“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                     Anasına 13 bıçaq zərbəsi vuran şəxs: .....                     Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır .....                     Azərbaycanda maaşlar bu qayda ilə veriləcək .....                     "Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" .....                     ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                 

Qərb Turan Ordusuna dəstək verir - Rusiya, Çin və İran isə...
Tarix: 28-04-2025, 11:14 | Çap et
Qərb Turan Ordusuna dəstək verir
Sovet İttifaqının dağılmasından sonrakı onilliklərdə Türkiyənin xarici siyasətində yeni bir tendensiya yarandı. Bu dövrdə Cənubi Qafqazda və Orta Asiyada (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) yeni müstəqil türk respublikaları ortaya çıxdı. 2000-ci illərdə Türkiyənin bu bölgələrə yönəlik çoxşaxəli xarici siyasəti getdikcə gücləndi. Bunun elementlərindən biri də bu ölkələrlə strateji müdafiə əlaqələrinin inkişafı idi. Gələcəkdə bu əlaqələrin kulminasiya nöqtəsi kimi Turan Ordusu yarana bilər. 2020-ci ilin oktyabrında Türkiyənin müdafiə naziri Hulusi Akarın bir sıra Türkistan dövlətinə rəsmi səfəri yeni hərbi ittifaq ehtimalını ciddi şəkildə gücləndirdi.
Türkiyənin öndərlik etdiyi Turan Ordusunun qurulması nə qədər realdır? Əslində Turan Ordusu çoxdan qurulub. Hər bir türkün şüurunda, ruhunda bu ordu var. Sadəcə olaraq biz ruhi aləmdə olanı real dünyaya daşımalıyıq. Deyim ki, artıq real həyatda da Turan Ordusunun fraqmentləri var. Məsələn, Rusiya–Ukrayna müharibəsində döyüşən Ukrayna Silahlı Qüvvələrində türk xalqlarından formalaşmış könüllü Turan batalyonu var. 20 noyabr 2022-ci ildə yaranmış Turan batalyonun məqsədi Rusiyanın "türk xalqlarına qarşı soyqırımı" siyasətinə qarşı mübarizə aparmaqdır. Turan batalyonunun tərkibində Türkistanla yanaşı Rusiyadan və Şimali Qafqazdan olan etnik qazaxlar, qırğızlar, azərbaycanlılar, uyğurlar, tatarlar, Krım tatarları və digər türk xalqlarının təmsilçiləri var. Batalyona Rusiya–Ukrayna müharibəsinin döyüşçüsü, "Qazaxıstan Rembo"su adlandırılan Jasulan Duysembin də qoşulub.
Dəfələrlə yazmışam ki, Turan Ordusu Qərb üçün xüsusi önəm daşıyan bir məsələdir. Qərbin ağıllı başları gec-tez bu ordunun Türkiyə üzərindən yaranmasına təkan verəcək. Niyə? Çünki Turan Ordusu Rusiya-Qərb, Çin-Qərb qarşıdurmasında sonuncunun xilaskarı ola bilər. Həm də tarixən Çin Səddi Türk Səddi rolunda çıxış edib. Və bu sədd Avropanı Çindən və qismən Rusiyadan qoruyub. Məsələn, Donald Tramp NATO ittifaqı ilə bağlı təhlükəli gedişlə edir. Rusiya işğalı ilə üzləşmə ehtimalı Avropa İttifaqı (Aİ) üçün Türkiyənin dəyərini birə beş artırıb. Rusiya təhlükəsi Aİ üçün son dərəcə realdır. Amerika bu reallığa əvvəlki diqqəti göstərməyə bilər. Anaq Cin-Qərb qarşıdurmasında Amerika əsas rolda çıxış edir. Ən azı buna görə ABŞ Turan Ordusuna dəstək verməlidir.
Məmnunluqla demək istərdim ki, hazırda bu kimi fikirlər Qərbin beyin mərkəzləri tərəfindən də tez-tez gündəmə gəlir. Qərb analitikləri yazır ki, Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan yer alır. Ermənistan bu KTMT-dən çıxmış kimi bir şeydir. Qazaxıstan və Qırğızıstan türk dövlətidir. Bu dövlətlər KTMT-nin rəsmi üzvü olsa da Turan Ordusuna meyllidir. Həm də Ukrayna müharibəsi KTMT-nin mövqelərin ciddi şəkildə zəiflədib. Bu situasiyadan istifadə edən Qərb KTMT-i dağıtmağa, Turan Ordusunu isə daha da güclənməsinə çalışır.
Türk Dövlətləri Təşkilatı daxilində Turan Ordusunu inkişaf etdirməklə NATO üzvü Türkiyə vasitəsilə Qərb Çinin sərhədlərinə yaxınlaşır. Strateji ambisiyalar bu məsələyə xüsusi təsir göstərir.
İrəvandakı erməni siyasətçiləri Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarına reaksiyasına görə KTMT-ni açıq şəkildə tənqid edir. Qərb və Türkiyə bu məqamı məmnuniyyətlə izləyirlər.

Ermənistanın narazılığı KTMT-ni Qırğızıstan, Qazaxıstan və Tacikistan kimi digər üzvlər üçün etibarsız elan etmək üçün ciddi əsas yaradır. Pan-türk hərbi ittifaqı – Turan Ordusu düşüncəsi türklər arasında məftunluq doğurur. NATO Rusiyanın Mərkəzi Asiyada təsirini zəiflətmək kimi məqsədinə çatmaq üçün Turan Ordusu düşüncəsinə dəstək verir. Təbii ki, ABŞ Turan Ordusunun NATO-nun çətiri altında yaranmasını istəyir.
Türk dünyasında ambisiyaları artan NATO üzvü olan Türkiyə bu sxemdə əsas oyunçudur. Ankara, xüsusilə Liviya və Somali kimi ölkələrdə əhəmiyyətli bir varlıq yaratdığı Afrikada hərbi izlərini davamlı olaraq sərhədlərindən kənarda genişləndirir. Hesabatlar göstərir ki, Türkiyə potensial olaraq gələcək Turan Ordusunda əməliyyat imkanlarını gücləndirmək üçün bu xalqlardan muzdlu əsgərlər cəlb edir. Bu addım nəinki Türkiyənin təsirini gücləndirir, həm də NATO-nun Mərkəzi Asiyaya güc yönəltmək məqsədi ilə üst-üstə düşür. Türkiyə özünü türk dövlətlərinin təhlükəsizliyinin təminatçısı kimi göstərməklə, NATO-nun Rusiyanı və daha çox Çini strateji baxımdan mühasirəyə almasına yol aça bilər. Əlbəttə, Qərbin Turan Ordusu ilə bağlı öz palanları var. Ancaq türklər ona görə ordu yaratmır ki, bu ordu kimlərinsə maraqlarının ifadəçisi olsun. Turan ordusu hər şeydən öncə türklərin ordusudur və türk xalqlarının maraqlarının müdafiəçisi olacaq. Türkiyə hərbi sənayesinin istehsal etdiyi çağdaş silahlarla təchiz olunmuş Turan Ordusu NATO standartlarını da arxada qoyaraq döyüş qabiliyyəti baxımından daha üstün olacaq.
Turan Ordusunun yaranmasına fərqli ölkələrin fərqli münasibəti var:
Rusiya
Çar dövründən Rusiya Orta Asiya adlndırdığı Türkistanı ələ keçirib. Sovet İttifaqı dağıldıqdan sonra türk dövlətləri Türkiyəyə meylləndi. Ancaq indinin özündə də regiona Rusiyanın güclü təsiri var. Xüsusən siyasi elitanın rusiyapərəst olması fakt olaraq ortadadır. Rusiya Türkiyənin Türkistanda güclənməsinə dözmək zorundadır. Niyə? Çünki Rusiya bir çox məsələlərdə Türkiyə ilə anlaşa bilir. Rusiya görür ki, Türkiyə amili olmasa, regionda islam fundamentalizminə meylli qüvvələr tezliklə iqtidara gələ bilər. Bu isə kifyət qədər müsəlman əhalisi olan Rusiya üçün daha böyük təhlükədir. Ancaq Rusiya hansı həddə qədər Türkiyənin Türkistanda güclənməsinə göz yumacaq? Şübhəsiz ki, dözümün də müəyyən həddi var. Hazırda Ukraynada başı qarışan Rusiya üçün prioritet tamam başqadır. Ancaq Rusiya Türkiyənin Türkistandakı mövcudluğunu narahatlıqla izləməkdə davam edir. Aydındır ki, Rusiya qəti şəkildə Turan Ordusuna qarşıdır.
Qərb-ABŞ və Avropa İttifaqı-Böyük Britaniya
Qərb Türkiyənin regionda güclənməsində maraqlıdır. Onlar da regionun islamçılara təslim ola biləcəyindən ehtiyat edirlər. Yəni türkçülük-turançılıq Qərb üçün islamçılıqdan daha məqbuldur.
Qərb başa düşür ki, yalnız müttəfiqi olan Türkiyə üzərindən daxil olmaqla regionda özünü rahat hiss edə bilər. Regionun enerji resurslarının Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə, Rusiyadan yan keçməklə, Avropaya çıxarılması Qərb üçün xüsusi önəm daşıyır. Qərb regiondakı türk dövlətlərinin özünə düşmən bildiyi İran və Rusiyadan mümkün qədər uzaq olmasını istəyir.
Bu yaxınlarda Avropa İttifaqının region ölkələrinə 12 milyard avroluq sərmayə təklif etməsi də onu göstərir ki, kollektiv Qərb bu bölgəni Rusiya, İran və Çinə vermək fikrində deyil.
Böyük Britaniyanı isə Turan və Turan Ordusunun əsas memarlarından biri hesab edənlər də var.
Çin
Siyasi, hərbi, xüsusən iqtisadi baxımdan getdikcə güclənən Çin təkcə Sakit okean hövzəsində deyil, həm də Avrasiyada dominant mövqedə olmaq istəyir. Çini Aİ ilə birləşdirən əsas kommunikasiya xətləri də Orta Asiyadan keçir. Çin “Bir kəmər, Bir yol” təşəbbüsünün həyata keçməsi üçün regiona ciddi sərmayə qoyur. İqtisadiyyat üzərindən yumşaq güc nümayiş etdirir.
Ancaq Çin ilə türk dövlətləri arasında uyğur problemi var. Şərqi Türkistan 1944-cü ilə qədər rus işğalı altında olub. Çinlilər rusları oradan qovaraq Şərqi Türkistanı ələ keçiriblər. Elə o vaxtdan da uyğurlar azğınlığı ilə seçilən Çin zülmü altındadır. Çin rejimi milyonlarla uyğuru həbsxanalara salaraq onları “islah” etməyə, daha doğrusu assimilyasiya etməyə çalışır. Bu vəhşətə etiraz Türkiyə ilə Çin arasında dəfələrlə gərginlik yaradıb.
Maraqlı situasiyadır. Çin türk dövlətləri ilə anlaşmağa məhkumdur. Elə bugünlərdə Azərbaycan prezidenti İlham Əliyev Çində yüksək səviyyədə qarşılandı. İmzalanmış 20 sənəd qarşılıqlı münasibətləri yeni yüksəkliyə daşıdı. Eyni zamanda Çin türklərin güclənməsini qətiyyən istəmir. Turan Ordusunu da özünə real təhlükə sayır.
İran
Bu ölkə ətrafındakı türk dövlətlərinə vahimə içində baxır. Çünki İranın daxilində 40 milyonluq türk nüfuzu var. Hazırda fars şovinistlərinin kontrolunda olan İrana min il ərzində türklər hökm edib. İran-Turan müharibələri daha öncəki minilliklərin yaddaşına yazılıb. Ona görə də molla rejimi maskasından istifadə edən fars şovinistləri türk faktorunu neytrallaşdırmağa çalışırlar. Coğrafi reallıq isə buna imkan vermir. Türk dilinə qadağa qoyan İranın I və II Qarabağ Müharibəsində ermənilərin yanında olması da bu qorxudan qaynaqlanır. Təbii ki, İran Türkiyənin Azərbaycanda və Türkistanda güclənməsini heç istəmir. Turan Ordusu isə rəsmi Tehran tərəfindən molla rejimini məhv edə biləcək təhlükə kimi dəyərləndirilir.
İsrail
Bapbalaca boyu var, dam dolusu toyu var, misalında olan İsrail də Turan Ordusunu qurulmasında maraqlıdır. Niyə? Çünki İslam Dünyasında İsrail türk dövlətləri ilə (Azərbaycan, Qazaxıstan və Özbəkistan) daha isti münasibətlərə sahibdir. Unutmayaq ki, balaca İsrailin də dünya siyasətinə ciddi təsir imkanları var. Və belə bir ölkə də Turan Ordusuna dəstək verir.

Elbəyi Həsənli - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru