BAKIDA SÜRÜCÜ AXTARIŞA VERİLİB
Tarix: 13-03-2012, 12:27 |
Çap et
O, 4 PİYADANI VURARAQ QAÇMAQDA İTTİHAM OLUNUR
Bakıda bir avtomobil 4 piyadanı vurub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 12-də saat 03.30 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərzisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakinləri Zamiq Səfərov, Elbrus Cəfərov, Allahverdi Piriyev və Əfqan Məmmədov vurulub.
Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.