"Əgər "Kristal Abşeron" belə bir şirkətlə əməkdaşlıq edirsə..." .....                     “Canlı Nostradamus”dan daha bir iddia: .....                     “A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? .....                     Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: .....                     "Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" .....                     "Plastcon Group" MMC BAĞLANDI: .....                     “Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” .....                     Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? .....                     Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? .....                     Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? .....                     Netanyahu ilə aramızda fikir ayrılıqları olur .....                     ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? .....                     İranla Ermənistan eyni layihədə... .....                     Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib .....                     Səhiyyə Nazirliyi mebel və peyvənd alır .....                     Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? .....                     Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir .....                     Putin yeni cəbhə qurur .....                     İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? .....                     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... .....                     “Badamlı” zavodunda oğurluq .....                     "Modenis" MMC "MPAY" MMC-yə qoşulur .....                     Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi .....                     Azərbaycana Paşinyan yox, sülh lazımdır .....                     Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı .....                     Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti .....                     Erməni millətçiliyi kartı yenidən işə salınır .....                     Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü .....                     “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” .....                     Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil .....                     FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi .....                     Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək .....                     “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? .....                     Nigar Fərhadın əri HƏBS EDİLDİ .....                     Abbas Əraqçi Pakistana səfər edəcək .....                     Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: .....                     Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub .....                     General rəisi vəzifəsindən azad etdi .....                     TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı .....                     Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub .....                 

“İslam”la “respublika”nın gizli və aşkar davası - NƏ BAŞ VERİR?
Tarix: 27-04-2025, 00:20 | Çap et
“İslam”la “respublika”nın gizli və aşkar davası
İran İslam Respublikası üçün daxildə ziddiyyətli, maraqlı, müəyyən mənada hətta tragikomik vəziyyət yaranıb.

Deyirlər, inqilab balalarını yeyir. Tehran hakimiyyəti inqilab edənlərlə, fərqli mövqedə duranlarla haqq-hesabı çürüdüb. Rejim öldürdüyünü öldürüb, öldürə bilmədiyi qaçıb canını qurtarıb, İranda qalanları da təqib və təzyiqlərlə çürüdüb.

İndi vəziyyət fərqlidir. İranın mövcud şəraiti “Torpaq bərk olanda öküz-öküzdən görər”ə daha çox bənzəyir.

Hakimiyyət “niyə indi danışıqlara getdiniz?!” ittihamı ilə üz-üzədir. Belə düşünənlər bildirir ki, ABŞ ilə görüşəcəkdinizsə, bunu əvvəldən edərdiniz, vətəndaşlar da bu qədər əzab çəkməzdi. Sanksiyaların tətbiqi səbəbindən İranın üzləşdiyi iqtisadi, maliyyə, sosial böhrana görə də hakimiyyət tənqid edilir. Tənqidçilərin bir düsturu var: bunu əvvəldən etmək lazım idi.

Belə yanaşma ölkədə hakimiyyətə inamsızlıq, etimadsızlıq da yaradıb. Görünür, həm də HƏMAS və “Hizbullah”ın zəifləməsi, Bəşər Əsədin süqutu onun beynəlxalq miqyasda siyasi-ideoloji ardıcıllarını da məyus edib.

Üç ilə yaxındır, İranda hakimiyyətin tətbiq etdiyi hicaba qarşı mübarizə gedir. Bu məsələnin sərtləşməsinə dair qəbul edilən qanunu hökumət hələ də icra etmir, hətta icradan imtina edənə oxşayır. Bir müddətdən sonra İran cəmiyyəti hakimiyyətə hicabın sərtləşdirilməsinə və məcburi tətbiqinə dair də uyğun sualı verəcək: “Hicab sərbəst olacaqdısa, bizə niyə zülm verirdiniz?”

Ölkədə son 46 il ərzində o qədər yasaqlar tətbiq olunub ki, insanlar həmin buxovlardan azad olduqca rejimə müvafiq sualları verəcək. Suallar artdıqca mərkəzi hakimiyyətə inam və etibar da aradan qalxacaq. Bu zaman isə öz balalarını yeyən inqilabın sahiblərini özlərinin qoyduqları qadağalar sıradan çıxaracaq.

1990-cı illər ortalarında İran siyasətçiləri arasında bir deyim populyar idi: “Biz İslam rejimi qurduq İslam Respublikası qura bilmədik”. Ancaq mövcud şərait göstərir ki, bunların heç biri qurulmayıb. Əksinə, Tehran hakimiyyəti hər iki kateqoriyanın – islam və respublika anlayışlarının əleyhinə işləyib. İnsanları onlardan uzaq salıb.

Bu günlərdə "Quya" saytının xüsusi müxbiri Əhməd Vəhdətxahın “İslam Respublikasının İrana hücumu!" başlıqlı yazısı yayılıb. Müəllif yazır: “London Kral Kollecinin dinlər tarixi üzrə professoru, doktor Piter Bernard Klark öz xatirələrində qeyd edir ki, o, 1960-cı illərdə Ağ İnqilabdan sonra ənənəvi İran cəmiyyətində baş verən prosesləri və mərhum şahın rəhbərlik etdiyi sənaye və müasir ölkəyə keçidini öyrənmək üçün dini şəhər Quma səfər edib.

(Naməlum) bir dini liderlə görüşdükdən və onunla bu hadisələr haqqında danışdıqdan sonra evdən çıxarkən üzərində Hollivud aktyorlarının təsviri olan köynəklər geyinmiş, siqaret çəkən və kola içən, yerli qızların liseylərinin xiyabanlarında son zəngin çalınmasını gözləyən yeniyetmə oğlanlarla qarşılaşır.

Klark hələ o zaman bu səhnələrdən aşağıdakı nəticəyə gəldiyini deyirdi: İran qərbləşmə ilə milli dünyəvilik və şiə İslam ənənələri arasında qaçılmaz bir qarşıdurma nümayiş etdirən bir ölkədir və son nəticədə ölkənin yaşaması üçün ikisindən biri digərinə hakim olacaq”.

Əhməd Vəhdətxah daha sonra bildirib ki, bu proqnozdan təxminən on il sonra İslam İnqilabı xarici güclərin köməyi və şah hakimiyyətinə qarşı çıxmaqla, sol və dini mürtəce sağçıların ittifaqında olan bütün qüvvələrin rolu ilə islamçılığın xeyrinə bu ağalığa nail oldu: “Doktor Klark və o uğursuz inqilabı edən bütün qüvvələrin qabaqcadan görmədikləri bir məsələ İran xalqının böyük mədəni gücü və tarixi millətçiliyi, bu fəlakətdən yarım əsr sonra siyasi səhnəyə qayıtması idi.

Bu gün İran xalqının öz ölkəsini iranlı və qeyri-iranlı dini qüvvələrin və onları himayə edən Şərq, Qərb və ərəb güclərinin pəncəsindən geri almaq uğrunda mübarizəsi artıq hər biri öz çirkin məqsədlərinə uyğun olaraq İslam Respublikası rejiminin mövcudluğunu davam etdirməkdə maraqlı olan İranın yaxın gələcəyinə dair hadisələrin səhnəsini zəbt edib”.

Müəllif bildirib ki, bu mübarizə dərin iqtisadi, siyasi və mədəni böhranlar kontekstində hər gün birlik və məişət etirazları, mahnı yazmaq, ictimai yerlərdə rəqs və mahnı oxumaq, tarixi yerlərə səfərlər, İranın yeni mesajları şəklində hakim rejimə qarşı itaətsizlik simvollarının meydana çıxması ilə hər gün özünü göstərir.

Əhməd Vəhdətxahın qənaətincə, məhz belə bir tarixi və həlledici məqamda rejimin nüvə fəaliyyəti məsələsi hazırda İranı, xalqını xarici güclərin hərbi təhdidləri ilə qarşı-qarşıya qoyur: “Milli həmrəyliyi, rejim və onun repressiv aparatları ilə mübarizə arasında balansı qorumaq, bu mübarizəni relsdən çıxaran və ya dayandıran istənilən xarici müdaxiləyə qarşı çıxmaq İran xalqının qalibiyyətinin açarı olacaq”.

Beləliklə, 1979-cu ildə baş verən inqilabın balalarını yeyərək yaşayan Tehran rejimi də 46 il əvvəlki düşüncənin daha inkişaf etmiş daşıyıcıları tərəfindən Rza və Məhəmmədrza pəhləvilər kimi tarixin arxivinə yola salınır.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri iki dəfə - aprelin 12-də və 19-da görüşüblər. Aprelin 26-da isə üçüncü təmas olacaq. Görüşlər bu qaydada davam edərsə, bu birbaşa danışıqlara, deməli, digər məsələlərin müzakirəsi müstəvisinə keçə bilər. Bu isə aradakı 46 illik umu-küsüyə son qoyar. 46 ildir deyilən "ABŞ ölüm!", "İsrailə ölüm!" şüarlara son verilir. İsrail belə İranla danışığa hazır olduğunu bildirir...

Hələ ki İranla “İslam Respublikası”nın gizli və aşkar şəkildə davası gedir…

Sədrəddin Soltan - pressklub.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər "Kristal Abşeron" belə bir şirkətlə əməkdaşlıq edirsə..." - İctimai fəaldan şikayət
Bu gün, 07:07
“Canlı Nostradamus”dan daha bir iddia: - Yeni müharibə olacaq
Bu gün, 07:02
“A ƏND J Holdinq” DÖVLƏTİ HEÇƏ SAYIR? - Qubada tikinti özbaşınalığı
Bu gün, 06:56
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Bu gün, 06:49
"Dünyanın heç bir yerində belə dələduzluq yoxdur" - ETİRAZ
Bu gün, 06:44
"Plastcon Group" MMC BAĞLANDI: Dövlətə 60 min manatdan çox MALİYYƏ YÜKÜ QALDI
Bu gün, 06:22
“Süni şəkildə yaradılan dialoq Qarabağ həqiqətlərini arxa plana keçirir” - deputat
Bu gün, 06:20
Erməni mallarının bazarı bağlanır: Yerini Azərbaycan tutacaq? - GƏLİŞMƏ
Bu gün, 06:17
Ermənistan sərhəddə hərbçilərə niyə silah vermir? – Hərbi ekspert səbəbləri açıqladı
Bu gün, 06:14
Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:12
Netanyahu ilə aramızda fikir ayrılıqları olur - Vens
Bu gün, 06:05
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
Bu gün, 06:02
İranla Ermənistan eyni layihədə... - GƏLİŞMƏ
Bu gün, 05:59
Son sutkada azı 10 ticarət gəmisi Hörmüz boğazından keçib - KİV
Bu gün, 05:57
Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03
Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02
Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55
Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34
Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23
“Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19
"Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12
Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11
Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59
Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48
Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45
“Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40
FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37
Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35
“Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29
Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22
Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30
Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09
General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08
TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09
Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05
Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02
Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00
Məhəmməd Salah "Trabzonspor" formasını geyindi - FOTO
Dünən, 12:57
Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
Dünən, 12:53
Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
Dünən, 12:48
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Dünən, 12:46
"Mənə bu yolla əlavə borc yazıla bilər" - Vətəndaş "Azəriqaz"dan narazıdır
Dünən, 12:42
Vüsal Aslanovdan yeni rəis təyinatları - ƏMR
Dünən, 12:31
Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb - FOTO
Dünən, 12:29
"Açıq şəkildə 80 manat istədilər..." - GİLEY
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru