“QARABAĞ” BLOKUNDAN SƏRT REAKSİYA
Tarix: 12-10-2011, 15:33 | Çap et
QURUMUN BƏYANATLARINDAN OD YAĞIR
DİA.AZ: - Bu gün Qarabağ Siyasi Blokunun rəhbər heyətinin növbəti toplantısı keçirilib.
ADP-nin mətbuat xidmətindən “Dünya” informasiya Agentliyinə (diaaz.space) daxil olan məlumata görə, toplantıda ölkədə ictimai siyasi vəziyyət, 18 oktyabr müstəqillik günü ilə əlaqədar tədbirlər haqqında və qərarların icra vəziyyətinə dair məsələlər müzakirə olunub. Müzakirələrin nəticəsində bloka daxil olan partiya fəallarının iştirakı ilə 15 oktyabrda (şənbə günü) saat 11-də, Azərbaycan Respublikasının müstəqillik günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və xatirə kompleksinə əklil qoyulması haqqında qərar qəbul edilib.
Daha sonra Rusiya federasiyasının baş naziri V.Putinin Avroasiya İttifaqının yaradılması ideyası və Fransa prezidenti N.Sarkozinin Cənubi Qafqaz regionuna səfəri zamanı verdiyi açıqlamalarla əlaqədar bəyanatlar qəbul edilib. Bəyanatda deyilir: “Qarabağ Bloku Rusiya baş nazirinin yeni ittifaq təşəbbüsü ilə əlaqədar açıqlamasını MDB ölkələrinin müstəqilliyinə yönəlmiş təhdid kimi qiymətləndirir. Rusiya Federasiyasının son 20 ildə imperiya ambisiyalarından əl çəkməməsi və bölgə dövlətləri üzərində hegemon istəklərini həyata keçirməyə ardıcıl cəhdlər etməsi bu ideyanın keçmiş SSRİ–yə daxil olan müstəqil dövlətlər üçün nə qədər təhlükəli olmasını bir daha sübut edir.
Qarabağ Bloku hesab edir ki, Rusiya özü demokratikləşmədiyinə görə onun təşəbbüsü ilə yaranacaq hər hansı ittifaq demokratik və bərabərtərəfli ola bilməz.
Qarabağ Bloku hesab edir ki, Azərbaycan dövlətinin və xalqının maraqları baxımından hüquq bərabərliyi və demokratik prinsiplərə əsaslanan Avropa Birliyinin şərqə doğru genişlənməsi və regional iqtisadi birlik kimi formalaşmaqda olan GUAM-ın inkişaf etdirilməsinin alternativi yoxdur və dünyada sülh və təhlükəsizliyin qorunması məqsədilə bölgə xalqlarının Avropa Birliyinə inteqrasiyasının sürətlə həyata keçirilməsi istiqamətində bu birliyə daxil olan dövlətlərin hökumətləri daha ciddi dəstək verməlidirlər”. Digər bəyanatda isə bildirilir ki, Qarabağ Bloku Fransa prezidenti N.Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində verdiyi Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş bəyanatları Qafqaz xalqlarının birliyinə, burada yaşayan xalqların gələcək əməkdaşlığına və bölgədə sülh və sabitliyin bərqərar olmasına qarşı ən böyük zərbə kimi dəyərləndirir: “Qarabağ Bloku Fransa prezidentinin Ermənistanda səsləndirdiyi bəyanatı və bu ölkəni Avropa Şurasında təmsil edən parlament üzvlərinin Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi ilə əlaqədar beynəlxalq ictimaiyyətə ünvanlanmış müraciəti Fransa dövləti təmsilçilərinin Azərbaycan və Türkiyəyə qarşı xristian və erməni təəssübkeşliyindən doğan, tarixi faktların qəsdən təhrif olunması ilə həyata keçirilən qərəzli münasibət kimi qiymətləndirir.
Qarabağ bloku hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa dövlət təmsilçilərinin bu mövqeyi onun vasitəçilik missiyası ilə qətiyyən bir araya sığmır və bu ölkənin vasitəçilik missiyasının bundan sonra davam etdirilməsinin məqsədəuyğunluğu məsələsi ATƏT qarşısında qaldırılmalıdır.
Qarabağ bloku hesab edir ki, Fransa dövləti erməni soyqırımı ilə əlaqədar hər hansı qərəzli addım atacağı təqdirdə Azərbaycan Türkiyə ilə birlikdə öncə bu dövlətlə olan bütün iqtisadi əlaqələrini dərhal dayandırmalı və Fransanın Əlcəzair xalqına qarşı törətdiyi genosid hadisəsinin parlamentdə müzakirəsinə başlamalıdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
| • Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55 |
|
|
|
| • “Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49 |
|
|
|
| • "Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47 |
|
|
|
| • Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42 |
|
|
|
| • ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41 |
|
|
|
| • Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35 |
|
|
|
| • Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33 |
|
|
|
| • "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26 |
|
|
|
| • Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24 |
|
|
|
| • Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19 |
|
|
|
| • Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17 |
|
|
|
| • Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15 |
|
|
|
| • Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10 |
|
|
|
| • Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02 |
|
|
|
| • Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59 |
|
|
|
| • Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52 |
|
|
|
| • Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50 |
|
|
|
| • “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47 |
|
|
|
| • İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37 |
|
|
|
| • Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
| • Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29 |
|
|
|
| • “AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25 |
|
|
|
| • İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21 |
|
|
|
| • Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09 |
|
|
|
| • Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03 |
|
|
|
| • Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01 |
|
|
|
| • "Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
| • Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55 |
|
|
|
| • Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
|