Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Tarix: 24-12-2024, 17:04 | Çap et
 Böyük dövlətlərin Afrika qitəsi uğrunda mübarizəsi davam edir. Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə, Rusiya və Çin Afrika ölkələri ilə əməkdaşlığı ildən-ilə genişləndirməyə çalışırlar. Bu dövlətlərin içərisində geridə qalan Fransadır. Baxmayaraq ki, Paris uzun illər Afrikada siyasi və hərbi maraqlarını qorumağa çalışıb. Ancaq son bir neçə ildə Afrika ölkələri ard-arda Fransanın nəzarətindən çıxıblar. Afrika ölkələrində dəyişən hakimiyyətlər Fransanın koloniyası olmaq istəmirlər. Afrikada yaranan boşluğu daha çox Çin doldurmağa çalışır. Afrika Pekin üçün Çin sərhədlərindən kənarda hərbi və təhlükəsizlik strategiyası baxımından kritik arenaya çevrilib. Çinin Cibutidə hərbi bazasının yaradılması və 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumunun fəaliyyəti Pekinin strateji hədəflərindən xəbər verir. Çin Xalq Azadlıq Ordusu Birləşmiş Millətlər Təşkilatının 17 sülhməramlı missiyasını əhatə edən 2000-ə yaxın əsgəri ilə Afrika sahillərində piratçılığa qarşı mübarizə aparır. Çinin Afrikanın bir sıra ölkəsində, o cümlədən Ekvatorial Qvineya, Anqola və Atlantik sahilindəki Namibiyada əlavə hərbi bazalar yaratmaq barədə planları var. Çin Afrika dövlətləri, o cümlədən onların hərbi liderləri üzərində təsirini gücləndirib, çoxtərəfli forumlar və hərbi təhsil proqramları vasitəsilə bu ölkələrə silah satışını artırıb. Bununla belə, artan bu təsir Afrika ölkələrinin suverenliyinə potensial təhlükə ilə bağlı narahatlıqları artırıb. Afrika ölkələri Fransanın təsirindən qurtulub bir başqa ölkənin təsiri altına düşmək istəmirlər. Çinin ucuz kreditləri Afrika ölkələri üçün qaytarılması böyük yük olan borca çevrilir. Çin Xalq Respublikasının Afrika ilə təhlükəsizlik və hərbi əməkdaşlığı onun sərmayələrini və “bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə qurulan infrastrukturunu qorumaqda mühüm amil kimi qiymətləndirilir. Pekin dəfələrlə Afrika ilə hərbi əməkdaşlığın gücləndirilməsi və təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlıq bu layihələrin uğur qazanması üçün lazım olan sabitliyi və təhlükəsizliyi qorumaq üçün vacibdir. Beləliklə, Çinin Afrika dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı iqtisadi maraqlarını qorumaqla yanaşı qitədə və onun ətrafında daha geniş geosiyasi məqsədlərinin olduğunu da üzə çıxarıb. Çin qlobal təsirini genişləndirməyi və beynəlxalq təhlükəsizlik nizamını yenidən formalaşdırmağı hədəfləyib. Bu ilin sentyabrın 4-dən 6-dək Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda Çin lideri Si Cinpin bu əməkdaşlığın ölkəsi üçün əhəmiyyətli olduğunu bildirib. Si Cinpin Çinin Afrika ilə əməkdaşlığın və buradakı ölkələrə dəstəyin Pekin üçün əsas prioritetlərdən biri olacağını vurğulayıb. Çinin Afrika qitəsində mökhəmlənməsi Pekinin ABŞ-la qlobal və regional rəqabət strategiyasının bir hissəsidir. Çin Afrika ölkələrinə müxtəlif növ hərbi texnika, o cümlədən təyyarələr, döyüş sursatları, zirehli maşınlar, artilleriya, dronlar, elektron müşahidə sistemləri, raketlər, radar və raketlər təqdim edib. Bunlar Afrika ölkələrinə münasib qiymətlərə satılıb. Çin hərbi satışlarla yanaşı Afrika ölkələri ilə zabit hazırlığı proqramlarını da genişləndirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, Çin 2019-2023-cü illər arasında 21 Afrika ölkəsinə silah ixracı həyata keçirib. İnstitutun hesabatına görə, hazırda Afrika ölkələrinin hər 10 ordusundan yeddisi Çin hərbi texnikasından istifadə edir.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Bu gün, 18:01 |
|
|
|
| • Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Bu gün, 17:59 |
|
|
|
| • Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Bu gün, 17:50 |
|
|
|
| • Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 17:29 |
|
|
|
| • İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Bu gün, 17:23 |
|
|
|
| • Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Bu gün, 17:21 |
|
|
|
| • Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Bu gün, 17:19 |
|
|
|
| • Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Bu gün, 17:16 |
|
|
|
| • "Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Bu gün, 17:14 |
|
|
|
| • Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Bu gün, 16:57 |
|
|
|
| • David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Bu gün, 16:52 |
|
|
|
| • Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Bu gün, 16:50 |
|
|
|
| • "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Bu gün, 16:47 |
|
|
|
| • Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Bu gün, 15:26 |
|
|
|
| • Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Bu gün, 15:22 |
|
|
|
| • Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Bu gün, 15:10 |
|
|
|
| • Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Bu gün, 15:06 |
|
|
|
| • Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Bu gün, 14:53 |
|
|
|
| • AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Bu gün, 14:52 |
|
|
|
| • Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Bu gün, 14:41 |
|
|
|
| • "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Bu gün, 14:36 |
|
|
|
| • Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bu gün, 14:10 |
|
|
|
| • Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 14:07 |
|
|
|
| • Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 14:05 |
|
|
|
| • Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Bu gün, 13:07 |
|
|
|
| • "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Bu gün, 13:03 |
|
|
|
| • Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Bu gün, 13:00 |
|
|
|
| • Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Bu gün, 12:57 |
|
|
|
| • Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Bu gün, 12:35 |
|
|
|
| • “Unibank”ın səhmdarları sentyabrda toplanır
Bu gün, 12:29 |
|
|
|
| • “Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Bu gün, 12:25 |
|
|
|
| • Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Bakıda kişi binadan yıxılaraq ölüb
Bu gün, 12:19 |
|
|
|
| • "Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Bu gün, 12:12 |
|
|
|
| • "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Bu gün, 12:01 |
|
|
|
| • Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Bu gün, 11:57 |
|
|
|
| • İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Bu gün, 11:55 |
|
|
|
| • Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Bu gün, 11:49 |
|
|
|
| • Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Bu gün, 11:40 |
|
|
|
| • “Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Bu gün, 11:33 |
|
|
|
| • Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Bu gün, 11:24 |
|
|
|
| • Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Bu gün, 11:20 |
|
|
|
| • DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 11:12 |
|
|
|
| • Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Bu gün, 11:02 |
|
|
|
| • Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Bu gün, 11:01 |
|
|
|
| • Qəbələdəki dəhşətli qətl hadisəsi ilə bağlı kassasiya şikayəti verildi - TƏFƏRRÜAT
Bu gün, 10:59 |
|
|
|
| • Nazir ona yüksək vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:58 |
|
|
|
| • ABŞ–İsrail–İran münaqişəsi neft nəhənglərinə milyardlar qazandırdı - “The Guardian” qəzeti
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanın yeni təsdiqlənmiş xanım daxili işlər naziri Zəngəzurdakı postlara baş çəkdi... - FOTO, VİDEO
Bu gün, 10:51 |
|
|
|
|