"İsrail ABŞ-ın İrana mümkün zərbəsinin təxirə salındığını təxmin edir, çünki Vaşinqton məhdud bir əməliyyata deyil, Tehranda rejimi dəyişdirməyi hədəfləyən daha geniş və daha uzun bir kampaniyaya hazırlaşır". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə İsrailin məşhur Kan telekanalına istinadən tanınmış jurnalist Eynulla Fətullayev çıxış edib.
Jurnalist özünün sosial şəbəkə hesabında belə yazır: "İsrail ABŞ-dan hər iki tərəfin davamlı hücuma hazır olmasına qədər zərbə endirməyə tələsməməsini xahiş edib. Məqsəd – İranda hakimiyyəti devirmək və siyasi rejimi dəyişməkdir.
ABŞ-ın yüksək rütbəli rəsmilərinin bildirdiyinə görə, İrana hücum sonda baş tutacaq. Həmçinin bildirilir ki, qapalı söhbət zamanı Trampın yaxın silahdaşı Stiv Uitkoffa açıq sual ilə müraciət olunub: Vaşinqton "İran xalqını necə tərk edə bilər?!". Uitkoffun cavabı: "İranlılar ağıllı olduqlarını düşünürlər — amma biz daha ağıllıyıq."
Bu arada, vəliəhd şahzadə Reza Pəhləvi İran xalqına yeni çağırışla müraciət edib. Vəliəhd xalqı 27 yanvarda yeni etiraz dalğasına səsləyib..."










