Ağdaşda 48 ailənin taleyi Allahın ümidinə qalıb... - Dövlət pul ayırsa da...
Tarix: 7-02-2022, 09:36 | Çap et
 Ağdaşda inşa edilən 48 mənzilli, beşmərtəbəli yaşayış binasında işlərin yarımçıq qalması ev gözləyən sakinləri narahat edir. Şəhər ərazisindəki hərbi qəsəbədə məskunlaşan insanlar 20 ildən çoxdur şəraitsiz və çətin vəziyyətdə yaşadıqlarını, yayı birtəhər yola versələr də qış aylarında vəziyyətin xeyli çətinləşdiyini deyirlər. “Otuz ildir, mən bu yararsız vəziyyətdə olan, istismar müddətini çoxdan başa vuran hərbi şəhərcikdə yaşayıram. Qış olanda yağış evlərimizin içinə yağır, yayı gözləyirik, onda da ilanlar çıxır. İlanların, kəsəyənlərin, ilbizlərin əlindən yaşamağa mümkün yoxdur. Bina uçub-dağılır, evin üstünü rəngləyirik, şirələyirik, amma heç bir fayda yoxdur. Kanalizasiya xətləri olmadığından bütün çirkab sular yaşayış evlərinin altına axır. Çox pis vəziyyətdə yaşayırıq, əgər buna yaşamaq demək olarsa”. DİA.AZ bildirir ki, bunu Ağdaş sakini Ruhəngiz Fərzəliyeva Sputnik Azərbaycan-a deyib.
Bir-birinə yaxın olan evlərin tavan və döşəməsindəki taxta materiallar çürüyüb, divarlarda irili-xırdalı çatlar əmələ gəlib. Sakinlər deyirlər ki, dam örtükləri yararsız hala düşdüyündən yağıntılı havalarda otaqlar su ilə dolur. Yaranmış çətinlikdən əziyyət çəkən sakinlərdən biri də Kamil Xəlilovdur. Şikayətçi deyir ki, ölkə başçısı Ağdaşa səfərə gələndə onlar üçün yaşayış binasının tikintisinə gözəl yer, daha sonra da pul ayırıb: “Amma yerdəki məmurlar binanın tikilməsinə imkan vermirlər. Dördüncü mərtəbəyə qədər tikilib, qalanını yarımçıq saxlayıblar. Hesabla, ötən ilin oktyabrında bizə təhvil verilməli, biz köçməli idik. İndi biz nə burada yaşaya bilirik, nə oraya köçə bilirik, qalmışıq kirayələrdə”.
Qayıdaq sakinlər üçün nəzərdə tutulan, tikintisi yarımçıq qalan yeni yaşayış binasına. Şəhərin Müşviq İsayev küçəsində inşa ediləcək bu bina fin tipli istismara yararsız evlərdə yaşayan, eləcə də XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan Qarabəy karvansarasında ötən əsrin ortalarından məskunlaşan ailələr üçün nəzərdə tutulub. Amma təəssüf ki, bir neçə aydır işlər dayandırılıb. Binanın önündə olan lövhədən göründüyü kimi, Ağdaş rayon İcra Hakimiyyətinin sifarişi əsasında 2020-ci ilin oktyabrında tikintisinə başlanan bina bir ilin tamamında yekunlaşmalı idi. Amma işlər nədənsə yarımçıq qalıb.
Məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətindən bildirdilər ki, sözügedən binanın inşası üçün prezidentin ehtiyat fondundan bu quruma üç milyon manat ayrılıb. Ayrılan vəsaitdən 2020-ci ilin dekabr ayında 702.058,54 manat avans olaraq podratçı təşkilata ödənilib. Podratçı təşkilat tərəfindən ayrılmış vəsaitə uyğun olaraq işlər yerinə yetirilib, avans məbləğinin bitməsinə baxmayaraq əlavə tikinti işləri də görülüb. 2020-ci ildə qalan vəsait - 2.220.949,45 manat - rayon icra hakimiyyəti tərəfindən dövlət büdcəsinə qaytarılıb. Ötən il yerdə qalan vəsaitin ayrılması üçün Ağdaş rayon İcra Hakimiyyəti Baş nazirə, Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. Lakin 2021-ci ildə tikintisi yarımçıq qalmış 48 mənzilli yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinə vəsait ayrılmayıb.
Cari ildə vəsaitin qalan hissəsi Ağdaş İcra Hakimiyyətinə ayrılarsa, inşası yarımçıq qalmış 48 mənzilli yaşayış binasının tikintisi davam etdiriləcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Almaniya və Britaniya Ukraynaya dəstəyi davam etdirəcək - KİV
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ ordusu İrana qarşı son hücum dalğasını tamamladığını açıqlayıb
Bu gün, 06:21 |
|
|
|
| • "Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik" - partiya sədri
Bu gün, 03:48 |
|
|
|
| • YENİLMƏZ ZÜLFƏLİ: Ombudsmanı da saya saymadılar... - NARAZILIQ VAR...
Bu gün, 03:42 |
|
|
|
| • İkisi də ağlayaraq getdilər.. - REPLİKA
Bu gün, 03:14 |
|
|
|
| • Azər Məmmədova kəsilən cəriməni KİM ÖDƏYİB? - BU NƏDİ BELƏ?
Bu gün, 03:08 |
|
|
|
| • Yüz il keçdi, "ağa" dəyişmədi - MALƏSƏF...
Bu gün, 03:00 |
|
|
|
| • Onların qarşısında heç bir ulduz... - milyonçu futbolçu duruş gətirə bilmədi...
Bu gün, 02:57 |
|
|
|
| • Daniel Orteqa seçkiləri ləğv edir - "Reuters"
Bu gün, 02:53 |
|
|
|
| • Haqqı tapdanan sakinlər BAŞ PROKURORA MÜRACİƏT ETDİ - "TİKİNTİYƏ DÖVLƏT NƏZARƏT ETSİN!"
Bu gün, 02:45 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi bazalarına zərbələr endirib
Dünən, 18:11 |
|
|
|
| • Polşanın sərhəddə atdığı yeni addım nədən xəbər verir? – Hərbi ekspert səbəbləri açıqladı
Dünən, 18:06 |
|
|
|
| • Rusiya bazarında itirən Ermənistan Avropada qazandı
Dünən, 17:59 |
|
|
|
| • Müctəba Xamenei haradadır? - Tehranda gizli qüvvələr kimin adından qərar verir?
Dünən, 17:45 |
|
|
|
| • Azərbaycanda dolların aqibəti BƏLLİ OLUR
Dünən, 17:41 |
|
|
|
| • Kreml son 10 ilin ən ağır dövrünü yaşayır - ŞƏRH
Dünən, 17:26 |
|
|
|
| • Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Dünən, 17:19 |
|
|
|
| • Azərbaycanda məktəbli formaları pulsuz veriləcək? - AÇIQLAMA
Dünən, 17:15 |
|
|
|
| • 9 milyonluq hərbi korrupsiya işi – Ali Məhkəmə rəisin cəzasını qüvvədə saxladı
Dünən, 17:13 |
|
|
|
| • Gilas adını dəyişmək istədi, məhkəmə "yox" dedi
Dünən, 17:09 |
|
|
|
| • "Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə - DETALLAR
Dünən, 17:05 |
|
|
|
| • Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMA
Dünən, 17:00 |
|
|
|
| • 2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə... - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Dünən, 16:53 |
|
|
|
| • Nazirlik Tahir Kazımova niyə hakim pensiyası verməyib? - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Bakıda keçmiş sevgilisini öldürən qadınla bağlı QƏRAR
Dünən, 16:06 |
|
|
|
| • Türkanın “İnstagram”ını OĞURLAMAQ İSTƏDİLƏR – Müğənni ŞİKAYƏT ETDİ
Dünən, 16:01 |
|
|
|
| • Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
Dünən, 15:58 |
|
|
|
| • Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Dünən, 15:56 |
|
|
|
| • HƏMAS Xəlil əl-Hayyanı hərəkatın yeni lideri seçib - "Al Jazeera"
Dünən, 15:53 |
|
|
|
| • “Hər gün ölüm təhlükəsi ilə üz-üzəyik” - Şahbuzkənd sakinləri ETİRAZ EDİR
Dünən, 15:46 |
|
|
|
| • "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Dünən, 15:37 |
|
|
|
| • Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb - İstintaqın yekun nəticəsinə görə...
Dünən, 15:35 |
|
|
|
| • Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? - İLGİNC İDDİALAR
Dünən, 15:34 |
|
|
|
| • Əfqan Cəlilov onu işdən çıxardı - ƏMR
Dünən, 15:27 |
|
|
|
| • Azərbaycan karvanı keçmiş dövrün hürən itlərini geridə qoyaraq irəliləməyə davam edir - BU, FAKTDIR!
Dünən, 15:25 |
|
|
|
| • Özgür Özəl yeni partiya ilə bağlı ilk rəsmi addımı bu tarixdə atacaq - KİV
Dünən, 15:23 |
|
|
|
| • “Bank of Baku”dan “PAŞA Kapital İnvestisiya Şirkəti”nə transfer olub - DOSYE
Dünən, 15:14 |
|
|
|
| • Coşqun Qarayevin yerinə o təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:02 |
|
|
|
| • Paşinyan rus ədəbiyyatına meyllənib - VİDEO
Dünən, 14:59 |
|
|
|
| • Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Dünən, 14:53 |
|
|
|
| • Ermənilərdən sülhə qarşı TƏZƏ hoqqa - Malvin adaları...
Dünən, 14:48 |
|
|
|
| • “Nəzarət edə bilməmişəm” - Sabiq rəis məhkəmədə
Dünən, 14:44 |
|
|
|
| • Hakimiyyətin zirvəsindən həbsxana kamerasına...Azərbaycanın həbsdə olan məşhurları –necə yüksəldilər, niyə həbs olundular?
Dünən, 14:35 |
|
|
|
| • Ermənistan üçün YENİ bazar – Azərbaycan narahat olmalıdır?
Dünən, 14:01 |
|
|
|
| • Fon der Lyayen Ukrayna Baş naziri ilə ölkənin Aİ-yə üzvlüyünü irəlilətmək üçün islahatları müzakirə edib
Dünən, 13:57 |
|
|
|
| • "İspanlar bizdən daha üstün oynadılar" - Messidən ETİRAF
Dünən, 10:03 |
|
|
|
| • Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU
Dünən, 09:59 |
|
|
|
| • Dünya Kubokunun “ən”ləri... - SİYAHI
Dünən, 09:56 |
|
|
|
| • "Cənab Anar Quliyev, Siz Gəncədə zərərçəkmiş şəxslərin vəsaitindən hansı haqla ƏDV və vergi adı altında pullar silmisiniz..." - İTTİHAM VAR...
Dünən, 09:52 |
|
|
|
|