Əli İnsanov barədə yeni cinayət işi başlandı - "Dindirmə aparılacaq"
Tarix: 24-08-2016, 09:16 |
Çap et
Keçmiş səhiyyə naziri Əli İnsanov barədə yeni cinayət işi başlanıb.
Bu barədə AzadlıqRadiosuna keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.
Vəkil bildirib ki, avqustun 23-də gecə saat 23:00 radələrində onunla və digər həmkarı ilə əlaqə saxlayaraq, Əli İnsanovun saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsinə gəlmələrini istəyiblər.
«Saat 9-dan cəzaçəkmə müəssisəsinin qarşısındayıq. Prokurorluğun nümayəndələri müəssisəyə daxil olub. Dindirmə aparılacaq», - T.Babayev bildirib.
Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və 11 il azadlıqdan məhrum edilib.