SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                     TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... .....                     Rafiq Ədilov kimə belə güvənir ki... .....                     ABB yenə də problem yaradır... .....                     Həmişəki Yaponiyadır... .....                     Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi .....                     İrəvan üçün NƏFƏSLİK... .....                     Rəsmi Bakının hələ ümidi var... .....                     Qaluzinin dilindən çıxan HƏDƏLƏR... .....                     İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. .....                     KAPİTAL BANK-ın BİRMARKET tələsi... .....                     "Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" .....                     TENDER ÜÇÜN ƏLYERİ... .....                     "Əhali onsuz da çətinlik çəkir..." .....                     Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? .....                     Əmrullayevin əmrindəki QORXU REJİMİ .....                     İrandan hücumlar üç dəfə artıb .....                     Sülh imzalanacaq, amma... .....                     "Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" .....                     STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib .....                     Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: .....                     “Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” .....                     Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır .....                     Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi .....                     4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü .....                     Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                     Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu .....                     Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib .....                     Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi .....                     Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib .....                     Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                 

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır?”
Tarix: 14-09-2017, 08:27 | Çap et
“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır?”
“Mən o vaxt demişdim ki, cəmiyyətdə çox az adam Mehman Əliyevin jurnalist fəaliyyəti, yaxud vergidən yayınmağa görə həbs olunduğuna inanır. İndi də cəmiyyətdə çox az adam inanır ki, doğrudan da kafe adının ”26" olmasına görə bağlanıb, yaxud orda qızlar yarıçılpaq vəziyyətdə rəqs ediblər".

BAXC sədri, deputat Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Partiya rəhbəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müdaxiləsindən sonra mentalitetə zidd fəaliyyətdə ittiham olunaraq fəaliyyəti dayandırılan kafe ilə bağlı gedən müzakirələr barədə danışarkən bunları bildirib: “Əvvəla, yarıçılpaq vəziyyətdə rəqs eləmək biabırçı bir şey idisə, yalnız kluba gedən 50-60 müştəri ona baxırdısa, bunlar cəmiyyətdən dəstək almaq üçün o lenti götürüb bütün Azərbaycan xalqına nümayiş etdirdilər, balaca uşaqlardan tutmuş, qadınlara qədər hamı baxdı. Deməli, burada mənəvi məsələdən çox özünə haqq qazandırmaqdan söhbət gedir. Yox, başqa məsələyə görə o kafe bağlanırdısa, onda bu barədə də ictimaiyyətə normal məlumat verilməliydi. Əgər kafe təcili bağlanmalıydısa belə, bu, qanunlar çərçivəsində və kimlərisə şərləmədən həll olunmalı idi”.

Q.Həsənquliyev H.Abutalıbovla Yazıçılar Birliyinin rəhbərliyi arasında gedən söz davasına da reaksiya verib: “Bizim hörmətli yazıçılara münasibətdə isə abırlı olmaq lazım idi. Çünki onlar ən azından iqtidara ciddi dəstək verən insanlardır. Bilirsiniz, AXC iqtidarının süquta uğramasının əsas səbəblərindən biri də o oldu ki, dedilər Akademiya bağlanmalıdır, universitet müəllimlərinin maaşlarını kifayət qədər qaldırmadan test imtahanları tətbiq olundu və ziyalıların böyük qismi iqtidarın əleyhinə kampaniya aparmağa başladı. Ən ağır qanun pozuntusu şəxsiyyət əleyhinə cinayətdir, xüsusilə də insanın qətlə yetirilməsi. Hətta adam öldürəni də məhkəmə qaydasında cəzalandırırlar, sivil ölkədə gedib onu linç eləmirlər ki. Yaxud məsələn, ”o, sənin atının gözünü çıxarıb, sən də get onun atının gözünü çıxar" formasında məsələlər həll olunmur. Əgər hesab olunubsa ki, yazıçılar tərəfindən də hansısa yanlışlıqlar olub, bu, onların diqqətinə çatdırıla bilərdi, onların üstünə bu formada getmək lazım deyildi".

Deputat bildirib ki, cəza tətbiqi üçün məhkəmə var: “Yoxsa o formada maşınla camaatın əmlakını daşıyıb-aparmaq... Bir müddət öncə Milli Məclisdə mən çıxışımda da demişdim, bir sahibkarın hotelini vurub uçurmuşdular, hətta içəridəki avadanlıqlar çıxarılmamışdı. Yəni bu cür hadisələr bütünlüklə ona gətirib çıxarır ki, insanlar Azərbaycana investisiya yatırmaqdan qorxurlar. Qorxurlar ki, məhkəmənin qəbul etməli olduğu qərarı məmur qəbul edəcək. İstənilən vaxt durub məhkəmə qərarı olmadan deyəcək ki, ”sənin əmlakını mən uçurduram", yaxud götürüb gedirəm. Buna görə də Azərbaycanın özündə investisiya qoyuluşuna ehtiyac olduğu halda, azərbaycanlılar görun, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyəyə nə qədər investisiya yatırırlar. Hətta bəzi insanlar burada qazandıqları pulu da başqa ölkələrə investisiya kimi yatırır, burada biznesi genişləndirmirlər. Bunun səbəbi də insanlarda mülkiyyətin toxunulmazlığı ilə bağlı qorxunun olmasıdır".

Deputat belə halların aradan qaldırılması üçün atılmalı addımlar barədə də danışıb: “Məhkəmə hakimiyyəti gücləndirilməlidir. Bu sahədə də mütləq islahatlar aparılmalıdır. Yəni Azərbaycana investisiya qoyan hər bir yerli və xarici sahibkar bilməlidir ki, onun əmlakı ciddi şəkildə qorunur və ona qarşı hər hansı qəsdin qarşısı məhkəmə qaydasında alınacaq. Özü də o cür qızların oynaması Bakıdakı əksər gecə barlarında var. Yaxud qəlyan elanı əksər kafelərdə var. Əgər bunun qarşısını almaq lazımdırsa, bu da qanunvericilik qaydasında tənzimlənməlidir. Sahibkar istəsə, o qəlyanı təkcə qızlar üçün yox, hamı üçün pulsuz elan edə bilər. Bu, Azərbaycan mənəviyyatına ziddir deyə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır? Bizim qanunlar hansısa qadına qəlyan çəkməyi qadağan edirmi? İndi insanlar başlayacaq ki, Qüdrət Həsənquliyev deyir, bəs qadınlara pulsuz qəlyan verilməlidir. Mən ona görə deyirəm ki, demokratik cəmiyyətin insanını yaratmaq lazımdır ki, onlar sabah o formada üstümüzə gəlməsinlər”.

Q.Həsənquliyev də hesab edir ki, ola bilsin, milli dəyərlərlə bağlı qanunlardakı boşluqların doldurulmasına zərurət var: “Məsələn, mən Malayziyada olmuşdum. Orada müsəlmanların kazinoya girişi qadağan idi. Yaxud Tehranda müsəlmanlara içki qadağandır - düzdür, əksəriyyət içir - amma ermənilərə içki qadağan deyil. İndi də turist Azərbaycana gəlib hansısa kafedə qəlyan çəkəcəksə, çəksin. Biz onsuz da qadınların içki içməyinə, siqaret çəkməsinə də pis baxmışıq. Onda bunu onlara qadağan edək. Amma bu məsələlər cəmiyyətdə ciddi müzakirə olunmalı və qanunvericilik qaydasında tənzimlənməlidir. Yoxsa mən hesab edirəm ki, qadın qəlyan çəkməməlidir və orada qəlyan çəkirlərsə, mən bu kafeni bağlayıram... Bu düşüncə ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq, sözün doğrusu, utancdır. Onun bu əməlinə hüquqi qiymət verilməlidir. Hüquq-mühafizə orqanları bu məsələyə də öz münasibətini bildirməlidir ki, Azərbaycana investisiya yatırmaq istəyən şəxslər bu tipli hadisələrdən qorxmasınlar. Belə hadisələr təkcə Bakı şəhərində baş vermir. Bölgələrdə abadlıq adı altında sahibkarların nə qədər obyektləri sökülür və lazımi səviyyədə kompensasiya verilmir, insanlar uzun illər məhkəmə qapısında qalırlar, çox böyük əzab-əziyyətlə üzləşirlər. O obyektlər bir çox insanların ailəsinin yeganə dolanışıq yeri olur, söhbət ”26" kafesindən getmir. 3-4 məmur vətəndaşın əmlakını dağıtdığına görə cəzalanmalıdır ki, bir nəticə olsun... Heç bir motiv, heç bir bəhanə vətəndaşın obyektini qanunsuz sökməyə haqq qazandıra bilməz. Bu addımı atanların əməlinə, başda Hacıbala olmaqla ciddi şəkildə hüquqi qiymət verilməlidir. Bunun qarşısı alınmasa, vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayacaq".

Deputatın fikirləri ilə əlaqədar, ümumiyyətlə, son zamanlar Yazıçılar Birliyinin ünvanlı tənqid və ittihamları ilə bağlı H.Abutalıbovdan münasibət öyrənmək istəyimiz isə baş tutmadı. Bakı şəhərinin meri israrlı telefon zənglərimizə cavab vermədi. İstənilən halda, Hacıbala müəllimə son hadisələrlə bağlı qəzetimizdə tribuna verməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
"Bizim ölkədə belə hadisələr olmur, ola bilməz!" - Xeyrəddin Qoca
Bu gün, 06:19
TENDER ÜÇÜN ƏLYERİ... - "...təhsilimiz fışqıracaq!"
Bu gün, 06:16
"Əhali onsuz da çətinlik çəkir..." - ETİRAZ VAR!
Bu gün, 06:09
Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi? - AKTUAL
Bu gün, 06:01
Əmrullayevin əmrindəki QORXU REJİMİ - "Necə hədə-qorxu gəlmişdilərsə..."
Bu gün, 05:59
İrandan hücumlar üç dəfə artıb - İsrail
Dünən, 18:03
Sülh imzalanacaq, amma... - AKTUAL
Dünən, 17:36
"Emin Ağalarov ev hədiyyə etsə, "yox" demərəm" - Tahir Abdullayevlə müsahibə
Dünən, 17:33
STP Şirkətlər Qrupuna daxil olan şirkətin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:31
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: - Ermənistanı başa düşmürük...
Dünən, 17:29
“Bəzi məmurlar hələ də özlərini xalqın xidmətçisi saymırlar” - Novella Cəfəroğlu
Dünən, 17:25
Brüsselin şizofreniyası: indi Qarabağ separatçıları ukraynalılara atəş açır - Görünəni odur ki...
Dünən, 17:23
Əmrullayevin ŞÜBHƏLİ TENDER ORTAĞI... - O nazir təyin olunandan bəri...
Dünən, 17:17
Azər Mursaqulov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:13
4 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Dünən, 17:11
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Dünən, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Dünən, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Dünən, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Dünən, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Dünən, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Dünən, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Dünən, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Dünən, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Dünən, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Dünən, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Dünən, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Dünən, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Dünən, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Dünən, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Dünən, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Dünən, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Dünən, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Dünən, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Dünən, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Dünən, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Dünən, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Dünən, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru