`Bank Respublika` müştərisinin 2000 manat puluna ƏL QOYDU - GİLEY
Tarix: 28-04-2023, 08:59 |
Çap et
DİA.AZ: - "Çox hörmətsiz "Bank Respublika"!.." DİA.AZ bildirir ki, bu etirazla "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Faiq Aliyev adlı istifadəçi çıxış edib.
Sözügedən bank tərəfindən nə az, nə çox - düz 2000 manat vəsaitinin oğurlandığını iddia edən narazı vətəndaş yazır:
"Debit kartımdan 2000 manatın oğurlandığını qəbul edib. Lakin pulu qaytarmaqda acizsiniz.... Və ya müştəri məmnuniyyəti kimi bir anlayış sizin üçün yaddır!..
"Sizə faydalı" olan sloqanınızı "Sizə Faydasız" edin!"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...