Paşinyandan Bakının xeyrinə gediş .....                     Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm .....                     Tikinti şirkətləri üçün böyük fürsət .....                     Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı .....                     “Haqqımda söz demək sənin başın üçün deyil” .....                     Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir .....                     "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi .....                     “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək” .....                     Kiçik balıqların okean istəyi: .....                     II Qaregin subaylıq əhdini pozub, övladı da var .....                     "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" .....                     “Mən Putini Trampdan daha yaxşı anlayıram” .....                     Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... .....                     Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat .....                     II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq .....                     Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı .....                     "Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir" .....                     Bulvarda Aygün Kazımova izdihamı .....                     Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi .....                     Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? .....                     Rəna Soltanovanın daha bir qurbanı danışdı... .....                     Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi .....                     Binəqədidə başçının satmadığı YER QALMAYIB .....                     Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik .....                     Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir .....                     Vüqar Gülməmmədova ağır itki .....                     Mask yenidən Trampı dəstəklədi .....                     Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə .....                     ABŞ-də SSR-in bayrağı qaldırıldı .....                     Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... .....                     Paşinyanın korteji qəzaya uğramayıb... .....                     Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... .....                     ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? .....                     Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... .....                     İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu .....                     Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... .....                     İcra başçısı HƏBS OLUNDU .....                 

ƏLİ KƏRİMLİNİN KEÇMİŞ SİLAHDAŞI DANIŞDI
Tarix: 22-11-2013, 13:11 | Çap et
ƏLİ KƏRİMLİNİN KEÇMİŞ SİLAHDAŞI DANIŞDI
Seçkilərdən məğlub çıxan radikal müxalifət yenidən üzünü xaricə tutub. Milli Şuranın vahid namizədinin seçkidən sonra başlayan Avropa turnesi Amerikaya qədər uzanıb. Hər hansı siyasi statusu olmayan Cəmil Həsənli Azərbaycan müxalifətinin lideri kimi təqdim edilərək, müəyyən qüvvələrin təsiri altında hərəkət edir, qapı-qapı düşərək özünə və tərəfdaşlarına dəstək axtarır. Azərbaycan müxalifətinin seçki sonrası vəziyyəti, Cəmil Həsənlinin xaricə səfərlərinin məqsədi, Milli Şurada daxilindəki ziddiyyətlər, partiyalararası ciddi fikir ayrılıqları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını sabiq millət vəkili Yurddaş Partiyasının sədri Mais Səfərli cavablandırır.

- Azərbaycan müxalifətinin seçki sonrası durumunu necə dəyərləndirirsiniz?
- Gördüyünüz kimi müxalifət növbəti prezident seçkilərini də uduzdu. Seçkidən əvvəl olduğu kimi, bu proses başa çatandan sonra da müxalifət liderləri öz kreslolarını qoruyub saxlamaq üçün müxtəlif vasitələrə əl atırlar. Hələ seçki öncəsi qarşıdakı məğlubiyyəti yaxşı dərk etdiklərindən, özlərinin deyil, kənardan neytral bir nəfərin namizədliyini dəstəkləməyi üstün saydılar. Çünki seçkidən sonra tərəfdarların, cəmiyyətin ittihamlarından, iradlarından, tənələrindən yaxa qurtarmağa çalışırdılar. Biz bütünlükdə seçki prosesinə nəzər salsaq görərik ki, liderlər öz istəklərinə nail oldular. Əgər radikal müxalifətin partiya sədrləri seçkiyə özləri qatılsaydılar, bu uğursuzluq bilavasitə onların ayaqlarına yazılacaqdı. Lakin taktiki gedişlər sayəsində fərqli mənzərə yarandı. Onlar əvvəlcə ictimai-siyasi proseslərdən məlumatsız olan kinorejissor Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd seçdilər. Halbuki ötən 20 ildə bu postu liderlər bir-birinə güzəştə getməmişdilər. Ana-ata müxalifət, vahid namizəd olmaq onlar üçün az qala həyati əhəmiyyət daşıyan bir məsələ idi. Ancaq bu dəfə asanlıqla vahid namizədliyi Rüstəm İbrahimbəyova həvalə etdilər. O isə Azərbaycana gəlməkdən qorxduğu üçün liderlərin ümidlərini doğrulda bilmədi. Son anda tarixçi Cəmil Həsənlinin üzərində dayandılar. Buna baxmayaraq, nəticələri təhlil edəndə seçkidəki uğursuzluğun yalnız Cəmil Həsənlinin deyil, bütövlükdə müxalifətin məğlubiyyəti olduğunu anlamamaq olmur. Çünki Milli Şura müxalifətdə saç-saqqal ağardanlardan ibarətdir. Onlar hər dəfə seçkiləri biabırçı şəkildə uduzmaqla tarixə düşüblər. Seçkiləri uduza-uduza gələn bu şəxslərin seçici dairəsi kifayət qədər məhduddur, elektoratı zəifdir. Son prezident seçkisinin nəticəsi bunu bir daha sübut etdi. Düzdür, həmin liderlər kreslolarını bu dəfə də itirmədilər, amma seçki prosesindən şil-küt olmuş vəziyyətdə çıxdılar.

- Amma Milli Şurada təmsil olunan liderlər uduzduqlarını nəinki mədəni qaydada etiraf etdilər, hətta seçkinin nəticələrinə qara yaxmağa cəhd göstərdilər...
- Bu, yalnız bir amillərlə bağlıdır. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də onlar elə hesab edirdilər ki, seçkidən dərhal sonra hay-küy salacaq, bunu ictimailəşdirməklə Avropanı, Qərb dövlətlərini Azərbaycan hakimiyyəti üzərinə ayağa qaldıracaqlar. Ancaq bu dəfə müxalifət liderlərinin bu gözləntisi özünü doğrultmadı. Çünki seçkidən-seçkiyə daha da məlumatlı olan, təkmilləşən, öz seçici hüququndan sərbəst şəkildə istifadə edən vətəndaşlarımız səsvermə məntəqələrinə gəlib öz iradələrini ifadə etdilər. Azad, ədalətli keçirilən səsvermədə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verdilər. Beləliklə, xalq bu dəfə də öz seçimini etdi. Seçkinin demokratik, şəffaf keçməsini sübut edən daha bir amil dünyanın müxtəlif ölkələrinin rəhbərləri tərəfindən Prezident İlham Əliyevə təbrik məktublarının gəlməsidir. Hətta indiyə kimi də belə təbrik məktubları gəlməkdədir. Bu, eyni zamanda dünyanın Azərbaycan xalqının seçiminə hörmətlə yanaşmasının göstəricisidir.

- Milli Şuranın namizədi Cəmil Həsənli seçkilər başa çatandan sonra dərhal Avropa turnesinə çıxdı. Hazırda da o, Amerikadadır və bəzi mətbuat orqanları bunu ictimailəşdirərək qeyd edirlər ki, Cəmil Həsənli Vaşinqtona Azərbaycan müxalifətinin lideri kimi dəvət edilib. Sizcə, bu səfərlərdə məqsəd nədir?
- Hazırda radikal müxalifət liderləri seçkidə keçirdikləri “şok”un içindədirlər. Onlar seçkidən sonra ən azı hay-həşir salıb əvvəlki kimi dirçələcəklərini ehtimal edirdilər. Bununla təkrar lider kimi cəmiyyətdə qəbul olunacaqlarını, demokratik ölkələrdən gələn diplomatların onlarla görüşəcəklərini arzulayırdılar. Lakin belə olmadı, seçkilər sakit keçdi. Müxalifətin ucuz şou düzənləməsi üçün hər hansı “fakt” tapılmadı. İndi öz otaqlarına çəkilən müxalifət liderləri üçün yeganə təsəlliverici məqam kreslolarını qoruyub saxlamalarıdır. Seçkilərdən pərt halda çıxan Cəmil Həsənli də belə vəziyyətdən yararlanmaq istəyir. Heç nə olmamış kimi təşəbbüsü ələ alan Cəmil Həsənli özünü Qərb dövlətləri tərəfindən qəbul olunan ciddi siyasi fiqur, müxalifət lideri kimi göstərməyə çalışır. Bu minvalla da Avropanı, Amerikanı gəzir. O, bunu ictimaiyyət içərisində özünü dik tutmaq, gündəmdə qalmaq üçün edir. Guya ki, heç nə itirilməyib, müxalifət qarşıdan gələn növbəti seçkilərə ciddi hazırlaşır və sair. Əgər müxalifət partiya sədrləri kimi Cəmil Həsənli də başını aşağı salıb otursaydı, tamamilə yaddan çıxacaqdılar. Əslində müxalifətin bu cür hərəkəti Azərbaycanın uğurlarını həzm etməyən bəzi qüvvələr üçün də “göydəndüşmə” olur. Həmin qüvvələr Azərbaycana, hakimiyyətə təsir və təzyiq etmək, öz ölkələrinin maraqlarını təmin etmək üçün Cəmil Həsənli kimilərindən istifadə edirlər. Yəni, istər ölkə daxilində, istərsə də xaricdə Azərbaycanda bu cür adamların olmasını istəyənlər var. Elə Amerikanın özündə Azərbaycanın inkişafından narahatçılıq keçirən qüvvələr də az deyil. Türk-İslam dövləti olsa da dünyəviliyi, müasirliyi özünə prioritet seçən Azərbaycanın böyük templərlə irəli getməsi, regionun aparıcı dövlətinə çevrilməsi onları qane etmir. Bunun qarşısını almaq, Azərbaycanı, onun prezidentini daxili problemlərlə məşğul etmək üçün qərb dairələri hər zaman yeni nə isə düşünür, hazırladıqları planı həyata keçirməyə çalışırlar. Bunun üçün isə Azərbaycandakı radikal müxalifət, Milli Şura, müxalifət lideri adlandırılan Cəmil Həsənli onlar üçün yaxşı “tapıntı”dır. Ona görə də mütəmadi olaraq belə səfərlər təşkil olunur.

- Milli Şurada partiyalararası münasibətin kəskinləşməsini nə ilə əlaqələndirirsiniz?
- Əvvəldən Milli Şura daxilində intriqalar, ziddiyyətlər var idi. Qarşıda prezident seçkiləri olduğundan onlar sanki bunu arxa plana salmışdılar. Elə görüntü yaradırdılar ki, guya bütün umu-küsünü unudublar. Əslində isə intriqa və ziddiyyətlər oradakı liderlərin danışığında, fəaliyyətində açıq-aşkar hiss olunurdu. Amma bu gün həmin hisslər daha kəskin şəkildə özünü büruzə verməkdədir. Fikir verin, Rüstəm İbrahimbəyovun sədr olduğu Milli Şurada onun verdiyi həmsədrlik institutu təklifi partiyalar arasında ciddi fikir ayrılığı yaradıb. Xüsusən də Milli Şuradakı AXCP və Müsavat partiyaları arasında bu barədə vəziyyət daha gərgindir. Bunun da səbəbi məlumdur. Müsavat başqanı İsa Qəmbər çalışır ki, Milli Şura sədrliyini ələ keçirsin. Seçkidən sonra o, kreslosunu qorumağı bacarsa da, demokratik dəyərlərdən danışan bu adamın partiyasının nizamnaməsindəki tələblər İsa Qəmbəri narahat etməyə bilməz. Belə olan halda o, gözünü Milli Şura sədrliyinə dikib. Görünür, AXCP üzvləri bunu başa düşdüklərindən, Cəmil Həsənlini bu posta daha ideal namizəd sayırlar. Digər tərəfdən, Cəmil Həsənli vaxtilə Əli Kərimlinin yaxın çevrəsində olduğundan, AXCP-yə onun namizədliyini dəstəkləmək sərf edir. Cəmil Həsənli ilə AXCP arasında qırılmaz bağlar var. Bütün bunlar da iki partiya arasında narazılığı və fikir ayrılığını artırır.

- R.İbrahimbəyovun özü də partiya sədrinin Milli Şurada həmsədr olmasını istəmir. Onun qənaətinə görə, əgər partiya liderləri həmsədr olsalar qurumu məhv edər, Milli Şuranı İctimai Palataya çevirərlər. Sizcə, o, bu fikrində nə dərəcədə haqlıdır?
- Əslində bu, belədir. Milli Şuranın bir neçə aydır fəaliyyət göstərməsinin səbəbi bu quruma müxalifət liderlərindən kimsənin rəhbərlik etməməsi olub. Əgər Milli Şuranın sədri radikal müxalifəti təmsil edən partiya rəhbərlərindən kimsə olsaydı, o zaman bu qurum tarixin arxivinə gömüləcəkdi. Buna görə Rüstəm İbrahimbəyovun bu yanaşmasını düzgün sayıram. Çünki oradakı partiya sədrləri 20 ildir müxalifət liderliyini bir-birinə güzəştə gedə bilmirlər. Ən çox mübarizəni də öz aralarında aparırlar.

- Milli Şuranın perspektivini necə görürsünüz?
- Milli Şuranın artıq cəmiyyətdə heç bir çəkisi yoxdur. Lap əvvəldən bu qurumda cəmləşənlər köhnə simalar və onların bəzi tərəfdarları oldu. Ola bilsin ki, bir-iki nəfər də siyasi proseslərdən kifayət qədər xəbərdar olmayan şəxslər bura qoşulmuşdular. Ancaq ümumilikdə bu qurum vəd edildiyi kimi geniş xalq kütləsinin dəstəyini, etibarını qazana bilmədi. Gələcəkdə də hansısa uğura imza atacaqlarını düşünmürəm. Seçkilər öncəsi Milli Şura ortaya nə doğru-düzgün proqram, platforma qoya bilmədi, nə də insanlara indiki hakimiyyətin edə bilməyəcəyi bir yeniliyi gündəmə gətirmədi. Milli Şuranın namizədi seçicilər qarşısındakı çıxışını indiki iqtidarın nailiyyətlərinə, uğurlarına qara yaxmaq üzərində qurdu. Nəyə görə hakimiyyətə gəlmək istədiklərini, nə edəcəklərini açıqlaya bilmədilər. Bununla da onlar seçicilərin etimadını, səsini qazana bilmədilər, seçkilərdə məğlub oldular.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Bu gün, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Bu gün, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Bu gün, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Bu gün, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Bu gün, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Bu gün, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Bu gün, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Bu gün, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Bu gün, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Bu gün, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Bu gün, 11:55
“Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Bu gün, 11:36
Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Bu gün, 11:35
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Bu gün, 11:29
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Bu gün, 11:27
Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Bu gün, 11:23
"Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Bu gün, 11:20
Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Bu gün, 11:12
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Bu gün, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bu gün, 10:39
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Bu gün, 10:30
Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Bu gün, 10:24
Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Bu gün, 10:17
Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Bu gün, 10:12
Vüqar Gülməmmədova ağır itki
Bu gün, 10:00
Mask yenidən Trampı dəstəklədi
Bu gün, 09:56
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Bu gün, 09:36
ABŞ-də SSR-in bayrağı qaldırıldı
Bu gün, 09:34
Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... - 17 nəfər...
Bu gün, 09:31
Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27
Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24
ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12
Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03
İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47
Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq - FOTO
Bu gün, 08:42
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 08:37
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 08:35
Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... - Prezidentə MÜRACİƏT
Bu gün, 07:48
İcra başçısı HƏBS OLUNDU - Rusiyada...
Bu gün, 07:41
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bu gün, 07:37
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34
Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31
'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26
Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17
Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14
Rusiyaya gedərkən yüz ölçüb bir biçin... - deputat ŞƏRH EDİR
Bu gün, 06:12
Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil - BU NƏDİ BELƏ?
Bu gün, 05:50
"Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:38
Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ - AXI NİYƏ?..
Bu gün, 05:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru