"ONLAR HANSI AKSİYADAN, MİTİNQDƏN DANIŞIRLAR"...
Tarix: 9-12-2013, 11:49 |
Çap et
“Bu mitinqə heç kimin ehtiyacı yoxdur. Ona görə də belə aksiyaların keçirilməsi mənasızdır”. Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli, Milli Şuranın 15 dekabrda keçirməyi planlaşdırdığı mitinqə münasibət bildirərkən söyləyib.
Tahir Kərimli həmçinin, qeyd edib ki, ehtiyac duyulmayan mitinqlərin keçirilməsi heç kəsdə maraq oyatmır: “Belə aksiyalara heç bir ehtiyacın olmadığı göz önündədir. Bir məsələ də məlumdur ki, Milli Şura bərbad vəziyyətdədir, onlar hansı aksiyadan, mitinqdən danışırlar. Özləri pis gündədirlər”.