Komitə sədri yola salınır - İbrahimovların "son qalası" da yıxılır...
Tarix: 25-11-2015, 09:32 |
Çap et
DİA.AZ: - Redaksiyamıza verilən xəbərə görə, yaxın vaxtlarda hakimiyyət ciddi kadr islahatı həyata keçirəcək. DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, qərarla Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifəsindən azad olunacaq.
Mənbə bildirir ki, artıq bununla bağlı yekun tədarük işləri görülür.
dia-az.site xatırladır ki, Nazim İbrahimovun doğma qardaşı, məşhur iş adamı - 100 milyardlıq "Xəzər Adaları" layihəsinin əsas icraçısı olan Hacı İbrahim Nehrəmli demək olar ki, müflis durumdadır. Buna qədərsə Nazim İbrahimovun digər qardaşı - Tağı İbrahimov ATV telekanlının rəhbərliyindən uzaqlaşdırılmışdı.
İndi isə yekun nəticə gözlənilir.