Masallıda narazılıq yaradan kimdir? - GİLEY
Tarix: 11-06-2021, 10:58 | Çap et
 Masallı rayon Ərkivan qəsəbəsinin sakini, meşə təsərrüfatı mütəxəssisi Atakişiyev Namiq Balağa oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin sabiq direktoru Ağaqardaş Qaraşovun himayəsi altında çalışan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyinin ona qarşı qərəzli münasibətindən şikayətçidir. Namiq Atakişiyev 1991- ci ildə Rusiya Federasiyasının Voronej şəhərində Meşə Təsərrüfatı İnstitutunu mühəndis - mexanik ixtisası üzrə bitirib.1993 - cü ildə Qarabağ uğrunda aparılan müharibədə Murovdağdakı savaşlarda iştirak edib. 2 - ci qrup Qarabağ müharibəsi əlilidir. İxtisasına uyğun olaraq 2000 - ci ilin oktyabr ayından etibarən Masallı Meşə Təsərrüfatı İdarəsində işləməyə başlayıb və müxtəlif vəzifələri icra edib. 01 aprel 2015 - ci ildən 2018 - ci ilin oktyabr ayına kimi Xüsusi vəsait üzrə mühasib vəzifəsində işləyib. 2018 -ci il oktyabr ayının 1- də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərlikləri ali təhsilli mütəxəssis olmasını, Qarabağ müharibəsi əlili və veteranı olaraq dövlətin ona verdiyi imtiyazları nəzərə almamış, mövcud qanunvericiliyə zidd olaraq onun hüquqlarını kobud şəkildə pozmuşlar. Üzləşdiyi haqsızlıqla bağlı ölkə Prezidenti İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə və Masallı rayon İcra Hakimiyyətinin sabiq Başçısı Rafil Hüseynova müraciətlər etsə də Masallının "meşə legionerləri" onun yenidən işlə təmin olunmasına imkan verməmişlər. Sadəcə olaraq, yerli hakimiyyət orqanlarının səlahiyyət sahibləri meşələri nüfuz dairələrində saxlayan "işgüzar qrupların" maraqlarına xidmət edərək Namiq Atakişiyevin pozulmuş hüquqlarının bərpa olunmasına biganə münasibət göstərmişlər. İşdən qanunsuz olaraq azad edilməsindən 2 il keçdikdən sonra Masallı rayon İHB -nın müavini Adəm Məhərrəmovun imzası ilə 30 iyul 2020- ci il tarixdə ona göndərilən məktubda bildirilir ki, pozulmuş hüquqlarının bərpa edilməsindən ötrü Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyindən məhkəməyə müraciət edə bilər. Namiq Atakişiyev təəssüf edir ki ,Adəm Məhərrəmovun göndərdiyi "tövsiyyə" məktubu məsuliyyətdən yayınmağa təşəbbüs, səriştəsizlik , insan hüquqlarına aşkar hörmətsizlikdir. Namiq Atakişiyev bildirir ki, onunla eyni vaxtda struktur islahatına görə ixtisara salınan ali təhsili olmayan mühəndis, Ağaqardaş Qaraşovun qudası Adil Quliyev, iqtisadçı Şükürov Ayaz, yanğın keşikçiləri - Qılıncov Faiq və Nuriyev Rəvan yenidən həmin vəzifələrinə işə bərpa ediliblər. Ağaqardaş Qaraşovun yeznəsi, Adil Quliyevin oğlu Sadiq Quliyev özəl şirkətdə işlədiyi halda , Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində də mühasib kimi qeydiyyatdadır. Mərkəzin direktoru Adəm İsmiyev Namiq Atakişiyevə fəhlə kimi işləməyi də rəva görmür. Halbuki, ali təhsilləri olmayan, 2011 - ci ildə Əmək Məcəlləsinin 70 - ci maddəsinin "c" bəndi ilə işdən azad olunan iki nəfər - Abturab Bağırov meşə mühafizə mühəndisi, Oqtay Tağıyev isə meşəbəyi vəzifəsində işləyir. Adəm İsmiyev Meşə Təsərrüfatı Mərkəzinin ali təhsilli kadrlar üçün vakant iş yerləri barədə Məşğulluq Mərkəzinə məlumat vermir və ya məlumatları gizlədir. Meşə Təsərrüfatı mütəxəssisi və ali təhsili olmayan adamlar rəhbər vəzifələrdə çalışırlar. Namiq Atakişiyev bildirdi ki, Adəm İsmiyev də meşə təsərrüfatı sahəsində mütəxəssis deyil. Namiq Atakişiyev pozulmuş hüquqlarının bərpa edilməsinə kömək göstərmələri üçün Milli Məclisdə Masallını təmsil edən deputatlara və rayon İHB -sı Şahin Məmmədova da müraciət etmişdir. Lakin ərizə və şikayətləri araşdırılmamışdır. Namiq Atakişiyev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyinin 01 oktyabr 2018 - ci ildə onu qanunsuz olaraq işdən azad etməsi ilə bağlı 2021 - ci ilin fevral ayında Masallı rayon Məhkəməsinə İddia ərizəsi ilə müraciət edib. Masallı rayon Məhkəməsinin hakimi Habil Bəhmənov 15 aprel 2021 -ci il tarixdə qəbul etdiyi Qətnamə ilə onun iddiasını rədd etmişdir. O, həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi yazıb. Namiq Atakişiyev müstəqil media orqanlarından və insan hüquqlarını müdafiə təşkilatlarından müraciətlərinə dəstək verilməsini xahiş edir. //gundelik-baku.com//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
|