MƏHBUS QADIN TÜRMƏDƏ ÖLDÜ
Tarix: 13-03-2012, 11:29 |
Çap et
56 YAŞLI SULTANOVANIN ÖLÜM SƏBƏBLƏRİ ARAŞDIRILIR
Azərbaycanda Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı müəssisəsində qeydə alınıb. Dələduzluqda təqsirli bilinərək məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, 56 yaşlı Dilbazi Kamal qızı Sultanova qəfildən dünyasını dəyişib.
Məhkumun ölümü ilə bağlı tibbi ekspertiza təyin olunub. Hazırda ölümün səbəbləri araşdırılır.