“Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” .....                     Arayik Arutyunyanla bağlı qərar verildi .....                     Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır .....                     Anar Bayramovdan yeni təyinat .....                     “Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” .....                     "Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" .....                     Paşinyanın Rusiyaya gəlməsinə qadağa .....                     Azərbaycanda tanınmış jurnalist vəfat edib .....                     “Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” .....                     Arif Hacılının “stop”u götürüldü .....                     “Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” .....                     “Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” .....                     Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi .....                     Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək .....                     Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü .....                     Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub .....                     Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! .....                     Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər .....                     Zelenskidən Rusiyaya: .....                     "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub .....                     NATO 3 hissəyə bölünə bilər .....                     Sosial müavinət alanlar pensiyaya keçə bilər? .....                     NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib .....                     "Bu qədər rəzil bir bank yoxdur!" .....                     'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir .....                     Kartı bloklayırlar, ardından isə... .....                     “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı .....                     Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR .....                     "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. .....                     Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi .....                     Vyana Tacikistana rədd cavabı verdi .....                     "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." .....                     Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... .....                     Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                 

Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Tarix: Bu gün, 09:40 | Çap et

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, beynəlxalq araşdırmalar və müxtəlif ölkələrin təcrübəsi göstərir ki, nəzarətsiz sosial media istifadəsi uşaqların fiziki, psixoloji və sosial inkişafı üçün müəyyən risklər yarada bilir. Məhz bu səbəbdən dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönəlmiş hüquqi və institusional tədbirlər gündəmə gətirilir.

Azərbaycanda da bu istiqamətdə atılan addımlar uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların təhlükəsiz rəqəmsal mühitdə böyüməsini təmin etmək məqsədi daşıyır. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanunvericilik dəyişiklikləri sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılması mexanizmlərinin tətbiqini nəzərdə tutur və uşaqların zərərli məzmun, rəqəmsal asılılıq, kibertəhdidlər və digər risklərdən müdafiəsini hədəfləyir.

Yeni tənzimləmə 16 yaşadək şəxslərin sosial şəbəkə platformalarında hesab yaratmasına məhdudiyyət qoyur, 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı əsasında qeydiyyatdan keçməsinə imkan verir. Bu yanaşma dövlətin uşaqların müdafiəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin tərkib hissəsi olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində tətbiq olunan beynəlxalq təcrübələrlə də uzlaşır. Ekspertlərin fikrincə, əsas məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onların yetkinlik yaşına qədər təhlükəsiz və sağlam informasiya mühitində formalaşmasına şərait yaratmaqdır.

Elm və təhsil naziri Emin Əmrullayev, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında, "Rəqəmsal məktəb" layihəsi və təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxunub. Nazir, növbəti mərhələdə tədrisin rəqəmsallaşdırılmasına keçidin nəzərdə tutulduğunu bildirib. Lakin bu açıqlamadan bir neçə gün öncə məktəblərdə telefondan istifadə qadağan olundu. Rəqəmsal tədrisin əsas vasitəsi elektron qurğular olduğu halda, qəbul edilən iki qərar arasında yaranan ziddiyyətin necə tənzimlənəcəyi sual doğurub.

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Sherg.az-a bildirib ki, tədrisin rəqəmsallaşması dünyanın əksər ölkələrində təhsil siyasətində əsas hədəflərdən biridir:

“Azərbaycan da bu prosesdən kənarda qala bilməzdi. Elm və Təhsil Nazirliyinin rəqəmsallaşma istiqamətində atdığı addımlar tədrisin daha çevik, əlçatan və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət edir. Lakin reallıq ondan ibarətdir ki, ölkədəki bütün ümümtəhsil məktəbləri eyni səviyyədə texniki və infrastruktur imkanlara malik deyil. Xüsusilə bəzi rayon məktəblərində internetə çıxış imkanlarının məhdudluğu, müasir kompüterlərin və rəqəmsal təhsili dəstəkləyən texnoloji avadanlıqların çatışmazlığı problemi qalmaqdadır. Buna görə də tədrisin rəqəmsallaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilməlidir”.

Ekspertin sözlərinə görə, ilk növbədə məktəblərin texniki təminatı və müəllimlərin rəqəmsal bacarıqları gücləndirilməlidir:

“Məktəblərdə mobil telefonlardan istifadəyə qoyulan məhdudiyyətlə, tədrisin rəqəmsallaşdırılması arasında ciddi ziddiyyət yoxdur. Mobil telefonlardan istifadəyə qoyulan məhdudiyyətin əsas qayəsi, dərs zamanı şagirdlərin diqqətini yayındıran oyunların və digər qeyri-tədris fəaliyyətlərin qarşısını almaqdır. Rəqəmsal təhsil dedikdə, nəzarətli, məqsədyönlü və pedaqoji prinsiplərə əsaslandırılmış elektron resursların tədris prosesinə inteqrasiyası nəzərdə tutulur. Söhbət fərdi mobil cihazlardan deyil, birbaşa tədris məqsədlərinə xidmət edən interaktiv lövhələr, planşetlər, elektron platformalar və kompüter texnologiyalarından gedir”.

Ə.Həsənli onu da qeyd edib ki, şagirdlər yalnız xüsusi ehtiyac yarandığı təqdirdə, müəllimin nəzarəti və icazəsi əsasında şəxsi telefondan istifadə edə biləcəklər:

“Dünyanın bir çox ölkəsində məhz bu model tətbiq edilir. Yəni, əsas məsələ elektron qurğunun özü deyil, ondan necə, nə məqsədlə və hansı çərçivədə istifadə olunmasıdır. Bir sözlə, tədrisin rəqəmsallaşdırılması qaçılmaz və zəruri prosesdir. Rəqəmsal tədrisə keçidi uğurla təmin etmək üçün məktəblər arasındakı imkan fərqləri minimuma endirilməli, müəllimlərin hazırlığı gücləndirilməli və proses paralel şəkildə aparılmalıdır. Yalnız bu halda, rəqəmsallaşma təhsilin keyfiyyətini artıra və şagirdlərin müasir bacarıqlarının formalaşdırılmasına ciddi töhfə verə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Bu gün, 10:47
Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 10:46
Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Bu gün, 10:43
Anar Bayramovdan yeni təyinat - ƏMR
Bu gün, 10:39
“Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” - Radio aparıcısı
Bu gün, 10:33
"Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" - Cümşüd Nuriyev
Bu gün, 10:31
Paşinyanın Rusiyaya gəlməsinə qadağa - adını siyahıdan çıxardılar
Bu gün, 10:22
Azərbaycanda tanınmış jurnalist vəfat edib
Bu gün, 10:17
“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” - NƏ ETMƏLİ?
Bu gün, 10:12
Arif Hacılının “stop”u götürüldü - Məhz bundan sonra...
Bu gün, 10:02
“Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” - Könül Kərimovadan ETİRAF
Bu gün, 10:01
“Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” -Razi Nurullayev belə deyir...
Bu gün, 09:56
Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi - Qaluzin deyir ki...
Bu gün, 09:44
Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Bu gün, 09:40
Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:39
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Bu gün, 09:32
Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Bu gün, 09:18
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20
Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18
"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16
Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15
NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13
"Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00
'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48
Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29
Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18
Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13
Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08
"Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04
Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Bu gün, 05:35
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru