Bərdənin baş həkimi haqda şok iddialar .....                     "Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı .....                     “Çevik” azadlığa çıxdı .....                     Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb .....                     Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, .....                     Paşinyan qırmızı xətti keçdi .....                     Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir .....                     Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi .....                     İrəvan Moskvanı şantaj etməyə çalışır .....                     Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir .....                     Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? .....                     Çarukyana qarşı yeni ittiham irəli sürüldü .....                     "Ölkədə meydan hələ də ortababların əlindədir" .....                     Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... .....                     David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? .....                     Vaşinqton sammitinin bir ili .....                     "Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb .....                     Peşə məktəblərində direktorların "qara siyahısı" .....                     Səyyad Əlizadənin oğlu: .....                     Professor Səfəvi müzakirəsinə son qoydu: .....                     Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur .....                     Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb .....                     AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR .....                     Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı .....                     "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib .....                     Elman Abdullayev UNESCO-dan geri çağırılıb, .....                     Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb .....                     Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib .....                     Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı .....                     "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" .....                     Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? .....                     Vardanyan ətrafında şou yaradanların məqsədi .....                     Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində .....                     “Unibank”ın səhmdarları sentyabrda toplanır .....                     “Azərbaycan Evro-Kredit” BOKT .....                     Jurnalistin dənizdə batan qardaşı tələbə imiş .....                     Bakıda kişi binadan yıxılaraq ölüb .....                     "Bəs bu artırılan vaqonlar HARDADIR?" .....                     "Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm" .....                     Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər .....                 

“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Tarix: 19-11-2024, 10:21 | Çap et
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı”
Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu AYNA-ya müsahibəsində yaşadığı ölkədə yaşanan müharibə, dövlətin və cəmiyyətin işğalçıya qarşı dirəniş imkanları və gözləntilərdən danışıb. Beləliklə:

- Müharibənin üçüncü ilinin tamamına doğru gedir Ukrayna. Hələ nə sülh var, nə sülhə ümid. Ya da ikinci hissəni sual şəklində qoyaq: sülhə nə qədər ümid var?

- Bəli, təəssüf ki, savaşin üçüncü ilinin tamamına 3 aydan bir az çox qalır. Sülh deyəndə yəqin ki, atəşin dayanmasını nəzərdə tutursunuz. Çünki bu qədər itkilərdən sonra bu iki qonşu, eyni din və yaxın dil daşıyıcısı olan iki dövlət və xalq arasında əvvəlki sülh şəraiti, qarşılıqlı münasibətlər uzun illər bərpa oluna bilməz. Atəşin dayanmasına isə hər gün ümid var. Bu mövzuda əsas məsuliyyət də absurd iddialarla Ukrayna torpağına soxulan Rusiya rejiminin üzərinə düşür. Onlar indi də davam etdirdikləri anormal şərtlərindən əl çəkməli və qoşunlarını ən azı son 3 ildə tutduqları Ukrayna torpaqlarından çıxarmalıdırlar ki, hər hansı atəşkəs razılaşmasından söhbət açıla bilsin. Ya da savaşan tərəflərin ən azı birində qəfildən ciddi hakimiyyət dəyişikliyi baş verməlidir ki, bu da indiki reallıqda mümkün görünmür.

- Kiyevdə və Qərbdə qorxu vardı ki, Tramp gəlsə, Ukraynaya dəstəyi kəsəcək, onu məcburi danışıqlar masasına əyləşdirəcək, Rusiyanın maraqlarının təmin olunması şərtilə müharibəni dayandıracaq. Tramp gəldi... Və?

- Amerika tək Trampdan ibarət deyil və ya o sistemi bir nəfər idarə etmir. İstənilən siyasətçi də seçki öncəsi ya daxili auditoriyaya hesablanan, ya da xarici siyasətdə dəyişiklikləri nəzərdə tutan açıqlama və ya vədlər verə bilər. Donald Tramp birbaşa yardımların dayanacağı və yardımların ancaq kredit formasında “Lend-Liz” proqramı çərçivəsində olacağını vurğulayıb. Bu da az məna kəsb etmir Ukraynaya dəstək fonunda. Digər tərəfdən kimsə Ukrayna dövlətini və xalqını hansısa addıma məcbur edə bilməz. Dünya bu 3 ildə həm hakimiyyətin əzmini, həm xalqın iradəsini seyr etdi. Rusiya o güc və templə yolunu Avropaya salsaydı, bəlkə də, indi bir çox Avropa dövlətləri Tatarıstan statusuna girmişdi. Digər tərəfdən hamıya aydın oldu ki, nə qədər Ukraynanın yanında dursalar da, Çin kimi daha ciddi rəqibin fonunda tam çökmüş, parçalanmış Rusiya Amerikanın və ya Avropa dövlətlərinin planlarına aid deyil.

- Rusların dayanmaq fikri yoxdur, əksinə kiçik də olsa, yeni ərazilər ələ keçirirlər. Rusları dayanmamağa təhrik edən bir despotik hakimiyyət var və işğalçı tərəfdə hər şey despotun iki dodağının arasındakı sözdən asılıdır. Bəs, ukraynalılar? Onların döyüş əzmi, ruh halları necədir? Özlərinə "nə vaxtadək" sualını verirlərmi?

- Ukrayna xalqının müəyyən qismi təbii ki, itkilərdən, iqtisadi sıxıntılardan bezmiş durumdadır. Amma milliyətçi kəsim və böyük bir hissə isə müxtəlif çətinliklərə rəğmən, torpaq itkisi ilə müşayiət olunacaq güzəştlərə və ya təkrar Rusiyanın boyunduruğuna girməyə razı deyil.

- Rusiyaya qarşı sanksiyalar təsiredicidir, amma Moskvanı çökdürəcək qədər təminedici deyil. Ukraynanın iqtisadi durumu necədir: ölkə nə sayəsində ayaqda durur, yalnız xarici yardımlar, yoxsa...?

- Ukrayna böyük sənaye və aqrar ölkəsidir. Xarici yardımların rolu təbii ki, danılmazdır, amma xalq və biznes adamları da mövcud şərtlərdə əzmlə çalışırlar. Hətta uzun müddət elektrik enerjisi olmadığı vaxtlarda belə, generatorlar işlədərək bir gün də sərt qış günlərində xidmət sektoru işini dayandırmadı.

- Müharibənin əvvəllərində, gedişatında cəmiyyətin böyük əksəriyyətində münasibət birmənalı idi - günahkar Kremldir. Bu gün də eyni yanaşma qalır? Daxildə və xaricdə başqa günahkarlar meydana çıxmayıb ki?

- Günah təbii ki, isğalçıdadır. Bu günlərdə bir efirdə də eyni tezisi səsləndirdim. Hətta öncədən və ya bu sıxıcı mərhələdə belə, məsələn, hakimiyyəti günahkar çıxarmaq istəyənlərin arqumentləri acizdir. Çünki Kreml savaşı tək döyüş meydanında aparmır. Yüzlərlə kilometr kənarda Kiyev, Odessa, Xarkov kimi böyük şəhərləri bombalayır, mülki infrastrukturu dağıdır, körpələri, qocaları, qadınları öldürür. Suallarınıza cavab verdiyim dəqiqələrdə Odessada həyəcan siqnalı var. Yenə dronlarla, raketlərlə hücum olunur, partlayışlar eşidilir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın!
Bu gün, 05:57
"Azer Tech" MMC BAĞLANDI: Dövlətə 1.3 MİLYON MANATDAN ÇOX borcu qaldı - FOTO
Bu gün, 05:49
“Çevik” azadlığa çıxdı
Bu gün, 05:48
Tramp ABŞ-da "doğum turizmi"nin qadağan edilməsi ilə bağlı fərman imzalayıb - KİV
Bu gün, 05:44
Məhəmməd Salah “Trabzonspor”la iki illik müqavilə imzalayıb, mövsümə 17 mln. avro qazanacaq
Dünən, 18:01
Paşinyan qırmızı xətti keçdi - Onu da həbs etdirir
Dünən, 17:59
Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir - Rusiya XİN
Dünən, 17:50
Atasını boğaraq öldürən oğul əvvəl bəraət istədi, sonra şikayətdən imtina etdi - TƏFƏRRÜAT
Dünən, 17:29
İrəvan Moskvanı şantaj etməyə çalışır – Fadeev
Dünən, 17:23
Qırğızıstan Rusiyadan enerji asılılığını azaltmaq istəyir - Siyahısında Azərbaycan da var
Dünən, 17:21
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur? -“Mövqeyini dəyiçəcək”
Dünən, 17:19
Çarukyana qarşı yeni ittiham irəli sürüldü
Dünən, 17:16
"Ölkədə meydan hələ də ortababların əlindədir" - Aqşin Yenisey
Dünən, 17:14
Allahın şəlaləsinə gedən yolda ŞLAQBAUM... - BU NƏDİ BELƏ?
Dünən, 16:57
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
Dünən, 16:52
Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan...
Dünən, 16:50
"Trabzonspor" Məhəmməd Salahın transferini açıqlayıb
Dünən, 16:47
Peşə məktəblərində direktorların "qara siyahısı" - Onlarla direktorun gedişi gözlənilir
Dünən, 15:26
Səyyad Əlizadənin oğlu: - "Kaş bu günlərimdə yanımda olardın, ata..."
Dünən, 15:22
Professor Səfəvi müzakirəsinə son qoydu: - “İran Xətai ilə bağlı bir cümlə çıxartsın ki...”
Dünən, 15:10
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
Dünən, 15:06
Dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı kəskin artıb - SİYAHI
Dünən, 14:53
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Dünən, 14:52
Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı - TƏFƏRRÜAT
Dünən, 14:41
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Dünən, 14:36
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Dünən, 14:10
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb - SƏRƏNCAM
Dünən, 14:07
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 14:05
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı – Qiymətlər
Dünən, 13:07
"Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin azalıb" -Overçukdan etiraf
Dünən, 13:03
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
Dünən, 13:00
Vardanyan ətrafında şou yaradanların məqsədi – Cinayətkara qahmar çıxanların niyyəti belədir
Dünən, 12:57
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində YEKUN QƏRAR ELAN OLUNDU
Dünən, 12:35
“Unibank”ın səhmdarları sentyabrda toplanır
Dünən, 12:29
“Azərbaycan Evro-Kredit” BOKT – LƏĞV EDİLİR
Dünən, 12:25
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO
Dünən, 12:22
Bakıda kişi binadan yıxılaraq ölüb
Dünən, 12:19
"Bəs bu artırılan vaqonlar HARDADIR?" - ETİRAZ!
Dünən, 12:12
"Elə hiss edirdim ki, sanki heç səhnədən getməmişəm"
Dünən, 12:01
Tokayevlə Paşinyanı yaxınlaşdıran səbəblər – Zəngəzur, yoxsa...
Dünən, 11:57
İtaliyadan Azərbaycana 222 min manata heykəl gətirilib - DETALLAR
Dünən, 11:55
Xankəndini sevirik eee... AMMA KİMDİR BİZİ ORA BURAXAN?!. - Sonra da deyirlər ki...
Dünən, 11:49
Güney Qafqaz YOL ARAYIŞINDA... - İNCƏLƏMƏ
Dünən, 11:40
“Kimlərsə Əli Kərimlidən əzabkeş obraz yaratmağa və siyasi məqsədlər üçün istifadə etməyə çalışır” - deputat
Dünən, 11:33
Mətbuatdan UZAQ QAÇAN DEPUTATLAR... - SİYAHI
Dünən, 11:24
Qızlar Universitetinin müəllimlərindən Mehriban Əliyevaya MÜRACİƏT
Dünən, 11:20
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində yeni təyinat - ƏMR
Dünən, 11:15
Dövlət işçilərinin tibbi sığortasını hansı şirkət edir? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 11:12
Çingiz Qənizadə Fransada QALİB GƏLDİ - Qənimət Zahid dəymiş ziyanı qəpiyinə kimi ÖDƏDİ
Dünən, 11:02
Yorğun ayaqlarla marketinq: - ticarət mərkəzlərinin etikanı yada salmasının vaxtıdır
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru