Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                     Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                     Məhərrəmlikdə toy etmək olarmı? .....                     ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                 

NN ŞEFİ ÜZƏRİNDƏ В«DÖVLƏT ÇEVRİLİŞİВ» PLANI
Tarix: 2-03-2012, 14:58 | Çap et
NN ŞEFİ ÜZƏRİNDƏ В«DÖVLƏT ÇEVRİLİŞİВ» PLANI

TAKSİ SÜRÜCÜLƏRİNİN QIYAMI, ARDINDAN DA QUBA ÜSYANI: TƏSADÜF DEYİL!

DİA.AZ: - Quba rayonunda baş verən son olaylar mətbuatın gündəmində hələ uzun müddət müzakirə ediləcək. Hadisələrin necə baş verməsi, bu olayların təşkil edilib-edilməməsi, həmçinin də təşkilatçıların kimlər olması barədə suallara axtarılan cavablar hələ çox vaxt aparacaq. Hələliksə, ortada görünən o idi ki, hadisələrin başlandığı ilk anlardan ölkənin nəqliyyat naziri Ziya Məmmədovun adı daha çox hallanmağa başladı.

Hadisələrin başlandığı anlardan da biz daha çox nəqliyyat nazirinin Qubaya səfər etdiyi barədə məlumat aldıq. İlk öncə ağıla gələn sual bu oldu ki, baş vermiş hadisələr əslində işğtişaş idi. Qubada hansısa taksi problemi, avtobus nasasızlığı və ya yol tikintisi və ya təmiri olayı baş verməmişdi. O zaman niyə Ziya Məmmədovu Qubaya yolladılar? Heç Z.Məmmədov əslən qubalı da deyil. Normalda bu hadisələr baş verən zaman Qubaya daxili işlər naziri, baş prokuror və ya Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsi, o cümlədən PA-nın hüquq-mühafizə orqanları ilə iş şöbəsindən səfər edilməliydi. Amma Ziya Məmmədov yollandı. Səbəb kifayət qədər sadədir. Axı nəqliyyat naziri bu rayona görə cavabdehdir və istefası tələb edilən icra başçısı Rauf Həbibov da Z.Məmmədovun qohumudur. İcra başçısı ilə naziri təkcə qohumluq əlaqələri deyil, eyni zamanda böyük biznes ortaqlığı da bağlayır. R.Həbibov uzun illər Ziya Məmmədovun bina tikinitisi, şəxsi və kommersiya xarakterli bütün iri projelərində icraçı kimi işləyib. Məhz onun icra başçısı təyin edilməsində də səbəb nəqliyyat naziri olub. Təqdimatı prezidentə verən Z.Məmmədov olub. İndi isə ötən ilin noyabrın 22-də keçirilən bir müşavirənin video yazısı ortaya çıxıb və gözlənilmədən də ciddi təşkilatlanmış bir mitinq baş verib. PA-dan da ilk olaraq Ziya Məmmədova tapşırıq verilib ki, Qubaya getsin. Əslində bu göstəriş, nəqliyyat nazirinin Qubaya yollanması, hakimiyyətin yerli ərazi idaəretmə prinsiplərinin biabırçı bir durumda olduğunun açığı idi. Z.Məmmədovu açıq hədəfə çevirmək məsələsi bir yana (bu barədə aşağıda ətraflı yazacayıq red.) bu həm də hakimiyyətin idarəetmə prinsiplərinin mülkiyyət, sərvət, rayonların fərdi qruplar arasında bölüşdürülməsinin bir formasının etirafı idi. Rəsmən etiraf olunurdu ki, əslində Azərbaycanda hakimiyyət məhz bu formada idarə edilir. Bununla belə Z.Məmmədovun hədəfə alınması arqumenti günü-gündən möhkəmlənir.

Daha çox kim ziyan çəkdi?

Əslində bəziləri hesab edirlər ki, Quba olaylarını təşkil etmək iqtidarın işinə yaramır və belə president gələcəkdə təkrarlana bilər. Başqa bir arqumentə görə isə hakimiyyət daxilində elə bir qruplaşma ola bilməz ki, məhz digər qruplaşmaya qarşı bu şəkildə etiraz forması və ya sıradan çıxarma metodu tətbiq edərək vəziyyəti öz xeyrinə istifadə edə bilsin. Əlbəttə ki, bu arqumentlər özlüyündə kifayət qədər tutarlı hesab oluna bilər. Amma ortada olan cavabsız suallar uzun müzakirələrə və nəticədə hakimiyyətin müstəqil mətbuat üçün daim hədəf olan Ziya Məmmədovu göstərməsi də təsadüfi deyil. Cəmi bir neçə ay əvvələ qayıdaq: Bakıda köhnə taksilərin yığışdırılmasıyla bağlı kütləvi narazılıqlar başlandı. O zaman da etirazlarla bağlı daha çox hədəfə alınan Ziya Məmmədov oldu. Nəticə etibarilə də Z.Məmmədov kütlənin etirazları qarşısında geri çəkilərək tətbiq edilən qaydaları xeyli yumşaltmalı oldu. Əslində bunların heç biri səbəbsiz deyildi. Daha sonra isə rəsmi dövlət qəzetlərində yeni Ziya Məmmədov açıq hədfə alındı və sərt tənqid olundu. Fevral ayında yağan qarın Bakı küçələrindən təmizlənməsi işlərinin yetərli səviyyədə aparılmamasına görə, yolların dağılaraq yararsız hala düşməsinə görə rəsmi dövlət qəzetləri Ziya Məmmədovu el dili ilə desək В«yıxdı-sürüdüВ». Nəhayət Qubada baş verən bu olaylar…

Deməli təsadüf yoxdur. Qubada baş verən olaylardan daha çox əziyyət çəkən məhz icra başçısı və Ziya Məmmədov oldu desək yanılmarıq. Hakimiyyət nəqliyyat nazirinin timsalında bir qədər yumşaq, hummanist mövqe sərgiləməklə özünə bu iğtişaşlardan xal qazanmaq taktikasına üstünlük verdi. Amma pozitiv olaraq itirən ilk növbədə Ziya Məmmədov idi. İlk növbədə sərvətlərin dağıdılması, icra başçısının postunu itirməsi, Ziya Məmmədovun əsas kassirlərindən birini, bəlkə də birincisini sıradan çıxardılar. Təbii ki, bütün bunların acısını nəqliyyat naziri çəkəcək. Bu prosses daha sonra nəqliyyat nazirinin nəzarətində olan, onun qohumları olan rayonların icra başçıları ilə də davam edə bilər. Əgər ardı gələcəksə və fərqli formalarda yenə də onun adamlarının icra başçısı postundan atılması, müxtəlif yollarla vurulması prossesi aparılacaqsa, o zaman ortada təsadüf yox, əslində 2005-ci ilin kiçik modeli olan Fərhad Əliyev düzəltmək, şou təşkil etmək və hakimiyyəti möhkəmləndirmək taktikasının ola biləcəyi daha çox inandırıcı görünür. Deməli, Z.Məmmədov kimi nəhəng bir oliqarxın tək olmadığı, onun ətrafında ən azı Əli İnsanov, Fərhad Əliyev qədər böyük ətrafı olan bir neçə məmur da tapmaq çətin olmayacaq. Məntiqlə bu baş verənlərdə Ziya Məmmədovun vurulması çox inandırıcı görünür.

Bir sözlə ifadə etsək Quba olayları nəqliyyat naziri Ziya Məmmədovu bitirə bilər. Nəqliyyat naziri Şimal bölgəsinin de-fakto qubernatoru idi və regionu onun təqdimat verdiyi kadrlar idarə edirdi. Şimal bölgəsinin mərkəzi olan Quba rayonunun icra hakimiyyətinin başçısı postuna isə Z. Məmmədov ən çox etibar etdiyi Rauf Həbibovu yerləşdirmişdi. Onun sarsaqlaması Ziya Məmmədovun hakimiyyətdəki mövqeyinə birbaşa sarsıdıcı zərbə vurub.

Yenidən baş verən hadisələrə diqqətlə nəzər salaq: Qubalıların əsas tələbi Rauf Həbibovun vəzifəsindən uzaqlaşdırılması idi. Hadisələrin gedişatı da göstərir ki, bu məsələdə hakimiyyət daxili bəzi qruplar da fəallıq nümayiş etdirdilər.

Birincisi, Quba prokuroru, ardınca isə rayona göndərilən nazir Məmmədov yeni Azərbaycan tarixində ilk dəfə olaraq icra başçısının hərəkətlərinə görə xalqdan üzr istədi və onun cəzalandırılacağını dedilər. İkincisi, mətbuatın diqqətindən yayınmayan bir məsələdir ki, adətən bu tip informasiyaları ya verməyən, ya da qərəzli şəkildə verən hakimiyyətin inhisarında olan KİV-lər bu dəfə obyektiv informasiyalar yaydılar. Araşdırma zamanı bəlli oldu ki, Quba olayları haqda obyektiv informasiya yayan KİV-lər məhz Z.Məmmədova rəqib olan oliqarxların nəzarətindədir (etik mülahizələrə görə həmin KİV-lərin adlarını çəkmirik - red.).

Üçüncüsü, Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Qubadan seçilən deputatı Yevda Abramov qubalıların etiraz hüququnun olduğunu, lakin əndazəni aşmağa ehtiyac olmadığını dedi. Bu da az saylı presedentlərdən biridir ki, YAP-çı deputat vətəndaşların etiraz hüququna normal yanaşır.

Bütün bunlar göstərir ki, icra başçısının sarsaqlamasından hakimiyyətdaxili qruplar faydalanmaq istəyir. Burada əsas məqsəd Şimal bölgəsinin Z. Məmmədovun inhisarından çıxarılmasıdır. Böyük ehtimalla, bu hadisələrdən sonra Şimal bölgəsi Z. Məmmədovun nəzarətindən çıxacaq və başqa oliqarxın nəzarətinə keçəcək.

Onu da qeyd edək ki, Qubada maraqları toqquşan xeyli oliqarx var. Bu sırada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, müdafiə naziri Səfər Əbiyevin (nazir əslən qubalıdır - red.), eləcə də Moskvada fəaliyyət göstərən yəhudi oliqarxların adlarını çəkmək olar. Adıçəkilən oliqarxların Z.Məmmədovla ciddi konfliktinin olması barədə də KİV-də məlumatlar dolaşır. Məsələn, S.Əbiyevin şəxsi münaqişə zəminində işdən çıxardığı ölkənin sabiq hərbi komissarı Əlağa Hüseynov Z.Məmmədovun qudasıdır. Güman ki, oliqarxlar arasında şəxsi münaqişələrin alovlanması Qubadakı xalq üsyanına da bu və ya başqa şəkildə yansıyıb.

Yuxarıda qeyd etdiyimiz kimi əslində nəqliyyat nazirinin ətrafında olan bəzi məmurların, o cümlədən də hakimiyyətin siyasi elitasında olan insanların da əksəriyyəti artıq səksəkə içindədir. Hakimiyyətdəki mənbələrdən daxil olan məlumatlara görə, nazirin ən yaxın ətrafı sayılan yeni Qudası Hesablama Palatasının sədri Heydər Əsədovun da durumu heç də yaxşı deyil. Məlumat verilir ki, palata sədri artıq PA-dan ciddi şəkildə təzyiqlərlə üzləşmək məcburiyyətində qalıb. Bundan başqa Ucar rayonunun icra başçısı ilə bağlı da kifayət qədər sərt informasiyalar yayılmaqdadır. Bu informasiyaların da böyük əksəriyyəti demək olar ki, hansısa qruplaşmaların yaradılması, hansısa silahlı qanunsuz birləşmələrin formalaşması və rayonda kriminogen durumun ağırlaşması ilə bağldı olur. Həmçinin də rayonun sosial həyatında da əhali arasında ciddi təşviqat işləri aparılır. Hətta rayonda narkotik, qadın alveri kimi ağır cinayət tərkibli işlərlə yüksək səviyyədə təşkilatçılıq edənlərin olduğu söylənilir. Daha dəhşətli məlumatlar isə əxlaqsız qadınlara uşaq dünyaya gətirmək və bu uşaqları satmaq kimi vəhşi biznesin təşkil edildiyi söylənilir. Təbii ki, bütün bunları böyük planın tirkib hissəsi hesab etmək olar. Məsələ burasındadır ki, bu böyük planın həyata keçirilməsi işində yenə də PA pərdəarxasından görünür. Amma görünür.

Ən azından Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin hadisələrlə bağlı açıqladığı ilkin rəsmi məlumatlardan da görünür ki, əslində evlərin, avtomobillərin yandırılması, dövlət idarələrinin dağıdılması, pəncərə və qapılarının sındırılması cinayət deyilmiş. Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında belə yazılırdı: «…insanlar dövlətçiliyi müdafiə etmək üçün etirazlara başlayıblarВ». Bu hadisələrdə dövlətçilik üçün hansı təhlükə var idi? Bir icra başçısı insanları təhqir etmişdi, onlar da buna etiraz edirdilər. Hətta dövlət obyektlərini də dağıtdılar. Amma rəsmi açıqlamalarda dövlətçiliyin müdafiəsi kimi təqdim olunan bu olaylar əslində kifayət qədər qaranlıq məqamlardan xəbər verir. Biz burada hakimiyyətin daha çox ehtiyat etdiyini, sanki kimlərdənsə bir mesaj aldığını müşahidə edirik. Deməli, bu məsələ ilə bağlı olaraq hələ çox mühim məsələlər ortaya çıxacaq. Qubada baş verənlər əslində inqilab idi. İnqilab isə ixtişaşlarla, dağıtmaqla, yandırmaqla məhz belə baş tutur. Amma nədənsə, В«Cinayət MəcəlləsiВ»nin 221-ci maddəsi Qubada işləmədi. NİYƏ? Artıq bu suala cavab almaq üçün yeni iş günlərinin və veriləcəyi gözlənilən rəsmi açıqlamaları gözləmək lazım gəlir.

DİA.AZ – Ekspert Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Dünən, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Dünən, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Dünən, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Dünən, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Dünən, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Dünən, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Dünən, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Dünən, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Dünən, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Dünən, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dünən, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Dünən, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Dünən, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Dünən, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Dünən, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Dünən, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Dünən, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Dünən, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Dünən, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Dünən, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Dünən, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Dünən, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Dünən, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Dünən, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Dünən, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Dünən, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Dünən, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Dünən, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Dünən, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Dünən, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Dünən, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru