ƏBÜLFƏZ AĞAYEVİN “ANTİÜSYAN TƏDBİRİ”
Tarix: 13-03-2012, 12:41 | Çap et
İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI “KÜR QAÇQINI”NDAN İNTİQAM ALIR
DİA.AZ: - Son günlər İmişli rayonundan müxtəlif hökümət və qeyri- hökümət təşkilatlarına ünvanlanan şikayət məktublarının sayı artmaqdadır. Bununla kifayətlənməyən yerli sakinlər məhkəmələrə üz tutmaqla yanaşı müxtəlif etiraz aksiyalarına əl atırlar. Öz haqqını tələb edən, məhkəmələrə üz tutanlara qarşı İcra Hakimiyyəti də adekavt addımlar atmağa başlayıb. 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalan İmişli rayon Ağammədli kənd sakini Əsəd Xəlilov İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayevin nümayəndəsi Şəmsəddin Pənahov tərəfindən məhkəməyə verilib. “İddiaçı” buna səbəb kimi Ə. Xəlilovun dövlət başçısına yazdığı, “Yeni Musavat” və “Gündəm xəbər” qəzetlərində dərc olunan məktubunda onun şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna (!?) ziyan vurduğunu “əsas gətirir”. İcra başçısının nümayəndəsi məhkəmədən “Kür qaçqınını” 50 min manat cərimə olunmasını və haqqında cinayət işi qaldıraraq onun həbs edilməsini xahiş edib. İmişli rayon Məhkəməsi iddia ərizəsini icrata götürüb. Məhkəmə prosesi 14 mart 2012- ci il tarixdə saat 15 00- da İmişli rayon məhkəməsində keçiriləcək. Məhkəmədə Əsəd Xəlilovun hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən müdafiə ediləcək.
71 yaşlı Əsəd Xəlilovun evi 2010- cu ilin Kür daşqınları zamanı güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalıb. O dəfələrlə İmişli RİH- ə rəsmi müraciət etsə də hər dəfə ona “eviniz normalıdr” cavabları verilib. Ə. Xəlilov “Kür” Cəmiyyətinə və FHN- ə müraciətindən sonra adı çəkilən nazirliyin müvafiq komissiyası onun evinə baxış keçirmiş, zərərçəkənin evinin bərbad vəziyyətdə olduğunu müəyyən edərək evin bərpa gücləndirilməsinə dair rəy verib. Əsəd Xəlilovun dövlət başçısına yazdığı, “Yeni Musavat” və “Gündəm xəbər” qəzetlərində dərc olunan məktubunda İmişli RİH- nin onun evi ilə bağlı verdiyi yanlış rəyə görə bu rəyə imza atanların cəzalandırılmasını xahiş edib. Eyni zamanda o, 1 saylı İnzibatı İqtisad Məhkəməsinə müraciət edərək öz hüquqlarının müdafiəsi uğrunda sona qədər mübarizə aparacağını bildirib. Onun öz mübarizəsindən geri çəkilməsi müqabilində irəli sürülən şirnikləndirici vədləri qəbul etməyəndən sonra ona və ailə üzvlərinə qarşı hədə- qorxular gəlinib. Sonuncu dəfə Ə. Xəlilov 17 yanvar 2012- ci ildə Bakıya İnzibati İqtisad Məhkəməsinə gələn günü İmişli RİH başçısının Ağammədli kənd icra nümayəndəsi Şəmsəddin Pənahov bir qrup şəxslə Əsəd Xəlilovun evinə gedərək ailə üzvlərinin yanında onun ünvanına qeyri- etik ifadələr işlədib, məhkəməyə müraciət etməyin ona baha başa gələcəyini söyləyib və qanunsuz olaraq ev sahibinin izni olmadan onun evini videokameraya çəkib.
İmişli RİH başçısı Əbülfəz Ağayevin xəbəri və izni olmadan onun vəzifəyə təyin etdiyi nümayəndəsinin yerli sakini məhkəməyə verib onu cəzalandırmağa qalxması inandırıcı görünmür. Sakinlərin verdiyi məlumata görə son zamanlar kütləvi şəkildə “Kür qaçqınları”- nın İcra başçısını məhkəməyə verib onu korrupsiyada ittiham etməsindən əsəbləşən və əndişəyə düşən Əbülfəz Ağayev adekvat addımlar atmaq üçün məhz onun göstərişi ilə Əsəd Xəlilov məhkəməyə verilib.
Qeyd edək ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları ilə bağlı İmişlidə indiyə qədər 704 ev tikilib. Yerli sakinlərin qənaətinə görə bir çox evlərin tikilməsində ayrı- seçkiliyə, korrupsiya hallarına yol verilib. Hazırda 40- dan artıq yerli sakin tərəfindən İmişli rayon İcra Hakimiyyətinə və FHN- ə qarşı mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə dəyən ziyanın ödənilməsi tələbinə dair məhkəmə iddiası qaldırılıb. İddia ərizələri 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində icrata qəbul edilib və artıq məhkəmə proseslərinə start verilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28 |
|
|
|
| • Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23 |
|
|
|
| • Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08 |
|
|
|
| • Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04 |
|
|
|
| • Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59 |
|
|
|
| • Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54 |
|
|
|
| • Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53 |
|
|
|
| • "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49 |
|
|
|
| • Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47 |
|
|
|
| • İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44 |
|
|
|
| • Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42 |
|
|
|
| • Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35 |
|
|
|
| • Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30 |
|
|
|
| • Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27 |
|
|
|
| • “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21 |
|
|
|
| • "Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17 |
|
|
|
| • Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15 |
|
|
|
| • Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12 |
|
|
|
| • Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14 |
|
|
|
| • Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05 |
|
|
|
| • Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00 |
|
|
|
| • “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51 |
|
|
|
| • İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46 |
|
|
|
| • Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dünən, 15:22 |
|
|
|
| • SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Dünən, 15:20 |
|
|
|
| • Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Dünən, 15:12 |
|
|
|
| • “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Dünən, 13:28 |
|
|
|
| • "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Dünən, 13:25 |
|
|
|
| • Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 13:23 |
|
|
|
| • Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Dünən, 13:20 |
|
|
|
| • "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Dünən, 13:13 |
|
|
|
| • Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Dünən, 13:00 |
|
|
|
| • Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Dünən, 12:52 |
|
|
|
| • Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Dünən, 12:44 |
|
|
|
| • 10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Dünən, 12:42 |
|
|
|
| • Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:38 |
|
|
|
| • Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Dünən, 12:33 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:27 |
|
|
|
| • Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Dünən, 12:25 |
|
|
|
| • “Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Dünən, 12:21 |
|
|
|
| • ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Dünən, 12:19 |
|
|
|
| • İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Dünən, 12:03 |
|
|
|
| • Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Dünən, 11:59 |
|
|
|
| • Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Dünən, 11:47 |
|
|
|
| • Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Dünən, 11:41 |
|
|
|
| • “Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Dünən, 11:39 |
|
|
|
| • Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Dünən, 11:37 |
|
|
|
| • Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Dünən, 11:34 |
|
|
|
| • “Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Dünən, 11:32 |
|
|
|
|