DAHA BİR ZABİTİMİZİ İTİRDİK
Tarix: 5-05-2012, 13:24 |
Çap et
BAŞ LEYTENANT BƏDBƏXT HADİSƏNİN QURBANI OLDU
Azərbaycan Ordusunun zabiti bədbəxt hadisə nəticəsində ölüb.
Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gecə rayonun Zirə qəsəbəsində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus hərbi şəhərcikdə qeydə alınıb. Milli Ordunun baş leytenantı, 1979-cu il təvəllüdlü Zaur Xəlil oğlu Xudiyev yaşadığı evin hamamında çimərkən üstü açıq elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vurub.
Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.