Bakı şəhərinin Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində «Mercedes» markalı minik avtomobili yolu keçmək istəyən qadını vurub.
Piyada hadisə yerində keçinib, sürücü isə saxlanılaraq məsuliyyətə cəlb olunub.