AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ MİNAYA DÜŞÜB
Tarix: 3-03-2012, 12:23 |
Çap et
NƏTİCƏDƏ AYAĞINI İTİRİB
Azərbaycan Ordusunun zabiti minaya düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin APA-ya verdiyi xəbərə görə, martın 2-də Goranboy rayonunun cəbhə xəttində yerləşən Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun leytenantı, 1988-ci il təvəllüdlü Qurban Hüseynov minaya düşüb. Nəticədə Q. Hüseynov ayağını itirib.
O, hospitala yerləşdirilib, vəziyyəti stabildir.