÜAK-a görə Rusiyaya cavab addımları atmaq risklidir və gərginliyi artıra bilər: “Rusiya ilə münasibətlərin pisləşməsinin hansı fəsadlara səbəb ola biləcəyini isə Bakıda yaxşı anlayırlar. Bu səbəblə, rəsmi Bakı maksimum çalışır və bundan sonra da çalışacaq ki, əlaqələr təhlükəli həddə qədər soyumasın. Lakin hər şeyə rəğmən Azərbaycan hakimiyyəti xarici siyasətdə ənənəvi balans siyasətinə sadiq qalmaq istəyir və birtərəfli seçim etməyə isti baxmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Dünən, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Dünən, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Dünən, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Dünən, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Dünən, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Dünən, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Dünən, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Dünən, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Dünən, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Dünən, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Dünən, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Dünən, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Dünən, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Dünən, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Dünən, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Dünən, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Dünən, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Dünən, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Dünən, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Dünən, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru