Əsas Səhifə > Hadisə, Manşet > Əli İnsanov barədə yeni cinayət işi başlandı
Əli İnsanov barədə yeni cinayət işi başlandı24-08-2016, 09:16 |
Keçmiş səhiyyə naziri Əli İnsanov barədə yeni cinayət işi başlanıb. Bu barədə AzadlıqRadiosuna keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, avqustun 23-də gecə saat 23:00 radələrində onunla və digər həmkarı ilə əlaqə saxlayaraq, Əli İnsanovun saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsinə gəlmələrini istəyiblər. «Saat 9-dan cəzaçəkmə müəssisəsinin qarşısındayıq. Prokurorluğun nümayəndələri müəssisəyə daxil olub. Dindirmə aparılacaq», - T.Babayev bildirib. Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və 11 il azadlıqdan məhrum edilib. Geri qayıt |