TOVUZDA QEYRİ-ADİ CİNAYƏT HADİSƏSİ
Tarix: 10-12-2013, 10:48 |
Çap et
DİA.AZ: - Alqı-satqı zamanı tərəflər arasında narazılıq sonda döyülmə ilə nəticələnib.
DİA.AZ Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə Tovuzun Dönük Qırıqlı kəndində baş verib. Qovlar sakini Validə Həsənova əvvəllər qonşusu olmuş Gədəbəy rayon sakini İlham adlı şəxsdən telefon almaq istəyib.
Qiymətdə razılaşıb pulun yarısını ödəyən 32 yaşlı V.Həsənova rəfiqəsinin evində İlhamdan telefonu tələb edəndə keçmiş qonşu buna etiraz edərək küt alətlə qadının başına vurub.
Huşunu itirən V.Həsənova Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.