Almaniya kansleri Olaf Şolts kimi Rusiya Prezidenti Vladimir Putinə zəng etməyəcəyəm.
TNS SkyNews-a istinadən xəbə verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
“Kansler Şolts kiminlə danışır, onun işidir. Mənim Putinlə danışmaq fikrim yoxdur”, - Starmer bildirib.
Böyük Britaniyanın Baş naziri qeyd edib ki, onun yaxın gələcəkdə əsas vəzifəsi Ukraynaya hərbi və maliyyə yardımının həcmini artırmaq olacaq.
Starmerin sözlərinə görə, bu məsələ onun üçün Braziliyada, Rio-de-Janeyroda keçiriləcək G20 sammitində prioritet olacaq.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacağını etiraf edib.
Noyabrın 17-də Polşanın Baş naziri Donald Tusk Almaniya kansleri Olaf Şoltsun Rusiya Federasiyasının Prezidentinə zəngindən sonra Qərb ölkələrini Rusiya hakimiyyəti ilə telefon diplomatiyası qurmağa cəhd etdiklərinə görə tənqid edib.