Bakıda təqsirləndirilən şəxs qolundakı qandalı qıraraq qaçıb
Tarix: 26-12-2013, 12:02 |
Çap et
Bakıda təqsirləndirilən şəxs polis idarəsindən qaçıb.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qaçan şəxs oğurluq törətməkdə təqsirli bilinərək tutulan, 1994-cü il təvəllüdlü İbrahim Nadir oğlu Məmmədlidir. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçıb.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.