Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına görə, Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovadan İsveçrədə müsadirə edilən 43,5 milyon dollarlıq aktiv səhiyyə sisteminin inkişafına sərf olunub.
"DİA-AZ"ın məlumatına görə, vəsait perinatal müəssisələrin maddi-texniki bazasının gücləndirilməsinə yönəldilib.
Respublika üzrə 231 perinatal müəssisə müasir tibbi avadanlıqlarla təchiz edilib. İnkubatorlar, süni tənəffüs aparatları, anesteziya sistemləri və digər avadanlıqlar 31 milyon dollardan çox dəyərində alınıb.








