İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ AKSİYA
Tarix: 5-05-2012, 13:27 |
Çap et
MOLLA REJİMİNDƏN ŞUŞANIN İŞĞAL GÜNÜNƏ “HƏDİYYƏ”
Mayın 8-də Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçiriləcək.
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Təbrizin imamcüməsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri mayın 4-də cümə namazında bildirib.
Onun sözlərinə görə, piket Azərbaycanda islama qarşı təzyiqlərinə etiraz xarakteri daşıyır: “Əgər bu addım təsirli olmayacaqsa, Təbriz xalqı gələcək cümə günü daha böyük aksiya reallaşdıracaq”. / apa /