BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb .....                     Hamı özünü korluğa və karlığa qoyub... .....                     Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir .....                     GDU-da QANUNSUZLUQLAR SERİYASI... .....                     DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! .....                     Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... .....                     Bu, Putin üçün çox böyük biabırçılıqdır .....                     "Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb .....                     Anar Əliyevin ABSURD "qənaəti" .....                     AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? .....                     Müəllimlərin kütləvi etirazı... .....                     Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir .....                     Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? .....                     Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! .....                     Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi .....                     İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil .....                     Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? .....                     Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı .....                     Tehran küçələri... savaşdan sonra... .....                     Tenderi keçirən də, udan da eyni adamdırsa... .....                     Rusiya benzin dilənməyə başlayıb .....                     "Niyə əlavə 20 manat ödəməliyəm ki..." .....                     Nazilə Səfərli qollarını çırmalayıb... .....                     Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ .....                     Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: .....                     İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb .....                     Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır .....                     "Avroviziya"dan kuryerliyə .....                     Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu .....                     Ermənistanın Türkiyə ilə sərhəd planı: .....                     “TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs .....                     “Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…? .....                     İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                 

“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın” - deputat
Tarix: 2-03-2016, 08:32 | Çap et
“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli növbəti təklifi ilə mətbuatın gündəminə gəlib. Komitə sədri Azərbaycanda hər ay yüzlərlə ailənin ünvanlı sosial yardım aldığını, bu yardımın isə nağd ödəniş formasında həyata keçirildiyini, yəni müəyyən edilmiş vəsaitin ünvanlı sosial yardım alan şəxsin kartına köçürüldüyünü deyərək bunu kənd yerində yaşayan sakinlər üçün əlverişsiz variant sayıb.

Deputatın fikrincə, nağd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir. H.Rəcəbli hesab edir ki, burada məqsəd ələbaxımlılığın qarşısını almaqdır. Komitə sədri qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmalıdır. “Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərti ilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin.

Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür” deyə, o bildirib. Lakin H.Rəcəblinin bundan əvvəl səsləndirdiyi bəzi təkliflər kimi, bu fikri də birmənalı qarşılanmayıb və geniş rezonans doğurub. Mövzu ilə bağlı komitə sədrinə müraciət etdik. Deputat əleyhinə səslənən fikirlərlə bağlı öncə bunları bildirdi:

- Mənim fikirlərim düzgün anlaşılmayıb. Məsələ burasındadır ki, əhalinin kasıb təbəqəsinə müavinət verəndə insanların böyük əksəriyyətinin əli işdən soyuyur, işləmək istəmir, deyir “elə mənə müavinət ver, xərcləyim.” Ona görə də dünyada-hələ bunu Azərbaycanda tətbiq etməyiblər-belə ideyalar var və həyata keçirilir. Ancaq bizim ölkədə qaçqınlar və məcburi köçkünlərlə bağlı belə ideyalar həyata keçirilir.

Çində, Avropa ölkələrində kreditlərin verilməsinin də müxtəlif formaları var. Kiçik sahibkarlığı yaratmaq üçün formanın biri budur: balalı inək verək, südünü sağsın, qoyun verək, yunundan, ətindən istifadə eləsin. Qoyunçuluq Azərbaycanın bütün mədəniyyətinin tərkibində olub da. Hamı kabab yeyir, amma qoyunun adını çəkəndə başlayırlar artıq-əskik danışmağa.

Ona görə də demişəm ki, Yardımlı və Gədəbəy kimi dağ rayonlarındakı sakinlərə pul əvəzinə qoyun versinlər. Başqa yerlərdə adamlara, məsələn, bərbər avadanlığı versinlər, icarə yeri ayırsınlar. Bununla da adamları daha çox əməyə cəlb etmək olar. Yəni ailə müavinəti deyilən müavinət ola bilər, uşaqların sayına, yaxud əlilliyə görə. Amma əl-ayağı üstündə olan, imkanları məhdud, gəliri aşağı olan zəruri ehtiyac meyarına düşən insanlar üçünsə, əlbəttə, belə formalar tapılmalıdır ki, onlar işləsin.

Bu, yeni bir şey deyil, Amerika açmamışıq, başqa ölkələrin təcrübəsindən misal gətirmişik. Hadı müəllim hələ bu barədə heç kimə heç nə deməyib, heç kim də bu barədə nəsə eləməyə başlamayıb.

Ölkədə də bununla bağlı hansısa addım atılmayıb, bəlkə başqa hansısa variantlar olacaq. Bu, cəmiyyətimizin istəyidir, mənə bu barədə teleqramlar gəlir. Adamlarımız deyir, qardaş, mənə bir inək ver, gedim balalarımı saxlayım, yoxsa bu nədir mən gündə yardım üçün dilənirəm.

- Deyək ki, adamlara heyvan verildi, o da əlacsızlıqdan satdı, yaxud heyvan yıxılıb tələf oldu, onda necə olacaq?

- Ona görə də təklif edirik ki, hansı qurum bu inkişaf proqramını tətbiq edir, o da məsələni nəzarətdə saxlayır. Yəni nəzarətdə saxlanılır, təsərrüfat bir az ayağa duran kimi, ondan əl çəkirlər. Kəndli aldığı qoyunları kəsdisə, daha qurtardı, ona heç nə verilməyəcək. Ancaq nəzarətçi qurum qoymur həmin qoyunlar vaxtından tez kəsilsin. Söhbət təkcə qoyundan getmir. Məsələn, kənddə bir otağı verirlər adama, deyirlər get, orada corab toxu, ya orda dərzi sexi aç!

- Hadı müəllim, bu məsələlər rəhbərlik etdiyiniz komitədə müzakirə olunubmu?

- Yox. Mən siyasi elmlər doktoruyam, professoram, siyasi elmlərin bilicilərindən biriyəm. Mənim dediyimi niyə insanlar qəribçiliyə salır? Mən dünyadakı təcrübələri yaxşı bilirəm. Bu işin həm elmi, həm də praktik tərəflərini bilirəm, havadan danışmıram axı.

- Yəni deyirsiniz bu ideya ölkədə tətbiq oluna bilər?

- Ola bilər bu cür yox, başqa cür. Demirəm ki, hökmən belə olsun. Formalar var da... Deməmişəm ki, bu, Azərbaycanda tətbiq olunacaq. Demişəm ki, dünyada belə təcrübələr var. Bizim jurnalistlər belədir də, Hadı müəllimin sözündən söz çıxarırlar. Xahiş edirəm elə belə də yaz!(gülür)

- Bu yaxınlarda kənd təsərrüfatı naziri demişdi ki, ölkədə mal-heyvanın sayı çoxdur. Bu yandan da siz əhaliyə əlavə mal-qoyun paylamağı tövsiyə edirsiniz...

- Azərbaycanda torpaqlardan səmərəli istifadə olunmur, torpaqlar boş qalır. Yaxşı, torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması? Kənd təsərrüfatı nazirinin dediyi başqadır, söhbət məhsuldar inəkdən gedir. Onun dediyi odur ki, bizdə inək çoxdur, amma məhsuldar deyil, cins deyil.

- Deməli, ölkəyə yeni cins mal-qoyun gətiriləcək?

- O da ola bilər. Məsələn, bu gün keçi növləri var, ildə 3 bala, 5 litr süd verir.

- Əgər sizin təklifləriniz qəbul olunsa, bu, bütün rayonları əhatə eləməyəcək, eləmi?

- Təbii ki, yox. Mən demişəm ki, məsələn, Yardımlı və Gədəbəydə qoyun, amma Şirvanda inək vermək olar. Özü də söhbət heyvandarlıqdan getmir. Yadınızdadırsa, vaxtilə gözdən əlillər üçün sexlər var idi. Qoy əlillər evdə hansısa işlə məşğul olsun. İmkanı olmayan adama hansısa avadanlıqlar veririk, o da başlayır evdə corab, ya köynək toxumağa. Bu, pisdirmi, qardaş? Ya bir tikiş maşını verirsən, adamlar orda işlə məşğul olur. Bunlar ideyalardır, sadəcə, söhbətdir, heç biri harasa yazılmayıb, konkretləşməyib. Mən havadan danışmıram, dünya təcrübəsindən deyirəm.

- Niyə əmək və sosial siyasət komitəsi bu ideyaları mükəmməl bir layihə şəklində hazırlayıb parlamentə, ya hökumətə təqdim etmir?

- Bu gün ünvanlı yardım, sosial müdafiə ilə bağlı bizim qanunumuz var, orda da iş yerləri məsələsi əksini tapıb. Bizim başqa ideyalarımız da var. Bax, görürsünüz, cəmiyyət bunu birmənalı qarşılamadı. Mən bu fikri ona görə səsləndirmişəm ki, cəmiyyətin fikrini öyrənim. Amma bu gün kənddən xəbəri olmayan adamlar başlayır ağzına gələni danışmağa.

- Təbii ki, istənilən ideya ilə bağlı fərqli fikirlərin səslənməsi qaçılmazdır. Ancaq bəlkə bu ideyanın tətbiqi daha düzgün olardı. Məsələn, bu il vaxt itirmədən imkansız kəndliyə 5 qoyun verilərdisə, gələn il qoyunların sayı ikiqat artardı...

- Ay sağ ol, tamamilə doğrudur. Bunun üçün də gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın. Əksinə, ona kömək olaq, dəstək olaq ki, bu qanunvericiliyi ortaya çıxara bilsin...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46
Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! - TƏFƏRRÜAT
Bu gün, 06:41
Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 06:37
İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil - Tramp belə deyir...
Bu gün, 06:35
Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? - İLGİNC FAKTLAR
Bu gün, 06:32
Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı - AKTUAL
Bu gün, 06:26
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Paşinyanın kadr dəyişikliyinin pərdəarxası: - hər şey Türkiyə ilə...
Dünən, 22:21
İqbal Ağazadənin "Telegram" hesabı oğurlanıb - Polis araşdırma aparır
Dünən, 22:14
Yanacaq qıtlığı: Rusiya bu ölkədən benzin alır
Dünən, 18:12
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
Dünən, 17:46
Peşə Agentliyinin sabiq direktoru şirkət rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 17:45
Ermənistanın Türkiyə ilə sərhəd planı: - Görün ilk kimlər keçəcək
Dünən, 17:43
“TikTok”da 92 manatlıq jeton başına bəla oldu - 3 il 6 ay həbs - 3 il 6 ay həbs
Dünən, 17:41
“Utanıram, xəcalət çəkirəm deyim ki, mən bu filmdə çəkilmişəm” - aktrisadan ETİRAF
Dünən, 17:38
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Dünən, 17:36
SEPAH-ın generalı avtoqəzda ölüb, yoxsa…?
Dünən, 17:34
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Dünən, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Dünən, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Dünən, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Dünən, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Dünən, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Dünən, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Dünən, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Dünən, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Dünən, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Dünən, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Dünən, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Dünən, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru