Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                     İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib .....                     Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. .....                     Güney Qafqaz YOL ARAYIŞINDA... .....                     “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” .....                 

İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Tarix: 11-01-2025, 06:56 | Çap et
İran hər baxımdan "kritik durumda"
Çox sayda ciddi zərbələrlə üzləşən İran illərcə olmadığı qədər zəif və həssas duruma düşüb.

Ağır keçən 2024-cü ildə Tehranın bölgədəki təsir gücü azalıb, əzəli düşmənləri İsrail və ABŞ-yə qarşı hərbi çəkindirmə imkanları zəifləyib, iqtisadiyyatı da taqətdən düşüb.

Ekspertlər deyirlər ki, İslam respublikası Donald Trampın prezident vəzifələrinin icrasına başlayacağı və Tehranla dünya gücləri arasında nüvə sazişinin müddətinin bitəcəyi bu il boyunca sərt qərarlar verməli olacaq.

"Ağrılı seçimlər ili"
"Mən ehtimal edirəm ki, ... 2025-ci il Tehran üçün çətinliklər və ağrılı seçimlər ili olacaq", - Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil belə deyir.

Müttəfiqi olan Suriya prezidenti Bəşər əl-Əsədin dekabr ayında devrilməsi İranın bölgədəki ambisiyalarına ciddi zərbə vurub.

Əsəd rejimi dövründə Suriya İranın "dirəniş oxu" adlandırdığı proksi və tərəfdaşlar şəbəkəsinin üzvü idi və Tehranın müttəfiqlərini silahla təchiz etməsinə şərait yaradırdı. Bu müttəfiqlər arasında onillərlə İranın bölgədəki ən mühüm tərəfdaşı olan Livanın "Hizbullah" qrupu da vardı.

Bir zamanlar bölgədə hesablaşılmalı qüvvələrdən biri olan "Hizbullah"ın indi, sadəcə, görüntüsü qalıb. İsrailin ötən il gerçəkləşdirdiyi hava bombardmanları və qurudan hücumu qrupun hərbi imkanlarını ciddi ölçüdə zəiflədib və hərbi rəhbərliyini məhv edib.

İsrailin Qəzza zolağında Tehranın digər müttəfiqi olan HƏMAS qrupuna qarşı müharibəsi isə İranın Qəzzadakı təsirini yox səviyyəsinə endirib.

Hicab qanunu "rəfə qoyuldu"
AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin hazırladığı materialda deyilir ki, ölkə daxilində də işlər bundan daha yaxşı durumda deyil. Milli valyuta ötən il ərzində ABŞ dollarına qarşı dəyərinin 60 faizdən çoxunu itirib. Hökumət xalqın qəzəbindən çəkindiyindən hicab məcburiyyətinə dair ziddiyyətli qanunu rəfə qoymalı olub.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, İranın dini isteblişmenti "kritik durumdadır".

"Bu, bəlkə də, İslam respublikasının 1980-88-ci illərdə İraqla müharibəsindən sonrakı tarixində ən ağır dönəmdir – yaxud, bəlkə, ondan da ağırdır", - Əzizinin sözləridir.

O bildirib ki, hətta isteblişmentin sosial dəstək bazasının özəyini təşkil edən kütlə hazırda ölkənin daxili və xarici siyasətinin düzgünlüyünü sorğulayır.

Bütün bunlar azmış kimi, 2025-ci il İranın nüvə proqramının varlığı üçün həlledici il ola bilər. 2015-ci ildə imzalanan, ancaq demək olar, keçərsiz durumda olan nüvə sazişinin müddəti oktyabrda bitəcək. Sazişin dirçəldilməsi istiqamətində irəliləyişin az olması isə Qərbin səbirsizliyini artırır.

"Rejim öz xalqını itirib"
Fransa prezidenti Emmanuel Makron bu həftə Tehranın nüvə proqramının "geriyədönməz" nöqtəyə yaxınlaşmasına dair xəbərdarlıq edib. İran onun bu şərhini "aldadıcı" adlandırıb.

Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İran proqramının direktoru Aleks Vatanka düşünür ki, İran illərcə istər daxildə, istərsə xaricdə atdığı yanlış addımların acı nəticələri ilə üzləşir və indi kritik nöqtəyə gəlib çıxıb.

"İrana şok terapiyası… özəyinədək silkələnmək lazımdır ki, bəlkə, bu rejimi qurtarmaq mümkün ola", - Vatanka belə deyir.

Təhlilçilərin fikrincə, Tehran siyasətində ciddi dəyişikliklər etməli və ağır qərarlar verməli, məsələn, çöküşün davam etməsinin önünü kəsmək üçün Tramp administrasiyası ilə əməkdaşlığa getməlidir.

2017-2021-ci illərdə - Trampın ilk prezidentliyi dövründə onun administrasiyası İrana "maksimum basqı" kampaniyası yürüdürdü. Bura Tehrana qarşı ağır sanksiyaların tətbiqi də daxil idi.

"Göründüyünə görə, həm daxili, həm də xarici cəbhələrdəki mövcud çətinliklər fonunda Tehranda siyasi dairələr arasında razılığa gəlməyin ən praqmatik çıxış yolu olmasına dair konsensus artmaqdadır", - Əzizi deyir.

Vatanka deyir ki, dünya bu cür razılaşmanı alqışlamalı olsa da, bu, dini isteblişmenti qurtarmağa yetməyə bilər.

"İrandakı rejimin üzləşdiyi ağır problemlə bağlı Trampın, yaxud başqa kiminsə edə biləcəyi heç bir şey yoxdur. Rejim öz xalqını itirib", - son illərdə xalqın artan narazılığına işarə edən Vatanka belə deyir.

Mənbə: Azadlıq Radiosu







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Bu gün, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Bu gün, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Bu gün, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Bu gün, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Bu gün, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Bu gün, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Bu gün, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Bu gün, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Bu gün, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Bu gün, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Bu gün, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Bu gün, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Bu gün, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Bu gün, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Bu gün, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Bu gün, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Bu gün, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Bu gün, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Bu gün, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Bu gün, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bu gün, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01
Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59
Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58
ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56
Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru