“GEN” MMC QURBANLARINDAN DAHA BİR AKSİYA
Tarix: 13-03-2012, 16:17 |
Çap et
ETİRAZLAR DAVAMLI OLACAQ
Bu gün “GEN” MMC tikinti şirkətindən zərər çəkmiş şəxslər Prezident Administrasiyasının (PA) binası qarşısında razılaşdırılmamış aksiya keçiriblər.
APA-nın xəbərinə görə, aksiyada 50-yə yaxın şəxs iştirak edib. Onlar ilaxır çərşənbə günü ilə əlaqədar aksiyaya milli şirniyyatlarla bəzədilən xonça ilə gəliblər. Müxtəlif şüarlar səsləndirən piket iştirakçıları, dəyən ziyanın müqabilində mənzillə təmin olunmalarını tələb ediblər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər hər həftənin ikinci günü saat 15.00-da aksiya keçirəcəklərini də açıqlayıblar.
PA-dan aksiya iştirakçılarını qəbul edən olmayıb. Polis əməkdaşları onları ərazidən uzaqlaşdırıb.