Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                     Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib .....                     “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                     Melaniya Paşinyanın mətbuat katibi təyin edildi .....                     10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar .....                     Komitə sədri bu idarəyə rəis təyin etdi .....                     Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? .....                     Mülayim şərq küləyi əsəcək .....                     Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu .....                     “Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” .....                     ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ .....                 

“Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur... - ARAŞDIRMA
Tarix: 27-11-2025, 07:05 | Çap et

"Lukoyl" beynəlxalq aktivlərinin satışı üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) 13 dekabr 2025-ci il tarixinədək 128 saylı lisenziya alıb. Sənəd mal və xidmətlərin alınması, eləcə də xaricdə "Lukoyl" yanacaqdoldurma məntəqələrinin saxlanılması, istismarı və bağlanması üçün zəruri olan əməliyyatların aparılmasına icazə verir. Hazırda Rusiya şirkəti alıcılarla müzakirələr aparır.

Lakin sual yaradan məqam satışdan əldə olunacaq gəlirin aqibətidir. Bəzi mənbələr Xarici Aktivlərə Nəzarət İdarəsinin "Lukoyl"un xarici aktivlərin satışından real gəlir götürməyə icazə verməyəcəyini irəli sürür. Bildirilir ki, satışdan əldə edilən gəlir neft şirkətinə qarşı sanksiyalar tamamilə ləğv edilənə qədər dondurula bilər. Belə ki, ABŞ Xəzinədarlığı təklif olunan hər hansı satışı ölkənin milli təhlükəsizliyi və xarici siyasət məqsədlərinə uyğun amillər əsasında qiymətləndirəcək.

Xatırladaq ki, ABŞ bu ilin oktyabr ayının 22-də “Lukoyl”a qarşı sanksiya paketi elan edib. Şirkət “ən yüksək səviyyədə” məhdudiyyətləri nəzərdə tutan SDN siyahısına əlavə edilib. Beləliklə, “Lukoyl”un səhmlərinin 50%-dən çoxuna sahib olduğu bütün törəmə müəssisələri də məhdudiyyətlərə məruz qalıb.

22 milyard dollarlıq aktivləri kimlər almaq istəyir?

Sanksiyaların tətbiqindən səkkiz gün sonra xarici şirkətlər, eləcə də dövlətlər “Lukoyl”un xarici aktivlərinin “ovuna” başladılar. Oktyabrın 30-da beynəlxalq neft treyderi “Gunvor” “Lukoyl”un xarici aktivlərini satın almaq təşəbbüsü ilə çıxış etdi. Lakin noyabrın 7-də ABŞ Maliyyə Nazirliyinin müdaxiləsindən (Ukraynadakı münaqişə davam etdiyi müddətcə “Gunvor” şirkətinə biznes lisenziyası verməyəcəyini bildirdi) sonra beynəlxalq enerji qrupu təklifini geri götürdü. Bundan sonra “Lukoyl” adını açıqlamadığı potensial alıcılarla danışıqlar apardığını elan etdi. “Blumberq”in məlumatına görə, hazırda “Lukoyl”un aktivləri üçün potensial təklif verənlər arasında “Exxon Mobil”, “Şevron”, “Abu Dhabi National Oil Co” (ADNOC) və “Carlyle Group” investisiya şirkəti var. Agentliyin ekspertləri iddia edir ki, “Lukoyl” xarici aktivlərini ayrı-ayrılıqda deyil, vahid paket şəklində satmaq istəyir.

Belə ki, Rusiya şirkəti sövdələşməni mümkün qədər tez başa çatdırmaq üçün 22 milyard dollar dəyərində biznesini 14 milyard dollara satmaq fikrindədir. Lakin hələlik təklif verənlər daha çox fərdi biznes seqmentləri ilə maraqlanırlar.

“Blumberq”in mənbələrinə görə, ADNOC Özbəkistandakı qaz yataqlarını almaq istəyir. “Exxon” və “Şevron” isə dünyanın ən böyük neft yataqlarından “Qərbi Qurna-2”də "Lukoyl"un 75%-lik payını əldə etməyə çalışır. Baxmayaraq ki, hər iki enerji nəhəngi hələlik bu barədə şərh verməkdə maraqlı deyil. Məlumat üçün bildirək ki, “Qərbi Qurna-2” yatağında əməliyyatlar “fors-major” səbəbdən dayandırılıb. “Röyters”in xəbərinə görə, noyabrın 10-da "Lukoyl" şirkəti bu barədə İraq hakimiyyətini məlumatlandırıb. İraq hakimiyyəti şirkətə bütün nağd pul və neft ödənişlərini dayandırıb. İraqdakı əməliyyatlardan şirkətə ödənilməli olan vəsaitlər dondurulub. Noyabrın 17-də İraqın Baş naziri Məhəmməd əs-Sudani, yataqdakı vəziyyəti sabitləşdirməyin mümkün yollarını müzakirə etmək üçün “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovla görüşüb. “RİA Novosti”nin iddiasına görə, görüşdə İraq hökumətinin ABŞ Maliyyə Nazirliyindən “Qərbi Qurna-2” ilə bağlı altı aylıq güzəşt istəmək planlarına toxunulub.

Məlumatlara görə, rəsmi Budapeşt də “Lukoyl”un Bolqarıstandakı aktivləri ilə maraqlanır. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkənin enerji şirkətləri, eləcə də MOL “Lukoyl”un Bolqarıstandakı “Lukoyl Neftochim Burgas” neft emalı zavodunun satın alınması ilə bağlı danışıqlara başlaya bilər. Yeri gəlmişkən, onu da vurğulayaq ki, “Lukoyl” 25 ildən artıqdır Bolqarıstanda əsas yanacaq təchizatçısı kimi fəaliyyət göstərir. 1999-cu ildən bəri ümumi investisiyalar 4,5 milyard dolları keçib.

Moldovanın energetika naziri Dorin Yungietu isə “Lukoyl”la Kişinyov hava limanındakı “Lukoyl-Moldova” terminalının hüquqlarının Moldova hökumətinə pulsuz təhvil verilərək, sonradan satmaq öhdəliyi ilə müqavilə imzalandığını açıqlayıb. Bu müddətdə isə terminala yanacaq tədarükünü Rumıniya şirkəti həyata keçirəcək.

Finlandiyada da vəziyyət fərqli deyil. “Lukoyl”un “Teboyl” yanacaqdoldurma məntəqələri şəbəkəsi mövcud yanacaq ehtiyatını satdığı üçün əməliyyatlarını mərhələli şəkildə dayandırır. “Teboyl” Finlandiyada təxminən 400 yanacaqdoldurma məntəqəsini idarə edir. Şirkət 1934-cü ildə təsis edilsə də, “Lukoyl” 2005-ci ildən “Teboyl”un sahibidir.

“Lukoyl”un Rumınyadakı yanacaqdoldurma şəbəkəsi və neft emalı zavoduna iddiaçılar arasında isə bu ölkədə fəaliyyət göstərən Macarıstanın MOL qrupu, Yunanıstanın “Hellenic Petroleum” şirkəti və Rumıniyanın Qara dəniz şelfindəki ən böyük oyunçulardan biri olan “Black Sea Oil & Gas” şirkətinin səhmdarı “Carlyle” var.

Bəzi mütəxəssislər "Lukoyl"un hazırkı şərtlər altında aktivlərini satacağına şübhə edirlər. Ümumiyyətlə treyderlər "Lukoyl"un xarici biznesinin satışı perspektivlərini qiymətləndirməkdə çox ehtiyatlıdılar. Belə ki, ABŞ Maliyyə Nazirliyi "Lukoyl"a əməliyyatları təsdiqlətmək üçün müraciət fürsəti yaratsa da, tənzimləyicinin şərtləri çərçivəsində sövdələşmələrin bağlanması gəlirlərin dondurulmasını istisna etmir.

Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti Stanislav Mitraxoviçin sözlərinə görə, "Lukoyl" satacağı aktivlərin qarşılığında real gəlir gözləyir. Lakin qrupun xaricdəki biznesinin dəyərindən əhəmiyyətli dərəcədə endirimlə baş tuta biləcəyi ehtimalı yüksəkdir:

“Şirkətin iki yolu var: ya pulu almaq üçün Xarici Aktivlərə Nəzarət İdarəsi ilə danışıqlar aparmaq, ya da Rusiya ilə ABŞ arasında münasibətlərin rəsmi, genişmiqyaslı siyasi həllini gözləmək”.

Enerji və Maliyyə İnstitutunun Əmtəə Bazarı Təhlili Mərkəzinin rəhbəri Maksim Şevirenkov hesab edir ki, satışdan əldə edilən gəlirlərin dondurulması gözlənilən ssenaridir:

“Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən təsdiqlənmiş bir alıcı tapılarsa, “Lukoyl” müəyyən gəlir əldə edə bilər. “Lukoyl”un Xarici Aktivlərə Nəzarət İdarəsi ilə danışıqlarda manevr etmək imkanları məhdud olduğundan, Rusiya şirkəti həm qarşı tərəfi, həm də xəzinədarlığı qane edən alıcı tapılana qədər satışı təxirə sala bilər”.

Şevirenkov hesab edir ki, aktivlərin satışı üçün 13 dekabr tarixi real deyil. Bu müddət ərzində neft emalı zavodunun və ya hasilatın pay bölgüsü müqaviləsi olan sahənin satılması ehtimalı azdır:

“Belə əməliyyatların qanuni şəkildə rəsmiləşdirilməsi uzun müddət çəkəcək və bu müddət ərzində Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiyaların təxirə salınmasını uzadacaq. Buna görə də satış prosesinin aylarla uzanması ehtimalı yüksəkdir".

“VMT Consult” şirkətinin baş analitiki Danil İvaninin fikrincə, amerikalı investoru bütün aktivləri paket şəklində ala, aktivlərin yerləşdiyi ölkəyə daxil ola və sonra hər birini ayrılıqda baha qiymətə sata bilər:

“Ümumiyyətlə, “Lukoyl” aktivlərini hissə-hissə satmaqdan daha çox fayda əldə edəcək. Çünki birdən çox təklif qiymətin artmasına səbəb olacaq. ABŞ-ın qorxduğu da məhz budur. Əgər şirkət hər bir aktiv üzrə ayrıca təklif verməyə başlasa, qiymət artacaq və amerikalı oyunçular endirimdən məhrum olacaqlar”.

Azərbaycan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, “Lukoyl” “Şahdəniz” qaz-kondensat layihəsindəki 19,99%-lik payını da dekabrın 13-dək satmağa çalışacaq:

“İlk olaraq “Lukoyl”un 50%+1 səhm, nəzarət paketinə malik layihələri sanksiya altına düşəcək. Şirkət “Şahdəniz”də 19,99% paya malikdir. Lakin "Şahdəniz” layihəsinə vəsait necə köçürülücək, şirkət öz vəzifələrini necə həyata keçirəcək, hələ bu açıq sualdır. Yəni 13 dekabrdan sonra Amerikanın sanksiyaları səbəbindən “Lukoyl”un bütün bank əməliyyatları dayandırılacaq. Bu da “Şahdəniz” yatağının istismarında iştirak üçün zəruri olan “nağd pul çağırışı” çərçivəsində öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün edəcək. Nağd pul tələbi layihə səhmdarlarından xərcləri ödəmək üçün vəsait ödənişlərini nəzərdə tutur. Bütün qlobal neft əməliyyatları ABŞ valyutasında həyata keçirildiyindən, sual açıq qalır.

İkinci tərəfdən, “Lukoyl”un Azərbaycanın pərakəndə neft məhsulları bazarında kifayət qədər rolu var. “Lukoyl-Azərbaycan” QSC-nin bir neft-bazası, 87 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Düşünürəm, dekabrın ilk on günlüyündə tamamilə bu məsələlərə aydınlıq gətiriləcək”.

İddialara əsasən, əgər şirkət “Şahdəniz” yatağının istismarında iştirak üçün zəruri olan nağd ödənişi yerinə yetirməzsə, “Lukoyl” 13 fevral 2026-cı il tarixinə qədər defoltla üzləşəcək.

“Lukoyl”un payına əsas iddiaçıların layihədə iştirak etməyən ABŞ şirkətləri ola biləcəyi də gündəmdədir. Məlumdur ki, ABŞ-nin “Carlyle” fondu “Lukoyl”un xarici aktivlərini vahid paket şəklində almağa çalışır.

Layihədəki digər səhmdarlara gəlincə, bp şirkətinin (“Şahdəniz”də 29,99% payı var) “Lukoyl”un payını alması ehtimalı azdır, Cənub Qaz Dəhlizi (21,02%), TPAO (19,00%) və ya MVM Group (5%) isə əksinə, bunda maraqlı ola bilərlər.

TPAO-nun Azərbaycan və Türkmənistanla sıx əməkdaşlığını nəzərə alsaq, Xəzərdə layihə portfelini genişləndirmək istəyi real görünür. Lakin rəsmi Ankaradan hələlik səs çıxmayıb.

Macarıstanın MVM Qrupuna gəlincə, rəsmi Budapeşt qaz həcmlərinin artırılmasında maraqlıdır.

Baş verən proseslərə Kremlin münasibəti maraq doğurur. Rusiya Prezidenti Vladimir Putin ABŞ sanksiyalarını qiymətləndirərkən bildirib ki, “Lukoyl” kimi böyük şirkətin qanuni maraqlarına beynəlxalq və iqtisadi münasibətlər qaydalarına uyğun hörmət edilməlidir:

“Müəyyən itkilərə baxmayaraq, özümüzü inamlı və sabit hiss edirik - bunlar mütləq baş verəcək. Bu, bir çox amillərdən asılıdır. Buna baxmayaraq, enerji sektorumuz özünü kifayət qədər təhlükəsiz hiss edir”.

“Lukoyl” 27 xarici ölkədə təmsil olunur

“Lukoyl” dünya neft istehsalının təxminən 2%-ni və təsdiqlənmiş karbohidrogen ehtiyatlarının təxminən 1%-ni təşkil edir. 27 xarici ölkədə təmsil olunur və 34 törəmə şirkəti var. Sanksiya paketində şirkətlərin hər birinin adı qeyd edilməsə də, qadağalar onları da əhatə edir. Çünki şirkətlərə dollarla əməliyyat aparmaq qadağan olunub. Eləcə də ABŞ vətəndaşlarına, bu ölkədə işləyən şirkətlərə “Lukoyl” ilə hər hansı ticari və hüquqi əlaqələr qadağan edilib.

“Lukoyl” on ölkədə, o cümlədən Azərbaycanda kəşfiyyat və hasilat layihələrini həyata keçir. Belə ki, “Şahdəniz” yatağının işlənməsində iştirak (2022-ci ildə şirkət payını 10%-dən 19,99%-ə qədər artıraraq “Petronas”ın payı tamamilə satın aldı. 9,9 faizlik pay üçün 1,45 milyard dollar ödəyib) edir.

Bundan əlavə, İraqda – dünyanın ən böyük yataqlarından biri olan “Qərbi Qurna-2” yatağının işlənməsi və hasilatında, Qazaxıstanda – “Karaçaqanak” (13,5%) və “Tengiz” (5%) layihələrində, Özbəkistanda – “Qandım-Xauzak-Şadı” və “Hisar” layihələrinin işlənməsində, Misirdə – “Meleiha” (“Lukoyl”un ilk xarici istehsal layihələrindən biri, 24%), WEEM və “WEEM Extension”da iştirak edir.

Şirkət Kamerunda – Etinde ərazisində dərin su layihəsində 20%, Nigeriyada – OML-140 blokunda dərin su layihəsində 18%, Qanada – “Dərin Su Tano/Cape Three Points” layihəsində, Meksikada – “Amatitlan”, eləcə də “Bloklar”da 10, 12, 28% paya sahibdir. BƏƏ-də – Fars körfəzindəki Qaşa konsessiyasında 5% və Konqo Respublikasında – “Marine XII” dəniz layihəsində 25% payı var.

“Lukoyl” üç ölkədə neft emalı zavodunun səhmdarıdır. Bunlar Rumıniyada “Petrotel Lukoyl”, Bolqarıstanda “Lukoyl Neftokhim Burgas” və Niderlandda “Zeland” neft emalı zavodlarıdır (45% paya malikdir).

“Lukoyl Lubricants” şirkəti isə Avstriya, Finlandiya, Rumıniya, Türkiyə və Qazaxıstanda yağlar, sürtkülər və digər texniki mayelər istehsal edir. Şirkət həmçinin ABŞ, Türkiyə və İtaliyada geniş yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir.

Bundan əlavə, “Lukoyl” Xəzər Boru Kəməri Konsorsiumunun ən böyük səhmdarlarındandır (12,5%).

“Lukoil” xarici aktivlərini “Lukoyl İnternational” vasitəsilə idarə edir. Şirkəti iki il fasilədən sonra bu həftə 2022-ci il üzrə maliyyə hesabatını dərc edib. KPMG audit şirkətinin nəticələrinə görə, “Lukoyl İnternational”ın 2022-ci ildə gəliri 95 milyard avro, xalis mənfəəti isə 7,8 milyard avro olub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Bu gün, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Bu gün, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Bu gün, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Bu gün, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Bu gün, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Bu gün, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Bu gün, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Bu gün, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Bu gün, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Bu gün, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Bu gün, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Bu gün, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Bu gün, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Bu gün, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Bu gün, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Bu gün, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Bu gün, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Bu gün, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Bu gün, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Bu gün, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Bu gün, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Bu gün, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Bu gün, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Bu gün, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Bu gün, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Bu gün, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Bu gün, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Bu gün, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Bu gün, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Bu gün, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Bu gün, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Bu gün, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Bu gün, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Bu gün, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Bu gün, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Bu gün, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Bu gün, 11:59
Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:47
Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Bu gün, 11:41
“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Bu gün, 11:39
Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Bu gün, 11:37
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Bu gün, 11:34
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Bu gün, 11:32
Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib - "Newsarmenia"
Bu gün, 11:26
QHT əməkdaşları Ağdərədə minaya düşdülər - Yaralananlar var...
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru