Elçin Quliyevə müavin təyin edildi .....                     SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub .....                     “Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq .....                     Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar .....                     Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb .....                     Lavrovdan Türkiyəyə etiraz: .....                     DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır .....                     Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu .....                     Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur .....                     Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı .....                     Bakı və Moskvadan referendum TƏLƏBİ .....                     Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... .....                     “Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... .....                     Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib .....                     “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb .....                     “Bu aparıcının səviyyəsinə baxır, .....                     İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi .....                     Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: .....                     "Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib .....                     Putinin xəbərdarlığına Britaniyadan reaksiya: .....                     Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu .....                     Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” .....                     Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                     BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların .....                     "Öz pulumu bu günə qədər geri ala bilmirəm" .....                     Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır .....                     Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı .....                 

Türkiyənin “üsyançı 104 admiral” gündəmi: - Gecə baş verənin gündüz izahı
Tarix: 13-04-2021, 07:43 | Çap et
Türkiyənin “üsyançı 104 admiral” gündəmi:
Ötən həftə Türkiyə siyasi gündəminin əsas məsələlərindən biri ölkənin istefada olan admirallarının siyasi bəyanatı oldu. Türkiyə Ordusunun təqaüddə olan 104 admiralının birgə yaydığı bəyanatda onlar Montrö (ya da Montre) Konvensiyasını Türkiyənin zamanında diplomatik qələbəsi adlandırırlar. İstefada olan admirallar hesab edirlər ki, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib.

Bununla yanaşı, admirallar hesab edirlər ki, Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “Kanal İstanbul” layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.

Xatırladaq ki, Montrö Konvensiyası 1936-cı ildə Türkiyənin Bosfor və Dardanel boğazlarında Qara dənizədən Aralıq dənizinə kimi su hövzəsində suverneliyinin bərpası haqqındadır. Sənəd 1936-cı il iyulun 21-də İsveçrənin Montrö şəhərində imzalanıb. Konvensiyanı Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, Avstraliya, Yaponiya, keçmiş SSRİ və keçmiş Yuqoslaviya imzalayıb.

Türkiyənin dövlət qurumları və rəsmiləri admiralların sözügedən bəyanatını siyasi adlandıraraq, bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da istefada olan admiralların belə bəyanatla çıxış etməsinin yolverilməz olduğunu bildirib.

“Gecəyarısı verilən bu etiraz bəyanatı tamamilə pisniyyətlidir. Təqaüdə çıxan heç bir dövlət qulluqçusunun kollektiv şəkildə hər hansı bir təşəbbüslə çıxış etmək haqqı yoxdur. Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kiprdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik. Eyni zamanda 15 iyul dövlət çevrilişinə cəhd zamanı da onların millətimizin yanında dayandıqlarının şahidi olmamışıq", - deyə Ərdoğan qeyd edib.

Prezident deyib ki, admiralların birgə bəyanat yayması ifadə azadlığı hüququndan istifadə hesab oluna bilməz: "Müzakirənin səbəbi heç bir halda ifadə azadlığı ilə bağlı məsələ deyil. Bəyanatda yazılanların bir qismi müxtəlif səviyyələrdə dilə gətirilib. Onlardan heç biri barəsində açıqlamalarına görə hər hansı istintaq hərəkəti aparılmayıb. Ancaq 104 ehtiyatda olan admiralın gecə yarısı belə bir addım atması qətiyyətn qəbuledilməzdir".

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran türkiyəli politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutunun tədqiqatçısı Mehmet Perinçək ilk olaraq onu deyib ki, təqaüddə olan admiralların bəyanatı Türkiyə Konstitusiyasında təsbit edilmiş azad söz haqqına uyğundur: “Yəni 104 ehtiyatda olan generalın hansısa bəyanat verməsində bir qəbahət görmürəm”.

Politoloq hesab edir ki, admiralların belə bəyanat verməsinin dövlət çevrilişinə cəhd olmadığı da ortadadır: “Çünki onlar Türkiyə Ordusunun içərisində deyillər, Silahlı Qüvvələrlə hansısa rəsmi bağları yoxdur. Təbii ki, araşdırmalar aparılacaq və onların içərisində pis niyyətlisi varsa, ortaya çıxarılacaq”.

“Amma onu qeyd etmək lazımdır ki, sözügedən bəyanat Türkiyənin milli maraqlarına ziddir. Türkiyə bu gün Suriyada, Şərqi Aralıq dənizində, Liviyada, ABŞ təhdidi ilə qarşı-qarşıyadır. Türkiyə Ordusu hazırda Suriyada ABŞ-ın dəstəklədiyi PKK/YPG terrorçuları ilə müharibə aparmaqdadır. Şərqi Aralıq dənizində Türkiyənin qarşısında ABŞ, Yunanıstan, Cənubi Kipr, İsrail, Fransa kimi ölkələrdən ibarət bir cəbhə var. Bu gün Türkiyə Hərbi Dəniz Qüvvələri burada ölkəmizin və bölgənin maraqlarını müdafiə etməkdədir. Eyni zamanda, Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin çox önəmli dəstəyi var. Əslində, Türkiyə Cənubi Qafqazda da “Sorosun uşaqları” adlandırılan, ABŞ tərəfindən dəstəklənən Ermənistanla qarşı-qarşıyadır”, - deyə politoloq bildirib.

“Bütün bunları nəzərə alsaq, təqaüddə olan admiralların bəyanatında həqiqi təhdidə qarşı etiraz yoxdur. Sənədin mətnində ABŞ-a qarşı bircə cümlə görünmür. Həmçinin bəyanatda Türkiyə Ordusunun uğurları haqqında hansısa fikir bildirilmir. Normalda isə 104 ehtiyatda olan zabitin hazırda cəbhələrdə olan həmkarlarını, döyüş dostlarını dəstəkləmələri lazım idi”, - deyə Perinçək əlavə edib.

Onun sözlərinə görə, admiralların bəyanatında haqqında bəhs edilən Montrö Konvensiyası ilə bağlı məsələ də həqiqətə uyğun deyil: “Türkiyənin nə Montrö Konvensiyasından çıxmaq niyyəti var, nə də “Kanal İstanbul” layihəsi bu Konvensiyadan çıxmağı nəzərdə tutur. Mən şəxsən müxtəlif səbəblərdən “Kanal İstanbul” layihəsinə qarşıyam, amma bu layihə Montrö Konvensiyasından çıxışda hansısa rol oynamır”.

Analitik vurğulayıb ki, Montrö məsələsi üzərindən belə bir bəyanatın verilməsi Türkiyə-Rusiya münasibətlərinə zərər verə bilər: “Onu da qeyd edim ki, hazırda Ukraynadakı gərginlik səbəbindən, Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək istəyən qüvvələr var. Belə bir dönəmdə generalların bəyanatında Montrö Konvensiyasından bəhs edilməsi Rusiyada Türkiyəyə yönəlik şübhələri artırır. Təbii ki, 104 istefada olan zabitin içərisində Türkiyə-Rusiya münasibətlərinə önəm verən, münasibətlərin inkişafını dəstəkləyənlər var. Ancaq belə bir bəyanatla münasibətlərin pisləşməsinə xidmət etdilər”.

“Rusiyada belə iddialara yol açıldı ki, Türkiyə boğazı Rusiya gəmiləri üçün bağlayacaq, ABŞ gəmiləri üçün açacaq və s. Bu, əlbəttə, Türkiyə ilə Rusiyanın Qara dənizdə, Şərqi Aralıq dənizində, Cənubi Qafqazdakı əməkdaşlığına mənfi təsir göstərə bilər. Ona görə də generalların bəyanatını məsuliyyətsizlik kimi qiymətləndirmək olar”, - deyə müsahibimiz fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elçin Quliyevə müavin təyin edildi - FOTO
Bu gün, 15:05
SOCAR-da bir işçiyə düşən orta aylıq əməkhaqqı 60 min manat olub - İLGİNC
Bu gün, 14:55
“Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72%-lik sabun satacaq
Bu gün, 14:52
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar - MƏQALƏ
Bu gün, 14:44
Yeddi ayda metro ilə 129 milyon sərnişin daşınıb - DETALLAR
Bu gün, 13:16
Lavrovdan Türkiyəyə etiraz: - Susurlar, bu haqda bir kəlmə də demirlər
Bu gün, 13:13
DTX, DMX və FHN-in avtomobilləri satışa çıxarılır – Ən bahalısı 18 min manatdır
Bu gün, 13:10
Azərbaycanlı mütəxəssis BYD-də yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 13:03
Xandanyan: TRIPP-də başqa ölkələrin təhlükəsizlik strukturlarının mövcudluğu nəzərdə tutulmur
Bu gün, 12:59
Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto
Bu gün, 12:50
Bakı və Moskvadan referendum TƏLƏBİ – Paşinyanın TƏK seçimi
Bu gün, 12:49
Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu... - İTTİHAM VAR...
Bu gün, 12:45
“Xezer-Construction”a MİLYONLAR BELƏ ÖTÜRÜLÜR... - İcazə verin, şübhələnək...
Bu gün, 12:35
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:27
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Bu gün, 12:21
“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Bu gün, 12:18
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Bu gün, 12:11
İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Bu gün, 11:58
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Bu gün, 11:52
Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Bu gün, 11:51
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Bu gün, 11:37
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Bu gün, 11:35
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru