HÜSEYN ABDULLAYEVDƏN XƏBƏR VAR
Tarix: 13-12-2013, 12:14 |
Çap et
Keçmiş millət vəkili Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq alıb. Bu barədə H.Abdullayev “Azadlıq” qəzetinə göndərdiyi məktubda bildirib. Məktubda deyilir:
“Hörmətli həmvətənlər, dəyərli dostlar. Buradan, mühacir həyatı yaşadığım Almaniyadan bütün Azərbaycan xalqını, əziz bacı-qardaşlarımı səmimi qəlbdən salamlayıram. Sizlərə məlumat verirəm ki, artıq mənə Almaniya Federativ Respublikasında siyasi sığınacaq verilib. Təməl insan haqlarının qorunması istiqamətində tutduğu ədalətli mövqeyə və Avropa dəyərlərinə daim sadiq qaldığına görə Almaniya hökumətinə, eləcə də Almaniya Bundestaqının deputatlarına media vasitəsilə dərin minnətdarlığımı və böyük təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, H.Abdullayev Almaniyaya mühacirət edib. O, siyasi təqibə məruz qaldığından ona sığınacaq verilməsi üçün Almaniya hökumətinə müraciət edib. Almaniya hökuməti onun müraciətini araşdırıb və sonda məsələ müsbət həll olunub.