Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                     Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib .....                     “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                     Melaniya Paşinyanın mətbuat katibi təyin edildi .....                     10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar .....                     Komitə sədri bu idarəyə rəis təyin etdi .....                     Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? .....                     Mülayim şərq küləyi əsəcək .....                     Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu .....                     “Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” .....                     ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ .....                 

DEPUTAT-REKTORUN MAXİNASİYALARI
Tarix: 1-03-2012, 14:04 | Çap et
DEPUTAT-REKTORUN MAXİNASİYALARI

В«ODLAR YURDUВ» ƏHMƏD VƏLİYEV TƏRƏFİNDƏN NECƏ ÖZƏLLƏŞDİRİLİB?

DİA.AZ: - В«Odlar YurduВ» Universitetinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı qəzetimizə ilginc məlumatlar daxil olub. Universitetdə çalışan, Əhməd Vəliyevə yaxın olan şəxslərdən birinin qəzetimizə verdiyi məlumata görə, ali təhsil ocağı Abdulla Abdullayevdən üç-dörd illik çəkişmədən sonra alınıb. Özü də necə? Əhməd Vəliyev bu prosesə görə, xeyli əziyyət çəkməli olub.
Professor Abdulla Abdullayev həmin universitetin həmtəsisçisi olduğu halda, onu bu hüquqdan təəccüb doğuran vasitələrlə, heç kimin gözləmədiyi üsullarla məhrum ediblər. Əhməd Vəliyev öz adamlarının köməyindən istifadə edir, hər cür vasitədən yararlanmağa çalışır. Onun universitetə rəhbər olmasını, habelə məqsədinə çatmasını rəsmiləşdirən əsas sənəd Abdulla Ablullayevin xeyrinə qərar çıxarmayan məhkəmə proseslərinin hökmləri olub. Qeyd edək ki, Nazirlər Kabineti, habelə vergilər və təhsil nazirlikləri hələ bir neçə il əvvəl Abdulla Abdullayevin ali təhsil ocağına təsisçiliyini təsdiqləmişdilər.

Universitetin dövlət qeydiyyatı necə aparılıb?

В«Odlar YurduВ» Universitetinin Nizamnaməsi 1993-cü il aprelin 30-da Sabunçu rayon İcra Hakimiyyətində dövlət qeydiyyatına alınıb. Həmin nizamnamə əsasında ali təhsil ocağı iki il sonra - 1995-ci ildə vergi uçotuna durub, Muğanbank Kommersiya Bankında hesab açdırıb. 2006-cı ildə Dövlət Statistika Komitəsindən şəhadətnamə alıb. Universitetin qeydiyyata alınması barədə iki dəfə müsbət rəy verilib. Həmin sənədləri 1993-cü ildə Təhsil Nazirliyi və 1995-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası verib. 1996-cı ilin iyulunda Nazirlər Kabineti universiteti qeydiyyata alıb və lisenziya verib. Vergilər Nazirliyinin 2006-2007-ci illərdə göndərdiyi məktublarda В«Odlar YurduВ» Universitetinin 1993-cü ildə qeydiyyatdan keçdiyi bildirilir.

Ata və oğulun professora təzyiqləri

2004-cü ildə professor Rövşən Xəlilov təsisçilik hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edir. İş üzrə cavabdeh qismində həmtəsisçilər professor Abdulla Abdullayev və dosent Əhməd Vəliyev məhkəməyə cəlb edilir. Bundan sonra Əhməd Vəliyev və oğlu Samir Vəliyev Abdulla Abdullayevə qarşı mövqe tutaraq məhkəmə təzyiqlərinə başlayıblar. Rövşən Xəlilov da bu universitetin təsisçisi olduğunu iddia edib. O, bu zaman 1993-cü ildə qeydiyyatdan keçmiş nizamnaməyə əsaslanıb. Həmin sənədə görə isə, Abdulla Abdullayev də təsisçidir.

Məhkəmə saxtakarlığı

Universitetin indiki rektoru Əhməd Vəliyev bunu qəbul etmək istəmir. Əhməd Vəliyev 2005-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinə qarşı 1993-cü il aprelin 30-da onun verdiyi sərəncamın ləğv edilməsi ilə bağlı iddia qaldırır. Baş verən proseslər onun planlaşdırdığı məcrada davam edir. Belə ki, məhkəmə isə heç bir əsas olmadan işi icraata götürür və həmin ilin fevralında qətnamə qəbul edir. Məhkəmənin hakimi qətnaməsini bununla əsaslandırır ki, 1994-cü ildə Bakı Sənaye-Pedoqoji Texnikumunun direktoru Əhməd Vəliyev universitetin ləğvi haqda əmr imzalayıb. Amma reallıqda isə vəziyyət tamam fərqli olub. Belə ki, həmin dövrdə universitetin təsisçisi Əhməd Vəliyev yox, onun direktoru olduğu texnikum olub, həmin təhsil ocağının adından bu məsələdə çıxış etmək səlahiyyəti isə ona verilməyib. Universitet həmin əmrlə ləğv edilsə də, bundan sonra da bu özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.

Qərarlar Abdullayevin əleyhinə yönəlir

Təəssüf ki, Əhməd Vəliyev öz istəyinə çatmaq yolunda uğurla addımlaya bilir. Bir sıra məhkəmə orqanları Əhməd Vəliyevin təsisçi olub-olmadığını araşdırmadan, onun universiteti ləğv etmək səlahiyyətinin olub-olmadığını aydınlaşdırmadan Abdulla Abdullayevin əleyhinə qərarlar çıxarıb. Paralel olaraq, Əhməd Vəliyev Abdulla Abdullayevin universitetə iddiasını özünə təhqir və böhtan hesab edərək hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edir. Məhkəmə Abdullayevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi açır və aylıq qazancının 20 faizini dövlətə ödəmək haqqında 2006-cı ildə hökm çıxarır. Yəni artıq Əhməd Vəliyev deputat seçildikdən beş ay sonra məhkəmədə Abdullayevi onu təhqir etməkdə günahlandırmağa nail olub. Cinayət işi ilə bağlı Ar Apelyasiya Məhkəməsinə şikayət edilir, ancaq hökm qüvvədə saxlanılır. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını yenidən araşdırmaq üçün özünə qaytaranda Apelyasiya Məhkəməsində Abdullayevin xəstə olaraq yataqda yatmasını əsas gətirərək və vəkilinin iştirakı olmadan keçirilən prosesdə onun adından protokola bəzi ifadələr yazılır. Əhməd Vəliyev artıq Univetsitetin rektoru kimi Abdullayevi 2005-ci ilin aprelində işdən kənarlaşdırır. Abdulla Abdullayev sonrakı proseslərdə də uduzur. Çünki artıq onun rəqibi deputat idi.

Əhməd Vəliyev necə rektor olub?

Əhməd Vəliyevin 1997-ci ilə qədərki rektor fəaliyyəti qanunsuz olub. Çünki bu ilə qədər onun rektor olduğunu təsdiq edən rəsmi sənəd olmayıb. Yalnız 1997-ci ildə protokol var ki, o, rektor təyin olunsun. Həmin dövrdə Əhməd Vəliyev texnikumun direktoru işləyirdi. Odlar Yurdu Nazirlər Kabinetindən lisenziya alanda universitet başsız idi. Texnikumda çalışan Namizəd Feyzullayev universitetə rektor təyin olunur. Namizəd müəllim həm də texnikumda Əhməd Vəliyevin müavini idi. Əhməd Vəliyev 1997-ci ilin əvvəlində texnikumun direktorluğu vəzifəsindən azad edilir. Nazir Lidya Rəsulova Əhmədin gördüyü işlərdən narazı qalmışdı. Ona görə də o işdən qovulur. Ə. Vəliyev bir müddət işsiz qalır. O zaman A.Abdullayev və digərləri köhnə dostlarını В«Odlar YurduВ» Universitetinə rektor təyin edirlər. A.Abdullayevin bildirdiyinə görə, sənədlərin dəyişdirilməsində və digər mühüm məsələlərdə Əhməd Vəliyevə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Fərəməz Maqsudov köməklik göstərib.
Əhməd Vəliyev yalnız müxtəlif təzyiqlərdən sonra 1996-cı il iyul ayının 12-də təsisçiliyə qəbul edilib.

Müəmmalar

Mənbə onu da bildirir ki, ilkin dövrdə məhkəmələrdə uduzduğunu görən Ə.Vəliyev A.Abdullayevə В«məsələni dinc yolla çözməkВ» təklifini də verib. Təklifin mahiyyəti bundan ibarətdir ki, A.Abdullayev məhkəmə iddialarından əl çəkir, əvəzində isə ona 200 min dollar birdəfəlik təzminat və hər il 20 min dollar В«pensiyaВ» verilir. Ancaq A.Abdullayev bu təklifdən imtina edir və qanuni mülkiyyət hüququnun bərpası üçün sonadək mübarizə aparacağını bildirir.
Təbii ki, bu məsələdə qaranlıq məqamlar çoxdur. Məsələn, texnikumun universitet təsis etməsi 10-cu sinif şagirdinin müəllim işləməsi qədər ağlasığmaz bir məsələdir. Çünki texnikum orta ixtisas məktəbi olduğundan, daha üstün ali təhsil ocağını təsis etməsi absurddur. Əksinə olsaydı, yəni universitet texnikum təsis etsəydi, bunu normal qəbul etmək olardı. O biri tərəfdənsə, təsisçilik hüququnun məhkəmə qərarları ilə ləğvi heç bir halda başadüşülən deyil. Çünki təsisçilik hüququ mülkiyyət hüququdur və onu ləğv etmək mümkün deyil. Təsisçi yalnız könüllü bu hüququ kiməsə verə, bundan imtina edə bilər. Ümumiyyətlə, bu məsələdə qaranlıq məqamlar çoxdur. Bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün tərəflərdən hər birinin mövqeyini dərc etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dünən, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Dünən, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Dünən, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Dünən, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Dünən, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Dünən, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Dünən, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Dünən, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Dünən, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Dünən, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Dünən, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Dünən, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Dünən, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Dünən, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Dünən, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Dünən, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Dünən, 11:59
Başçı deputatın adamından da QORXUR? - BU NƏDİ BELƏ?
Dünən, 11:47
Keçmiş gömrük idarəsi rəisinə cinayət işi açıldı - FOTO
Dünən, 11:41
“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə...” - Şəfəq Abdullayeva
Dünən, 11:39
Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu – AĞIR CƏZA
Dünən, 11:37
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
Dünən, 11:34
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
Dünən, 11:32
Koçaryanın bloku parlamentin ilk iclasını boykot edib - "Newsarmenia"
Dünən, 11:26
QHT əməkdaşları Ağdərədə minaya düşdülər - Yaralananlar var...
Dünən, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru