NAZİR NARAZI ZƏRƏRÇƏKƏNLƏRƏ BAŞ ÇƏKDİ
Tarix: 14-05-2012, 11:26 |
Çap et
KƏMALƏDDİN HEYDƏROV ZƏLZƏLƏ BÖLGƏSİNDƏ
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, K. Heydərov Zaqatalanın zəlzələdən daha çox ziyan çəkən Gözbarax və Qaxın Güllük kəndlərində olub, yerli sakinlərlə görüşüb, onların problemləri ilə birbaşa yerində tanış olub.
Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.