“Mayın ortalarından sonra müharibə həlledici fazaya keçəcək” - GƏLİŞMƏ
Tarix: 9-05-2024, 08:20 | Çap et
 Ukraynada müharibə tam şiddəti ilə davam edir. Nə işğalçı tərəf hücumlarını, nə də müdafiə olunan tərəf müqavimətini dayandırır. Dünya isə tökülən qana, mülki insanların fəlakətinə tamaşa edir.
Bu ölkədə yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu son vəziyyətlə bağlı AYNA-nın suallarını cavablandırıb.
- Hazırda Ukraynada vəziyyət necədir?
- Vəziyyət sabit ağır olaraq qalır. Rus ordusunun bütün gücünü səfərbər etməsinə rəğmən, bir neçə aydır ki, ciddi uğurları yoxdur. Əksinə, hər gün minə yaxın canlı qüvvə və yüzlərlə texnikası sıradan çıxarılır. Artıq üçüncü ildir davam edən savaşda rusların canlı qüvvə itkisinin 477 min nəfər olduğu barədə Ukrayna Silahlı Qüvvələrindən açıqlama verilib.
- ABŞ-dan Ukraynaya 61 milyardlıq yardım xəbərindən sonra nəsə dəyişiklik varmı?
- ABŞ-ın yardım xəbərindən sonra, təbii ki, canlanma var və hətta vaxtaşırı müxtəlif Avropa ölkələrindən texnika ilə dolu kolonların və ya qatarların Ukraynaya tərəf yön aldığına dair foto-video görüntülər də yayılır. Ukraynada əsas sıxıntılardan olan canlı qüvvə ilə bağlı da səfərbərlik tam gücü ilə davam etdirilir və hətta son bir neçə həftədə bu istiqamətdə temp artırılıb.
- Məlumat yayılıb ki, Fransa hərbçiləri artıq Ukraynadadır. Doğrudurdumu?
- Fransadan canlı qüvvə gəlməsi barədə çox xəbər yayılsa da, Fransa Xarici İşlər Nazirliyi məlumatı təkzib edib. Və əlavə edib ki, Avropanın təhlükəsizliyi baxımından bu, istisna olmasa da, hazırda gündəmdə deyil.
- Gedişatdan nə gözlənilir?
- Ümumən ictimai fikirdə bu il savaşın son ili olacağı ilə bağlı düşüncələr səslənir. Bəzi ekspertlər isə tam bitməyəcəyini, sadəcə hərbi əməliyyatların dondurulacağını və danışıqlar üçün müəyyən cəhdlər ediləcəyini bildirirlər. Hazırda əsas gözlənti ondan ibarətdir ki, savaş mayın ortalarından sonra daha aktiv və həlledici fazaya keçəcək.
- “Daha aktiv və həlledici faza” deyərkən..?
- Daha aktiv faza deyərkən, rusların daha çox ərazi işğal etmə niyyətindən söhbət gedir. Ukrayna ordusunun planları isə, təbii ki, uğurlu müdafiə təşkil etmək və fürsət düşdükcə əks-hücuma keçib işğalda olan torpaqları azad etmək, ərazi bütövlüyünü təmin etməkdir. Ruslar hazırda savaş bölgəsinə aid olmayan şəhərləri raketlərlə bombalamağa davam edirlər. Hədəf əsasən mülki infrastruktur, yollar, körpülər, enerji sistemləridir. Təəssüf ki, mülki əhali də bu bombardımanın qurbanına çevrilir.
Təkcə son sutkada ümumən Ukrayna ərazisində ruslara aid 39 raket və 20 dron hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təəssüflər olsun ki, hava hücumundan müdafiə sistemlərinin işi hər zaman uğurla yekunlaşmır. Təkcə son 1 ayda bizim Odessada 200 nəfərdən çox mülki şəxs raket hücumlarının qurbanı olub.
- Rusların itkiləri?
- Son 4-5 ayda bildiyiniz kimi, savaş Rusiyanın içərilərinə də sıçrayıb. Ukrayna Silahlı Qüvvələri və kəşfiyyat qüvvələri vaxtaşırı müxtəlif irihəcmli obyektləri, əsasən yanacaq depolarını, yanacaq və silah zavodlarını, hərbi aerdromları hədəf alan əməliyyatlar və uğurlu hava hücumları həyata keçirir. Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, Ukrayna Silahlı Qüvvələrinin açıqladığı rəsmi məlumata görə, rus ordusu ilk gündən bu tərəfə 477 min nəfərdən çox canlı qüvvə itirib. Bunun iki qatı qədər yaralı və şikəst olanları saysaq, rus ordusunun itkiləri ilə bağlı milyondan yuxarı rəqəm ortaya çıxır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
| • Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
| • Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58 |
|
|
|
| • "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54 |
|
|
|
| • Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51 |
|
|
|
| • Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49 |
|
|
|
| • Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51 |
|
|
|
| • Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50 |
|
|
|
| • Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38 |
|
|
|
| • DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36 |
|
|
|
| • Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33 |
|
|
|
| • “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28 |
|
|
|
| • Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06 |
|
|
|
| • Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58 |
|
|
|
| • Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
| • II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49 |
|
|
|
| • Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46 |
|
|
|
| • Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46 |
|
|
|
| • "Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43 |
|
|
|
| • Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40 |
|
|
|
| • Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37 |
|
|
|
| • Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35 |
|
|
|
| • Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12 |
|
|
|
| • "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50 |
|
|
|
| • "Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37 |
|
|
|
| • Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07 |
|
|
|
| • Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06 |
|
|
|
| • "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00 |
|
|
|
| • "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51 |
|
|
|
| • Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41 |
|
|
|
| • Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39 |
|
|
|
| • ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36 |
|
|
|
| • Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35 |
|
|
|
| • "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27 |
|
|
|
| • Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19 |
|
|
|
| • Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15 |
|
|
|
| • "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Dünən, 11:56 |
|
|
|
| • Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Dünən, 11:48 |
|
|
|
|