TEXNİKİNİ UNİVERSİTETİN DİPLOMU SATIŞDA İMİŞ
Tarix: 10-03-2012, 12:46 |
Çap et
SAXTAKAR HƏBS OLUNUB
Azərbaycanda saxta diplom satan şəxs həbs edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Şakir Allahverdiyev, Aynurə Şükürovanın adına tərtib edilmiş Azərbaycan Texniki Universitetini bitirməsi barədə saxta diplomu 8000 dollara satarkən tutulub. Ş. Allahverdiyevdən 1 ədəd yazılmamış diplom da aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.