Bayden Trampı yalan danışmaqda günahlandırdı
Tarix: 3-11-2020, 08:16 |
Çap et
ABŞ-da demokratların dövlət başçısı postuna namizədi Co Bayden seçkilərdə qalib gələcəyi təqdirdə amerikalılara koronavirus pandemiyası ilə bağlı bütün həqiqətləri danışacağını və infeksiyaya qarşı mübarizə üsulları hazırlayarkən mütəxəssislərin rəyini dinləyəcəyini söz verib.
Bu barədə “Report” “tASS”a istinadən xəbər verir.
Baydenin seçki qərargahının saytında yerləşdirilən açıqlamada deyilir: “Fevral ayında prezident Donald Tramp koronavirusun yaratdığı təhlükədən xəbərdar idi. Ancaq amerikalılara həqiqəti söyləmək əvəzinə, yalan danışdı, heç bir şey etmədi və yalnız pandemiyanın bitməsini istədi. İndi pandemiyanın başlamasından təxminən səkkiz ay sonra, prezidentin koronavirusun yayılmasını nəzarət altına almaq planı yoxdur”.
Qeyd edək ki, ABŞ-da 9,24 milyon insanın yeni növ koronavirus infeksiyasına yoluxması qeydə alınıb. Müalicə alan 231 227 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.