“Emin Talıbovun adamları məndən 7 min manat tələb edir” - Bakı merinin qohumundan narazılıq
Tarix: 11-06-2016, 10:35 | Çap et
 Cəbrayıl rayonundan məcburi köçkün düşən Elçin Rəhimov redaksiyamıza şikayət məktubu ilə müraciət edib. O bildirib ki, 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsi 1/2 saylı yataqxanada məskunlaşıb. Şikayətçi bildirir ki, bu ilin fevral ayında dünyasını dəyişən qonşusunun otağı ilə bağlı yaşadığı ərazinin Mənzil Kommunal İstismar İdarəsinin rəisi ilə aralarında mübahisəli məsələ yaranıb:
“Dörd nəfərlik ailəm ilə birgə 12 kv-lıq iki otaqlı evdə məskunlaşmışam. Qızım Rəhimova Fidan 11, oğlum Sinan 7 yaşındadır. Sinan anadangəlmə ağır gedişli bronxial astma xəstəliyindən əziyyət çəkir. Bununla bağlı Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir köməklik olmayıb.
03.02.2016-cı ildə qonşuluqda yaşayan 90 yaşlı Quliyeva Səlbi rəhmətə getdi. Övladı olmadığı üçün ona qardaşı qızı baxırdı. S.Quliyeva rəhmətə getdikdən sonra qardaşı qızının imkanı olmadığı üçün məndən xahiş etdi ki, yas mərasimi üçün ona maddi köməklik edim.
Mən buna görə rəhmətliyin dəfn xərcinə 3500 manat pul xərclədim. Bunu və oğlumun xəstəliyini nəzərə alan rəhmətlik Səlbi Quliyevanın qardaşı qızı onlara məxsus olan otağı mənə verdi. Bundan sonra Xətai rayonunda yerləşən 122 saylı MKİİ rəisi Asəf Şərifov və 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi Cavanşir məni yaxınlıqda yerləşən kafeyə dəvət edərək bildirdilər ki, otağa görə birliyin rəisi Emin Talıbov 7 min manat pul tələb edir. Mən isə mənim bu qədər pulum olmadığını dedim. Onlar mənə ”fikirləş, yoxsa səni bu otaqdan rəisimiz E.Talıbov çıxaracaq" dedilər.
Mart ayının 1-də həyat yoldaşım Rəhimova Ülviyyə bu barədə Xətai Rayon Prokurorluğuna yazılı surətdə müraciət etdi. Səhəri gün Asəf və Cavanşir və daha 2 nəfər bizə gələrək mənə, oğlum Sinana otaqdan çıxmaq üçün güc tətbiq etdilər. Bu barədə prokurorluğa və 102 xidmətinə müraciət etdim. Ancaq mənə yazılı məlumat verildi ki, burada heç bir cinayət işi yoxdur. Bundan sonra onlar dəfələrlə bizə gələrək, məni və ailəmi təhqir etməyə başladılar. Bütün bunlar barəsində Baş Prokurorluğa müraciət etsəm də bu insanlar barəsində tədbir görülməyib. Məndə olan məlumata görə, Emin Talıbov Bakı meri Hacıbala müəllimin yaxın qohumudur".
Məcburi köçkün Elçin Rəhimov şikayət məktubunda qeyd edib ki, məsələ ilə bağlı XİN-ə, BMT-nin Qaçqınlar üzrə Komissarlığının Bakı nümayəndəliyinə şikayət edib və hətta bir neçə səfirliyə müraciət edərək onların dövlətlərindən sığınacaq istəyib. Səbəb isə onun ailəsinin vəfat edən qonşusunun otağından çıxarılması ilə bağlı E.Talıbov tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət etməsidir.
Məsələnin hüquqi tərəflərini aydınlaşdırmaq üçün “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxışa müraciət etdik. Hüquqşünas qeyd etdi ki, ölən şəxsin mülkiyyəti ilk növbədə onun ən yaxın varisinə keçməli, məhz bundan sonra varis mülkiyyəti sata və ya hədiyyə edə bilər:
“Vətəndaşın ancaq bir yolu var ki, kimə pul veribsə onu məhkəməyə verib, pulu məhkəmə qaydasında ondan alsın. Əgər əvvəldən şikayətçi ilə ölən şəxsin arasında renta müqaviləsi bağlanılsaydı onda ev ona qala bilərdi. Amma ölən məcburi köçkünün qohumu şikayətçidən pul alıb, yas xərclərini keçirib. Qohumun heç bir səlahiyyəti olmadığı halda şikayətçidən 3550 manat pul alıb. Buna görə də şəxs ondan pul alan qohum barəsində məhkəməyə müraciət etməlidir. Həmin qohum heç bir şəkildə evi ona verə bilməz. Əgər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ölən şəxsin evi barədə sənəd olarsa, onun evinə vərəsəlik açılacaq və miras birinci növbədə onun uşağı, övladı, varisi varsa ona keçəcək. Əgər birinci dərəcəli varisi olmazsa 2-5-ci növbəyə qədər olan onun qohumları vərəsəlik qaydasında həmin evi əldə edə bilərlər. Sonradan vərəsəlik hüququ əldə edən qohum həmin evi sata və ya bağışlaya bilər”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
| • Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38 |
|
|
|
| • Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35 |
|
|
|
| • Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30 |
|
|
|
| • Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23 |
|
|
|
| • Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09 |
|
|
|
| • "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05 |
|
|
|
| • Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01 |
|
|
|
| • Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51 |
|
|
|
| • Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44 |
|
|
|
| • Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33 |
|
|
|
| • Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12 |
|
|
|
| • Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59 |
|
|
|
| • "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27 |
|
|
|
| • "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17 |
|
|
|
| • Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10 |
|
|
|
| • “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06 |
|
|
|
|