Əsas Səhifə > Hadisə, Manşet > Komitə sədri yola salınır
Komitə sədri yola salınır25-11-2015, 09:32 |
DİA.AZ: - Redaksiyamıza verilən xəbərə görə, yaxın vaxtlarda hakimiyyət ciddi kadr islahatı həyata keçirəcək. DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, qərarla Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifəsindən azad olunacaq. Mənbə bildirir ki, artıq bununla bağlı yekun tədarük işləri görülür. dia-az.site xatırladır ki, Nazim İbrahimovun doğma qardaşı, məşhur iş adamı - 100 milyardlıq "Xəzər Adaları" layihəsinin əsas icraçısı olan Hacı İbrahim Nehrəmli demək olar ki, müflis durumdadır. Buna qədərsə Nazim İbrahimovun digər qardaşı - Tağı İbrahimov ATV telekanlının rəhbərliyindən uzaqlaşdırılmışdı. İndi isə yekun nəticə gözlənilir. Geri qayıt |