Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                     “Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi .....                     Tək RUS BAZARINA ümidli olsaq... .....                     Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi .....                     Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... .....                     Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material .....                     Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... .....                     Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs .....                     “Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” .....                     İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu .....                     Qazaxda POLİS GÜNÜ qeyd olundu .....                     Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı .....                     “Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu .....                     Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? .....                     İdmançı qardaşının qisasını alan şəxs: .....                     İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur .....                     “Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb .....                     Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? .....                     İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... .....                     Ermənistan bu gün qarışacaq .....                     Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb .....                     Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı .....                     Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin .....                     Qusarda Əmrullayevin HESABI belə ödənib .....                     Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? .....                     Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... .....                     Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... .....                     Ədalət onları qətiyyən maraqlandırmır... .....                     Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                     QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... .....                     "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" .....                     Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                     Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                 

ZİYA MƏMMƏDOV PULLARI HARA XƏRCLƏYİB?
Tarix: 15-04-2012, 12:47 | Çap et
ZİYA MƏMMƏDOV PULLARI HARA XƏRCLƏYİB?

NEFT PULLARI BAKI TIXACLARINDA HAVAYA SOVRULUR

Bildiyimə görə, bir çox xarici ölkələrdə, o cümlədən keçmiş sovet respublikalarında marşrutlarda bir qayda-qanun var idi. Söhbət heç də nəqliyyatın gecikməsindən, sürücünün kobud rəftarından, mobil telefonla qışqıra-qışqıra danışmasından və s. getmir. Məsələ ondadır ki, bir çox ölkələrdə bir ünvandan başqa ünvana illərlə işləyən marşurutun nömrəsi dəyişmirdi və ya gedəcəyin yerə bir marşurutdan istifadə etməklə çatmaq olurdu. Düzdür, uzaq yerlər olur ki, "perassadka", yəni marşurutu dəyişməklə gedirlər. Ancaq mərkəzi şəhərlərdə, o cümlədən paytaxtlarda marşurutların nömrəsi, birinci və sonuncu ünvanı dəyişmir. çünki illərlə əhali bu marşurutlara öyrəşib və dəqiq bilirlər ki, hansı yerə hansı avtobusla getmək olar.

Bakının dərdi var...

Bizdə isə əksinədir. ötən ilin axırlarında illərlə gözümüz öyrəşdiyi marşurut avtobuslarının rəqəmlərini birdən-birə dəyişdilər. Hələ də bu rəqəm dəyişmə əməliyyatının mahiyyəti aydın deyil. Zərbə isə uzun müddət şəhərə gəlməyən, lakin gedəcəyi ünvana hansı nömrəli avtobusdan istifadə edəcəyini əzbər bilən insanlara dəyir. Məsələn, əvvəllər Bakıxanov qəsəbəsindən Bayıl qəsəbəsinə 131 saylı marşurut işləyirdi. Lakin indi Bakıxanovdan Bayıl qəsəbəsinə gəlmək istəyən sərnişin "Sahil" bağında düşməli, oradan isə başqa avtobusla Bayıla getməlidir.

Deməli, bir ünvandan başqa ünvana getmək üçün sərnişin əlavə olaraq 20 qəpik də ödəməlidir. Bu isə çox mətləblərdən xəbər verir. Nəqliyyat Nazirliyi nəzdində olan Nəqliyyat Departamentinin bu oyunda məqsədi yalnız sərnişinlərin hesabına varlanmaqdan başqa bir şey deyil. Şəhərin əksər yerlərində çox nadir hallarda eyni marşurutla lazımı ünvana getmək olar.

Bu günlərdə 1 saylı Kliniki Tibbi Mərkəzdə (keçmiş "Semaşko" adına xəstəxana) müalicə olunan yaxınımıza bir neçə gün ardıcıl olaraq baş çəkməli olduq. İş elə gətirirdi ki, xəstəxanaya şəhərin ayrı-ayrı ünvanlarından getmək lazım gəlirdi.

Bir gün Bayıl qəsəbəsindən həmin istiqamətə getmək üçün marşurut tapa bilmədim. Əvvəllər 271 saylı marşurut məhz həmin istiqamətə işləyirdi. Görünür, bu marşurut da Nəqliyyat Departamentinin yersiz yerdəyişməsinə qurban gedib, əvəzinə isə həmin istiqamətə heç bir marşurutu buraxmayıblar. Belə olan surətdə avtobusla "Sahil" metrosu tərəfə getdim ki, oradan hər halda "Semaşko" istiqamətinə bir marşurut tapılar. çox təəsüf ki, yanılmışdım. Xeyli gözlədim, lakin sonradan avtobusları tənzimləyən bir dispetçerdən öyrəndim ki, həmin istiqamətə "Sahil" metrosundan gedən heç bir avtobus yoxdur.

Dərd bir deyil...

Fikirləşdim ki, "Nizami" metrosu istiqamətindən əvvəllər "Semaşko"ya 145 saylı marşurut gedirdi. İndi yəqin onu əvəzləyən bir avtobus olar. Odur ki, yol aldım "Nizami" metrosuna. Burada da xeyli gözləyəndən sonra yanıldığımı anladım. Məlum oldu ki, onlarla marşurutun keçdiyi "Nizami" metrosu istiqamətindən bircə dənə də olsun avtobus yoxdur. Təkcə 52 saylı avtobus həmin istiqamə gedir ki, o da xəstəxanadan xeyli aralı keçir. Onda məcbur qalıb bir marşurutla "Oboy evi"nin yanına, oradan isə 128 saylı avtobusla xəstəxanaya getməli oldum.

Növbəti günü fikirləşdim ki, Səməd Vurğun adına bağın yanından "Semaşko" istiqamətinə mütləq marşurut olmalıdır. öyrəndim ki, bu istiqamətdən yalnız 2 saylı avtobus xəstəxananın yanına gedir, əgər onu gözləməyə səbrin çatsa... Məlum oldu ki, 2 saylı avtobus da çox gec-gec işləyir. Doğurdan da 20 dəqiqədən çox gözləsəm də 2 saylı avtobus gəlib çıxmadı. Məcbur olub yenə "peressadka" ilə, yəni başqa avtobusla milli bankın yanına gələrək, oradan 63 saylı avtobusla "Semaşko" istiqamətinə getdim.

Maraqlıdır ki, bu biabırçılıq Nəqliyyat Nazirliyinin baş bilənlərini qətiyyən narahat etmir. Yəni doğrudanmı şəhərin müxtəlif istiqamətlərindən "Semaşko" xəstəxanası tərəfə marşurut açmaq elə bir problemdir? Bəs onlar avtobus marşrutlarını necə müəyyənləşdirib xəritə tuturlar?

özü də nəzərə almaq lazımdır ki, həmin ərazidə həm Səhiyyə Nazirliyi, həm də Tibb Universiteti kimi nəhəng müəssisələr fəaliyyət göstərir, onda mənzərə və problem aydın olar.

Nəqliyyat Nazirliyi rəhbərliyinin diqqətinə onu da çatdırmağı özümüzə borc bilirik ki, hamının şəxsi maşını yoxdur. Mənim kimi şəhər əhalisinin 70-80 faizi şəhər nəqliyyatından istifadə edir. Nəhayət, şəhər nəqliyyatında hökm sürən bu hərc-mərcliyi aradan qaldırmağın vaxtı çatmayıbmı? Axı nəyə görə sadə insanlar mənzil başına çatmaq üçün 2-3, bəzən 3-4 avtobus dəyişib əlavə pul xərcləməlidir?

Televiziyada, mətbuatda tez-tez Nəqliyyat Nazirliyi mətbuat Xidmətinin rəhbəri Namiq Həsənovun müxtəlif hadisələrə, o cümlədən nəqliyyat müfəttişlərinin sürücülərin başına açdığı oyunlara özünəməxsus, bəraətverici şərhlərini dinləməli oluruq. Bircə dəfə eşitmədim hörmətli həmkarım desin ki, Nəqliyyat Departamentinin hansısa müfəttişi elədiyi qanunsuzuluğa görə cəzalandırılıb. Halbuki departament müfəttişlərinin qanunsuz əməlləri barədə bəzən ortada video çarxlar da olur. Lakin N.Həsənov həmişə, özü də çox ürəklə deyir ki, məsələ araşdırılacaq, əgər müfəttişlərin günahı sübut olunarsa, lazımı cəzalarını alacaqlar.

Namiq Həsənovun diqqətinə

İndi isə hörmətli N.Həsənova bildiririk ki, yuxarıda göstərdiklərimiz faktdır və heç bir araşdırmaya da ehtiyac yoxdur. Əgər Nəqliyyat Departamenti, o cümlədən Nəqliyyat Nazirliyi Mətbuat Xidmətinin rəhbəri N.Həsənov doğrudan da sərnişinlərin, o sərnişinlər ki, onların 20 qəpiklərinin hesabına babat pul qazanırlar, qayğılarına qalmaq istəyirlərsə, şəhərdə bir reyd keçirsinlər. O zaman məlum olacaq ki, pul qazandıqları boşqaba qarşı doğurdan da hörmətsizlik edirlər. Vallah bu sərnişinlər yazıqdırlar, heç olmasa elə edin ki, insanlar mənzil başına çatmaq üçün avtobus dəyişmək məcburiyyətində qalmasınlar. Bunu etmək isə elə də böyük bir problem deyil, sadəcə içinizdəki vicdanın səsinə qulaq asmaq yetər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Taksi sürücüsü qısqanclıq zəminində onunla mübahisə edən müştərini bıçaqladı - HÖKM
Bu gün, 09:43
“Araz”dan oğurladığı 14 manatlıq malı geri qaytarsa da, həbs olundu - Biri uşaq qolbağıdır
Bu gün, 09:42
Paşinyan ən sadiq adamına - Simonyana qarşı niyə amansız davrandı? - “Joqovurd”
Bu gün, 09:41
İdmançı qardaşının qisasını alan şəxs: - “Heç bir kişi qardaşının ünvanına yazılan söyüşlərə dözməz”
Bu gün, 09:39
İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur - Slutski
Bu gün, 09:38
“Azəristiliktəchizat”da 115 milyon manata yaxın zərər yığılıb - TƏFƏRRÜAT
Bu gün, 09:36
Məktəb direktoru dövlətin 71 min manatını necə mənimsəyib? – İTTİHAM AKTI
Bu gün, 09:33
İşdən qovulanın da doğru-dürüst pulunu vermirlər... - GİLEY
Bu gün, 09:25
Ermənistan bu gün qarışacaq - hamı bu qərarı gözləyir
Bu gün, 09:06
Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb
Bu gün, 09:05
Tiktoker İlduzə Hacıyevaya verilən həbs hökmünün əsasları açıqlandı - AKTUAL
Bu gün, 09:03
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - TƏKLİF VAR...
Bu gün, 07:39
Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13
Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01
Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48
Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru